“HƏQİQİ GÖZLƏNİLƏN və BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS də bu zamanda gəlsə…” (Kastamonu Lahikası, səh. 57)
Bədiüzzaman Səid Nursi hz. Mehdinin hələ gəlmədiyini, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir.
Bədiüzzaman “HƏQİQİ GÖZLƏNİLƏN” sözləri ilə hz. Mehdinin “HƏLƏ GÖZLƏNİLDİYİNİ” ifadə edir və bu mübarək şəxsin onun dövründə “HƏLƏ GƏLMƏDİYİNİ” ifadə edir. Əgər Bədiüzzaman hz. Mehdinin öz yaşadığı dövrdə gəldiyini düşünsəydi, şübhəsiz ki bu ifadədən istifadə etməzdi. “Həqiqi gözlənilən” sözünün əvəzinə “gəlmiş” və ya “gələn” deyərdi. Buna görə də Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin hələ gəlmədiyini və gəlməsinin bütün İslam aləmi tərəfindən gözlənildiyini vurğulayır.
Bədiüzzaman hicri 1300-cü illərdə yaşamışdır. Onu yaşadığı dövrdə yox, yəni hicri 1400-cü illər hz. Mehdinin çıxış zamanıdır.
Bununla yanaşı, Bədiüzzaman burada istifadə etdiyi “HƏQİQİ” sözü ilə də hz. Mehdinin zühurunun nə qədər qəti həqiqət olduğunu ifadə edir.
Bədiüzzaman burada hz. Mehdi üçün bir daha “GƏLƏCƏK” sözündən istifadə etmiş və onun özünün yaşadığı dövrdə hələ gəlmədiyini və “SONRA GƏLƏCƏYİNİ” təkrar ifadə etmişdir. Bu sözü ilə eyni zamanda hz. Mehdinin “mənəvi şəxs” deyil, “GƏLMƏSİ GÖZLƏNİLƏN BİR İNSAN” olduğunu da bir daha vurğulamışdır.
Bununla yanaşı, Bədiüzzaman bu sözündə, gəlməsi gözlənilən bu mübarək şəxsin zühurunu da müjdələyir. Hz. Mehdinin “ÖZÜNDƏN BİR ƏSR SONRA, YƏNİ HİCRİ 1400-CÜ İLLƏRDƏ” ortaya çıxacağını xəbər verir. Şübhəsiz ki, əgər Bədiüzzaman hz. Mehdinin onun dövründə yaşadığını düşünsəydi, belə uzaq tarix verməz, əksinə, açıq şəkildə ifadə edərdi. Deməli, Bədiüzzamanın bu mövzuda gəldiyi qənaət heç bir etiraza yer buraxmayacaq qədər qətidir.
Bədiüzzamanın ifadəsində bildirdiyi “səhabə dövründən 1400 il sonra” hicri 1400-cü illərin əvvəllərinə, yəni miladi 1979-1980-ci illərə təsadüf edir.
Bədiüzzaman hicri 1327-ci ildə Şamda Əməvi Məscidində on min nəfərə verdiyi xütbəsində, hicri 1371-ci ildən sonra İslam aləminin gələcəyi haqqında açıqlamalar verir, Axırzamandan müxtəlif tarixlər verərək, gözlənilən Mehdinin mübarizə zamanlarına diqqət çəkir. Bədiüzzaman hz. Mehdinin vəzifəyə başlaması və inkarçı zehniyyəti fikirlə məğlub etməsi ilə əlaqədar olaraq bu tarixləri bildirir:
“Ta 1371-ci ildən sonrakı aləmi İslamın müqəddəratına (qədərinə) nəzər edən (göz atan) Hütbə-i Şamiyədəki həqiqətlər… Bəli indi olmasa da 30-40 İL SONRA elm və həqiqi bacarıq (müsbət elmlər və sənət, elmdə öyrənilən məlumatlar) və mədəniyyətin üstünlüklərini o üç güc ilə təchiz edib, cihazatını verib o doqquz maneəni məğlub edib dağıtmaq üçün həqiqəti araşdırma cəhdi, insaf və insan sevgisini o doqquz düşmən tayfasının cəbhəsinə göndərmiş, inşaAllah, YARIM ƏSR SONRA onları darmadağın edəcək”. (Hutbe-i Şamiye, 25)
Şamda etdiyi bu çıxışda hicri 1371-ci ildən sonra yaşanacaq hadisələrə diqqət çəkərək, hz. Mehdinin vəzifəyə başlamasının 1371-ci ildən 30-40 il sonra olacağını bildirmişdir. Bu tarix isə hicri 1401-1411, miladi olaraq da 1980-1990-cı illərin arasıdır.
Yenə eyni çıxışda Bədiüzzaman hz. Mehdinin inkarçı fikir sistemini, fəlsəfə, elm və mədəniyyətin imkanları sayəsində fikirlə susduracağını xəbər vermişdir. Bu fikri üstünlüyün tarixi olaraq da 1371-ci ildən yarım əsr sonrasını bildirmişdir. Bu da hicri 1421, yəni miladi 2001-ci il deməkdir.
Bədiüzzamanın Axırzamanla əlaqədar başqa açıqlaması da belədir:
“YETMİŞ BİRDƏ FƏCR-İ SADİQ (dan yerinin ağarması, Günəş çıxmazdan əvvəlki qırmızılıq, səhər vaxtı) və ya başlayacaq. Əgər bu, fəcr-i kazib (səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq) da olsa, OTUZ- QIRX İL SONRA FƏCR-İ SADİK (fəcr-i kazibden sonra yayılmağa başlayan ikinci işıqlanma) ÇIXACAQ.” (Hutbe-i Şamiye, 23)
Bədiüzzamana görə fəcr-i sadiqin çıxacağı illər:
1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991
Bədiüzzaman bu izahına görə haqqın qarşısında batili təmsil edən düşüncə olan ateizmin və materialist fəlsəfənin çökdürülməyə başlamasının 1981-1991-ci illərdə, fikirlə tam mənası ilə susdurulmağa başlamasının isə 2001-ci ildə olacağına işarə etmişdir və bunun artaraq davam etməsi 2010-cu ilə qədər davam edəcək (doğrusunu Allah bilir).

