Hz. Mehdi Mücadilə İllərində Sıxıntı Və Çətinliklə Qarşılaşacaqdır?

İnkar içində olan cəmiyyətləri xəbərdar etmək və onları doğru yola dəvət etmək üçün göndərilən bütün elçilər, göndərildikləri qövmlər tərəfindən yalanlanmış və onların müxtəlif ittiham və böhtanlarına məruz qalmışlar. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Əhli Beytdən gələcək olan hz. Mehdinin də bu kimi əziyyət və çətinliklərlə qarşılaşacağı xəbər verilmişdir (doğrusunu Allah bilir).

Mehdi, bizdən, Əhli Beytdəndir… Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyaya seçmişdir. Mənim Əhli Beytim şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaqlar. Məndən sonra Əhli Beytim bəla və narahatlıqla qarşılaşacaqlar və darda qalacaqlar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 14).

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in aşağıdakı hədisi də belə bir vəziyyəti, “hz. Mehdinin beyət əsnasında, özünün bir çox qəhr və haqsızlığa uğradığını insanlara açıqlayacağını” xəbər verir:

…Mehdi, Rəsulullahın bayrağı ilə, insanların başlarına bəla üzərinə bəla yağdığı və zühurundan ümid kəsildiyi bir sırada çıxar. İki rükət namaz qılar. Namazdan qayıdanda belə deyər: “Ey insanlar! Ümməti Məhəmməd və xüsusilə onun Əhli Beyti çox bəlalar gördü və bizlər qəhr və haqsızlığa məruz qaldıq.” (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 55)

Hədislərdə bildirildiyi kimi, İslam əxlaqının hz. Mehdi vəsiləsiylə bütün insanlar arasında hakim olmasından əvvəlki dövrədə hz. Mehdi və köməkçilərinə, müxtəlif çətinliklər isabət edəcək, ancaq daha sonra bu çətinliklər Allahın icazəsiylə dayanacaq.

Allah, Quranda bir çox peyğəmbərin qövmləri tərəfindən yalanlandıqlarını, dəlilik və cadugərlik böhtanlarına məruz qaldıqlarını və daha bir çox hücum və əziyyətlə qarşılaşdıqlarını bildirmişdir. Elçilər bütün bu hücumlar qarşısında səbir göstərmiş, onlara ən gözəl şəkildə cavab vermişlər:

And olsun səndən əvvəl də elçilər yalanlandı… (Ənam surəsi, 34)

… Və əlbəttə bizə etdiyiniz işgəncələrə qarşı səbr edəcəyik… (İbrahim surəsi, 12)

Sonra, ondan üz çevirdilər və dedilər ki: “(Bu,) Öyrədilmişdir, bir dəlidir.” (Duxan surəsi, 14)

Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. (Zariyat surəsi, 52)

O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi. (Zariyat surəsi, 39)

(Firon) dedi ki: “And olsun, mənim xaricimdə bir ilah əldə edəcək olsan, səni mütləq həbsə atacağam.” (Şuəra surəsi, 29)

Ey iman edənlər, Musaya əziyyət edənlər kimi olmayın… (Əhzab surəsi, 69)

Dedilər ki: “Onun üçün (yüksək) bir bina tikin də onu dəlicə yanan atəşin içinə atın.” (Saffat surəsi, 97)

Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər. (Qələm surəsi, 51)