Axırzamanda özlərini alim kimi xarakterizə edən bəzi şəxslər İslam adı ilə ortaya çıxacaq və dində olmayan ağır hökmləri dinə yerləşdirməyə çalışacaqlar. Hədislərdə bu həqiqət belə xəbər verilir:
“ELM ALİMLƏRİN QALDIRILMASI (vəfat etmələri, Allahın qatına alınmaları) İLƏ ORTADAN QALXAR. ORTALIQDA HEÇ BİR ALİM QALMAZ. NƏHAYƏT İNSANLAR CAHİLLƏRİ RƏHBƏR VƏ ÖNDƏR EDƏRLƏR, MƏSƏLƏLƏRİNİ ONLARDAN SORUŞARLAR. ONLAR ELMƏ ƏSASLANMADAN XALQA FƏTVA VERƏRLƏR. HƏM ÖZLƏRİ AZAR VƏ HƏM DƏ XALQI AZDIRARLAR”. (Buxari, 100, 7307; Müslim, Elm 13, 2673; Tırmizi, Elm 5, 2652; Nəsai, 5907; İbn Mace, Müqəddimə 8, 52)
Hz. Mehdidə Peyğəmbərimiz kim xurafatçıların din üzərində meydana gətirdiyi xurafatları ortadan qaldıracaq, dini əslinə qaytaracaq və bidətlərdən təmizləyəcək, yəni dində təmizlik edəcək. Hədislərdə hz. Mehdinin əsas vəzifələrindən birinin bu olduğu, Axırzamanın bu mübarək şəxsinin xurafatçı insanlarla çətin mübarizəsinin olacağı açıq şəkildə izah edilmişdir.
Muhyiddin Ərəbi “Fütuhat əl-Məkkiyyə” adlı əsərində belə bildirir:
“Onun (hz. Mehdinin) açıq düşmənləri füqəha (fiqh alimləri) olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Hətta ehkam barəsində elmləri də azalacaq. Bu imamın (hz. Mehdinin) gəlişi ilə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq… ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI, FƏQİHLƏR ONUN (HZ. MEHDİNİN) ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin cənabi-Haqq onu (hz. Mehdini) kərəmi ilə və qılınc (qardaşları ilə) ilə təthir edəcək (təmizləyəcək), ONLAR ONA (hz. Mehdiyə) İTAƏT EDƏCƏKLƏR. (Bərzənci, “Qiyamət əlamətləri”, səh. 187)
Başqa bir hədisdə isə hz. Mehdinin dinə sonradan əlavə edilən bütün səhv inanc və tətbiqlərdən təmizləyərək İslam dinini Peyğəmbərimiz dövründə yaşandığı kimi əslinə çevirəcəyi, mövhumatçı və mühafizəkar xurafatçılara qarşı dəyanətlə mübarizə aparacağı belə bildirilmişdir:
Rəsulullah belə buyurur: “HƏR ZAMANDA ÜMMƏTİM ÜÇÜN ƏHLİ-BEYTİMDƏN BİR ƏDALƏTLİ VARDIR. ONLAR AZDIRANLARIN TƏHRİFLƏRİNİ, BATİL ƏHLİNİN BATİLİNİ, CAHİLLƏRİN ŞƏRHİNİ BU DİNDƏN UZAQLAŞDIRARLAR, bilin ki, doğrusu sizin imamlarınız sizi Allaha aparan elçilərdir, elə isə yaxşı baxın ki, sizin elçiləriniz kimlərdir”. (İbn-i Hacər, səh. 148)
“İNSANLAR HAQQA DÖNƏNƏ QƏDƏR MÜBARİZƏSİNƏ DAVAM EDƏCƏK”. (El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
“PEYĞƏMBƏR ƏVVƏLDƏ İSLAMA NECƏ DƏSTƏK OLDUSA, HZ. MEHDİ DƏ SONDA EYNİ ŞƏKİLDƏ İSLAMA DƏSTƏK OLACAQ”. (El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 27)
Allah tarix boyu bütün insanlara doğrunu tapmaları, qəti məlumata yiyələnmələri və din haqqında məlumat əldə edə bilmələri üçün ilahi kitablarla bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara doğru yolu göstərən rəhbər olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:
Daha əvvəl insanlara doğru yolu göstərmək üçün. (İndi də) O, Furqanı nazil etdi. Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir. (Ali İmran surəsi, 4)
Hz. Mehdi bütün məzhəbləri ortadan qaldıraraq dini əslinə çevirəcək. Hz. Mehdinin əhəmiyyətli xüsusiyyətləri arasında ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi) və ən böyük müctəhid (ehtiyac yarandıqda ayələrdən hökm çıxaran böyük İslam alimi) xüsusiyyətləri də vardır. Bu xüsusiyyətdəki böyük şəxslər İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş öndərlərdir. Müsəlmanlar da onlara itaət etmişlər.
Bu müctəhid və mücəddidlərin ən böyüyü isə hz. Mehdi olacaq. Bu da hz. Mehdinin ictihad edən (Quran və hədislərdən istifadə edərək hökm verən) səlahiyyətli şəxs olacağını, bütün məzhəbləri aradan qaldıracağını göstərir. Dövründə hər kəsin ona itaət edəcəyinin bildirilməsi də bunu təsdiqləyir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Fütuhat əl-Məkkiyyə” adlı əsərində bu mövzuda belə məlumat vermişdir:
“… MEHDİ DİNİ PEYĞƏMBƏRİN ZAMANINDA OLDUĞU KİMİ EYNİLƏ TƏTBİQ EDƏCƏK. YER ÜZÜNDƏN MƏZHƏBLƏRİ QALDIRACAQ. XALİS HƏQİQİ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQ”. (Bərzənci, Qiyamət əlamətləri, səh. 186)
Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq əslindən uzaqlaşdırılmışdır. Ancaq Allah son ilahi kitab olan Quranı qiyamət gününə qədər qoruyacağını belə bildirmişdir:
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

