Hz. İsa və hz. Mehdinin ortaya çıxışı əsrlərdir İslam ümməti tərəfindən gözlənilən müjdəli hadisələrdir. Necə ki, rəvayətlərdə bu mübarək şəxslərin çıxış əlamətləri olaraq bildirilən hadisələrin bir çoxu hədislərlə uyğun bir şəkildə və ard-arda reallaşmaqdadır. Şübhəsiz bu vəziyyət, hz. İsa və hz. Mehdinin ortaya çıxacaqları vaxtın çox yaxınlaşdığının bir göstəricisidir.
Peyğəmbərimiz (s.ə.v)-in səhih hədislərində hz. İsanın hz. Mehdi ilə eyni dövrdə ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyada yayması məqsədiylə birlikdə mübarizə edəcəkləri bildirilmişdir. Bir çox səhih hədisdə yer alan bu məlumatlar, hz. İsa ilə hz. Mehdinin ortaya çıxdıqları dövrdə bir araya gələcəklərini və qarşılıqlı dialoq içərisində olacaqlarını göstərir. Ancaq bu böyük və tarixi görüşmə hələ reallaşmamışdır və bütün dünya müsəlmanları tərəfindən gözlənilir. Bu vəziyyət də bizlərə, hz. Mehdinin keçmiş dövrlərdə gəlmiş bir şəxs ola bilməyəcəyini göstərən əhəmiyyətli dəlillərdən biridir. Çünki hz. İsa hələ ortaya çıxmamış və bütün dünyanın gözləri qarşısında reallaşacaq olan bu birlik hələ meydana gəlməmişdir.

