Hz. Mehdi, hz. İsa ilə birgə fəaliyyət göstərəcəkmi və Hz. İsa (ə.s) hz. Mehdinin arxasında namaz qılıbmı?

“Hətta “HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLİB, NAMAZDA HZ. MEHDİYƏ İKTİDA EDƏR, TABE OLAR” deyə rəvayəti BU İTTİFAQA (birləşməyə) VƏ HƏQİQƏTİ KURANİYƏNİN METBUİYƏTİNƏ VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə əməl edilməsinə və tabe olunmasına) İŞARƏ EDİR.” (Şüalar, səh. 493)

Peyğəmbər (s.ə.v) bir hədisi şərifində hz. İsanın hz. Mehdinin arxasında namaz qılacağını bildirmişdir:

“İmamları saleh bir insan olan Mehdi olduğu halda Beytül Məqdisə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi vaxt bir də görərlər ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. Mehdi hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa əlini onun çiyinlərinə qoyar və ona deyər ki, “Önə keç və namazı qıldır. Çünki qamət (fərz namazı qılmaq üçün oxunan azan; namaza başlama işarəsi) sənin üçün gətirilmişdir…” (Ebu Rafidən rəvayət edilmişdir; İmam Şarani, “Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri”, “Bedir” nəşriyyat, səh. 495-496)

Bədiüzzaman da Peyğəmbərimiz (s.ə.v)-in bu haqda hədisinə diqqət çəkir, bu hadisənin hz. İsa və hz. Mehdinin çıxışının əhəmiyyətli əlamətlərindən biri olduğunu xatırladır. Bədiüzzaman sözlərində hz. İsa və hz. Mehdi dövründə, Allahın icazəsi ilə, İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə edir. Bu hakimiyyətə hz. İsa və hz. Mehdinin ittifaqı ilə icra ediləcək böyük fikri mübarizənin vəsilə olacağını ifadə edir.

Bədiüzzaman bu sözündə Peyğəmbərimiz (s.ə.v)-in səhih hədislərinə uyğun olaraq “HZ. İSANIN, HZ. MEHDİ İLƏ BİRLİKDƏ NAMAZ QILACAĞINI” ifadə etmişdir. Namaz Rəbbimizin insanlar üçün fərz etdiyi bir ibadətdir. Şəxsi- mənəvilərin birlikdə namaz qılması, namazda imamlıq etmələri mümkün deyil. Bədiüzzaman da bu həqiqəti dərk edir və bu sözləri ilə hz. İsanın və hz. Mehdinin “BİR ŞƏXS” olaraq ortaya çıxacaqlarını xəbər verir. Hz. İsanın yer üzünə birinci gəlişində namaz ibadətini yerinə yetirdiyi kimi, ikinci gəlişində də, Allahın icazəsi ilə, bu ibadətinə davam edəcək. Quranda bu mövzu belə bildirilir:

(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm

surəsi, 30-31)

Axırzamanda hz. İsa və hz. Mehdinin mübarək şəxsləri ortaya çıxacaq, hz. İsa, hz. Mehdinin imamlığında namaz qılacaq, bu iki mübarək şəxsin edəcəkləri böyük fikri mübarizə nəticəsində İslam əxlaqı yer üzünə hakim olacaq. Bədiüzzaman bir çox səhih hədisdə yer alan bu mövzunu xatırladaraq, hz. İsa ilə hz. Mehdinin gələndə ittifaq edəcəklərini bildirir. Bunun üçün hər iki mübarək şəxs də eyni dövrdə ortaya çıxmalı və bir araya gəlməlidirlər. Ancaq Bədiüzzaman həyatda ikən belə hadisə baş verməmişdir.

Bədiüzzaman hz. İsa və hz. Mehdinin Quran əxlaqının bütün yer üzünə hakim olması üçün ittifaq edəcəklərini bildirmişdir. İki dinin birləşməsinin İslamiyyət üzərinə olacağını hədislərlə açıqlayan Bədiüzzaman, Quranın tabe olunan kitab olacağını, onun hökmlərinin etibarlı və hakim olacağını bildirmişdir. Bu ittifaq və bu böyük hadisələr hələ həyata keçməyib və hz. İsanın gəlişi və hz. Mehdi ilə birlikdə namaz qılmaları kimi, bu tarixi hadisə də bütün dünya müsəlmanları tərəfindən böyük həyəcanla gözlənilir.