Peyğəmbərimiz (s.ə.v) dövründə İslam düşmənləri, onu pisləmək üçün o dövrün nəşr orqanı sayılan şairləri istifadə edirdilər. Şairlər, yarmarkalarda, bazarlarda Peyğəmbər (s.ə.v)-ə cahilcə müxtəlif təhqirlər edir, ona dəli, cadugər, kahin şəklində böhtanlar atırdılar. Axırzamanda da inkar edən kəslər hz. Mehdi haqqında mənfi təbliğat edəcək, öz ağıllarına görə xalqın nəzərində bu mübarək şəxsin etibarını sarsıtmağa çalışacaqlar.
Hədislərdə hz. Mehdinin başlanğıc illərinin sıxıntı və çətinliklərlə dolu mübarizə illəri olduğu izah edilir. “Qızıl əsr” ifadəsi isə hz. Mehdinin yer üzündə olduğu son dövrlərə aiddir. Hz. Mehdi və müsəlmanlar ancaq bu dövrdə rahata, bolluğa, hüzura qovuşacaqlar və sevgiyə, sülhə, qardaşlığa söykənən bir həyatı bu dövrdə yaşayacaqlar.

