Hədislərdə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan olacağı bildirilir. Hz. Mehdinin bu xüsusiyyətini xəbər verən hədislərdən bəziləri belədir:
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa Allah (c.c) mənim Əhli Beytimdən (soyumdan) bir şəxsi (hz. Mehdini) göndərəcək. (Sünəni Əbu Davud, 5/92)
Mənim Əhli Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz. (en-Necmus Sakıb, Ukayli)
Mehdi, qızım Fatimənin nəsilindəndir. (Sünəni İbn Macə, 10/348)
Mehdi ilə müjdələnin! O Qureyşdən və Əhli Beytimdən bir insandır. (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 13)
Mehdi, mənim uşaqlarımdan biridir. Üzü səmada parlayan ulduz kimidir. (Əli ibn Sultan Məhəmməd əl-Kari el-Hanefinin “Risaletül Meşreb elverdi fi məzhəbil Mehdi”)
Bütün peyğəmbərlər bir-birinin soyundandır. Hz. Mehdi də hədislərdə ifadə edildiyinə görə bu soydan gəlir. Xalq arasında bu soydan gələnlərə “seyid” deyilir. “Hz. Mehdi də seyid olacaq.”
Allah, Quranda bir-birlərinin soyundan gələn elçilərdən bəhs edir (Ənam surəsi, 83-84). Bu ayələr hz. Mehdinin də eyni soydan gələcəyinə işarə etmiş ola bilər (Doğrusunu Allah bilir).

