“BÖYÜK MEHDİNİN SİYASƏT, DİN, MÜBARİZƏ, SƏLTƏNƏT ALƏMİNDƏ VƏ BİR ÇOX SAHƏDƏ FƏALİYYƏTLƏRİ OLDUĞU KİMİ”. (Şualar, səh. 590)
Bədiüzzaman Axırzamanda gələcək hz. Mehdinin;
Siyasət,
Din,
Səltənət
sahələrində böyük vəzifələri olacağını bildirir və bütün bu vəzifələri eyni zamanda yerinə yetirən şəxsin hz. Mehdi ola biləcəyini bildirir.
Bədiüzzaman “böyük Mehdi” ilə keçmiş mehdilər adlandırdıqları şəxslər arasındakı ən əhəmiyyətli fərqlərdən birinin, yerinə yetirəcəyi “böyük vəzifələr” olduğunu ifadə etmişdir. Bədiüzzaman “ÇOX VƏZİFƏLƏRİ VAR” deyərək, bu vəzifələrin hz. Mehdini insanlara tanıtdıracaq əhəmiyyətli əlamət olduğunu vurğulayır. Bədiüzzaman isə bu vəzifələrin hamısının yerinə yetirilmədiyi təqdirdə bir insanın hz. Mehdi ola bilməyəcəyini xatırladır.
Bədiüzzaman bu sözlər ilə “ÇOX VƏZİFƏLƏRİ VAR” dediyi Mehdinin bu vəzifələrinin nə olduğunu izah edir. Hz. Mehdinin “SİYASƏT, SƏLTƏNƏT və DƏYANƏT MEHDİSİ” kimi bu üç xüsusiyyətin hamısına sahib olacağını və hər üç sahəyə Mehdilik edəcəyini söyləyir. Qeyd edək ki, Bədiüzzaman bu vəzifələri “üç ayrı şəxsin” yerinə yetirəcəyindən bəhs etməmişdir. Əksinə, hz. Mehdi (ə.s)-in bu “EYNİ ZAMANDA BU ÜÇ MƏSƏLƏ” də möminlərin rəhbərliyini üzərinə götürəcəyini bildirmişdir. Bu sözlər ilə eyni zamanda “Mehdiliyi üç hissəyə bölməyin və birinin Mehdilik üçün kafi olacağını söyləməyin” yanlışlığını da ortaya qoyur.
Bədiüzzaman tərəfindən verilən bu məlumat ilə hz. Mehdinin imkanlarının geniş olacağını və bu vəzifələrin tam şəkildə həyata keçirilməsinin hər üç sahədə güclənməsi ilə həyata keçiriləcəyini izah edir. “ÇOX SAHƏDƏ FƏALİYYƏTLƏRİ OLDUĞU KİMİ” sözləri ilə hz. Mehdinin bu “fəaliyyətlərini və təsir dairəsinin genişliyini” bildirir.
Bədiüzzaman sağlığında böyük imani xidmət həyata keçirmiş, lakin hər üç sahədə imkanı və səlahiyyəti olmamışdır. Əksinə, ömrünü sürgündə, maddi sıxıntılar və çətinlik içərisində keçirmişdi. Müxtəlif haqsızlıqlara və təqiblərə məruz qalmış, həyatının çox hissəsini həbs, sürgün kimi şərtlər altında keçirmişdir. Şübhəsiz ki, Bədiüzzaman Mehdi olsaydı və dəyanət, səltənət və siyasət sahəsindəki üç vəzifəsini yerinə yetirsəydi, belə vəziyyət olmazdı. Buna görə də Bədiüzzaman hz. Mehdi haqqında verdiyi bu məlumat ilə özünün Mehdi ola bilməyəcəyini bir daha sübut edir.
Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin “lider xüsusiyyətlərinə malik üstün bir ŞƏXS” olduğuna bir daha diqqət çəkmişdir. Bədiüzzamanın sadaladığı vəzifələrin hər biri yalnız “İNSAN”ın üzərinə götürə biləcəyi məsuliyyətlərdir. “MEHDİ” sözü “HİDAYƏT OLUNMUŞ VƏ HİDAYƏTƏ YÖNƏLDƏN” deməkdir. Bədiüzzaman hz. Mehdinin “DƏYANƏT”, “SİYASƏT” və “SƏLTƏNT” bu “MEHDİLİK VƏSFİNİ” daşıyaraq boynuna böyük məsuliyyət götürəcəyini bildirir. Şəxsi-mənəvinin dəyanət, siyasət və səltənət məsələlərində səlahiyyətə malik olması; bu sahələrdə insanların məsuliyyətlərini boynuna götürərək ədaləti təmin etməsi mümkün deyil. Bu vəzifələri yerinə yetirmək, Bədiüzzamanın da ifadə etdiyi kimi, “HİDAYƏT OLUNMUŞ İNSANIN” “iman, ağıl və vicdan ilə yerinə yetirəcəyi vəzifələr”dir. Bədiüzzaman da sözləri ilə bu həqiqəti vurğulamış və hz. Mehdinin şəxsi-mənəvi ola bilməyəcəyini ifadə etmişdir.

