Hz. Mehdi (əs) dövründə məzhəblər ləğv olacaq

Hz. Mehdinin gəlişi haqqında müjdələr

Muhyiddin Ərəbi “əl-Əndəlüsi Futuhatul-ül Mekkiye” adlı əsərində belə yazır:
“Hz. Mehdi (ə.s.) dini Peyğəmbərimizin (s.ə.v.) dövründə olduğu kimi tətbiq edəcək. Məzhəbləri aradan qaldıracaq. Xalis və həqiqi dindən başqa heç nə qalmayacaq. Onun (Hz. Mehdinin (ə.s.)) düşmənləri ictihad alimlərini təqlid edənlər olacaq. Çünki onlar hz. Mehdinin (ə.s.) məzhəb imamlarının əksinə hökm verdiyini görəndə bunu bəyənməyəcəklər, amma buna qarşı da çıxa bilməyəcəklər. Onun (Hz. Mehdinin (ə.s.)) qılıncı qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər-istəməz hakimiyyətinə boyun əyəcəklər. Onun (Hz. Mehdinin (ə.s.)) açıq düşmənləri fiqh alimləri olacaq. Çünki cəmiyyətdə imtiyazları qalmayacaq. Hətta əhkam xüsusunda elmləri azalacaq. Bu imamın (Hz. Mehdi (ə.s.)) gəlişi ilə alimlərin hökmlərindəki anlaşmazlıqlar da aradan qalxacaq. Əgər əlində qılınc (elm) olmasaydı, fiqh alimləri onun (Hz. Mehdinin (ə.s.)) ölümünə fitva verərdilər. Lakin Allah-Təala onu (Hz. Mehdini (ə.s.)) kərəmi ilə, qılınc (qardaşları) ilə təmizləyəcək, onlar ona (Hz. Mehdiyə (ə.s.)) itaət edəcəklər. Çünki cəmiyyətdə imtiyazları qalmayacaq, hətta ehkam barəsində elmləri də azalacaq. Mehdinin gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da aradan qalxacaq. Ondan (Hz. Mehdidən (ə.s.)) həm qorxacaqlar, həm də bir şey umacaqlar. Qəlbən ondan (Hz. Mehdidən (ə.s.)) nifrət edəcəklər. Amma buna baxmayaraq, istər-istəməz hökmünü qəbul edəcəklər.
(Muhammed ibn Rəsul əl-Hüseyin əl-Bərzənci, “Qiyamət əlamətləri”, səh. 187)

“Ümmətimdən başı sarıqlı yetmiş min alim dəccala tabe olacaq.”
(İmam Əhmed ibn Hənbəl, “Müsned”, səh. 796)

“Bəzi zahiri din alimləri (saxta hədislərə görə hökm verən alimlər) o rəvayət və hədislərin zahirinə baxıb şübhəyə düşüb və ya doğruluğunu inkar edib, xürafatvari bir məna qazandırıb, ağlın ixtiyarını qaldıracaq xüsusiyyətlərə malik bir şəxsi gözlədiklərini dedikləri üçün avam müsəlmanlara zərər verirlər.”
(Bediüzzaman Said Nursi, “Kastamonu Lahikası”, səh. 80)

“Hz. Mehdi (ə.s.) zühur edəndə fiqh alimləri ona düşmənçilik edəcəklər. Onun (Hz. Mehdinin (ə.s.)) qılıncı onun qardaşlarıdır. Əlində qılıncı olmasaydı, yəni qardaşları olmasaydı, fiqh alimləri onun qətlinə fərman verərdilər. Lakin Allah onu (Hz. Mehdi (ə.s.)) kərəmi ilə və qılıncı ilə (qardaşları ilə) təmizləyib pak edəcək, onlar ona (Hz. Mehdi (ə.s.)) etimad edəcəklər.”
(“Ramuz el-Hadis”, səh. 56)

“Onun (Hz. Mehdi (ə.s.)) dövründə din bidətlərdən təmizlənəcək və əslinə qayıdacaq. Verəcəyi bir çox hökmlər din alimlərinin hökmlərinə müxalif çıxacaq. Buna görə də Hz. Mehdiyə (ə.s.) yaxınlaşmayacaqlar. Çünki zənlərinə görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid buraxmadığını qəbul edəcəklər…”
(Muhyiddin Arabi, “Futuhat-El Mekkiye”, 66-cı bab, cild 3, səh. 327)

İmam Rəbbani bu mövzuda belə demişdir:
“Mehdi zühur etdikdə din alimləri deyəcək: Bu insan (Hz. Mehdi (ə.s.)) dinimizi aradan qaldırmaq və şəriətimizi məhv etmək istəyir.”
(“Mektubat-i Rabbani”, 1/535)

Hz. Mehdi (ə.s) dünyaya Axırzamanda gələcəkdir. Allah Rəsulunun (s.ə.v) nəslindən olacaq. Hz. İsa (ə.s) ilə görüşəcək, məzhəbləri ləğv edəcəkdir.
(Hüseyin Hilmi Işık, “Saadet-i Ebediye”, səh. 35)