Hz. Mehdi dövründə yaşanacaq bir başqa inkişaf da, yer üzündəki bütün yeraltı zənginliklərinin ortaya çıxarılması və bunların insanlığın rifahı və rahatlığı üçün istifadə edilməsi olacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Qızıl əsrin bu xüsusiyyəti belə xəbər verilir:
…Hz. Mehdi xəzinələri çıxaracaq… (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 33)
Onun zamanında yer üzü içindəki xəzinələri çölə atacaq. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)
…Ərz, içərisində gizlədiyi bütün zənginliklərini, qızıldan və gümüşdən sütunlar halında çölə atacaq. (İmam Şarani, Ölüm Qiyamət Axirət və Axırzaman əlamətləri, səh. 464)

