Allah Qurandakı hekayələrlə, dövrümüzə baxaraq necə davranacağımız üçün bizə yol göstərir. Məhz münafiqlərin homoseksuallarla olan əlaqələrini və onlara verdikləri dəstəyi anlamaq üçün, Quranda verilən nümunələrdən biri də hz. Lutun həyat yoldaşıdır. Bu qadın hz. Lutun ailəsindən biridir və hətta həyat yoldaşı olmasına baxmayaraq, münafiq xarakterli olduğu üçün, Peyğəmbərin şiddətlə mübarizə apardığı bu azğın və homoseksual cəmiyyətlə əlaqə yaratmışdır. Onlarla dost və sirdaş olmuş və Peyğəmbərə qarşı onların tərəfində yer almışdır.
Hz. Lutun həyat yoldaşı, güc və qürurun hz. Lut və iman edənlərin yanında deyil, homoseksual qövmün yanında olduğuna inanmışdır. Homoseksualların, cəmiyyətin məşhur, qabaqcıl, zəngin və etibarlı çoxluğu tərəfindən qəbul edilən və arxa çıxılan bir cəmiyyət olduğunu düşünərək aldanmış və onların tərəfində dayanmasının daha ağıllı olduğuna qərar vermişdir.
Bu, mənfəətpərəst, küfr əhlinə yaltaqlanmağa çalışan yanaşma tərzi, münafiqlərin ümumi rəftarıdır. Özlərinin “çox ağıllı və ayıq-sayıq”, müsəlmanların isə, “guya öz dünyəvi mənfəətlərini qorumağı bacarmayan” və ayədə bildirildiyi kimi “zəif ağıllı” (Bəqərə surəsi, 13) kəslər olduqlarına inanarlar. Özləri, güc sahibi zənn etdikləri insanların tərəfində yer alaraq dünyadakı mənfəətlərini xilas etdiklərinə; müsəlmanların isə zəiflərin yanında dayanmaqla böyük ağılsızlıq etdiklərinə inanarlar. Sırf mənfəət üçün, bu iyrənc murdarlığı mənimsəmiş insanlarla dostluq əlaqələri qurmağın nə qədər alçaldıcı olduğunu isə dərk etmirlər.
Məhz hz. Lut dövründə də, bütün münafiq xarakterli insanlar kimi, Peyğəmbərin münafiq həyat yoldaşı da bu küfri düşüncə ilə hərəkət edirdi. Lut Peyğəmbər, qövmündəki pozğun qrup ilə mübarizə apararkən, münafiq əxlaqlı həyat yoldaşı da, gizlincə homoseksuallarla birlik olub Peyğəmbərə qarşı münafiq xarakterli işlər görənlərin arxasında idi. Peyğəmbərin rəftarını doğru hesab etmir, ona qarşı çıxmaq bahasına homoseksualların tərəfində yer alıb onları müdafiə edirdi.
Qövmündəki homoseksualların çox olduğunu gördüyü və onları daha güclü hesab etdiyi üçün, onlardan mənfəət əldə edə bilməyi ümid edirdi. “Bəlkə onlar sayəsində güc və pul qazanaram, etimad qazanaram, qorunaram, arxamı güclü insanlara yaslayaram, həyat boyu rahat olaram, mühüm insan olaram” kimi məntiqlə dünyəvi hesablar görürdü. Yoxsa, əlbəttə ki, bu azğın qövmün əxlaqsız, diksindirici, alçaq xarakterdə insanlardan ibarət olduğunu çox yaxşı bilirdi. Lakin özü də yüksək əxlaqi dəyərə sahib olmadığı üçün onların etdiyi iyrənc azğınlığa biganə yanaşırdı.
Hz. Lutun münafiq həyat yoldaşı, istəsə Peyğəmbər və iman gətirənlərin yanından ayrılıb, heyran olduğu bu azğın insanların arasında yaşaya bilərdi. Lakin iman edənlər arasında qalıb, hiyləgərcə azğınlığa dəstək vermək və iman edənlərə qarşı alçaqca oyunlar oynamaq, ona daha cəlbedici gəlmişdir. Müsəlmanlar əleyhinə nə qədər xainlik edə bilsə, küfr əhlinin və homoseksualların arasında o qədər mühüm şəxsiyyət olacağını zənn edərək, Peyğəmbərin yanında qalaraq oyunlarına orada davam etməyi seçmişdir.
Bu cür düşüncə ilə hərəkət edən hz. Lutun həyat yoldaşı, Peyğəmbərdən və iman gətirənlərdən məlumat toplayıb, bunları qövmündəki homoseksuallara çatdırmağı öz aləmində çox mühüm vəzifə kimi görmüşdür. İman gətirənlərlə homoseksual pozğunlardan ibarət inkarçı cəmiyyət arasında şiddətli mübarizənin yaşandığı o günlərdə, bu münafiq qadın mömin təqlidi edərək, “topladığı bütün məlumatları qövmündəki homoseksuallara çatdırmışdır”. Hiyləgərcə iman edənlər əleyhinə “casusluq etmişdir” və məlumat daşımışdır.
Məhz dövrümüzdə də münafiqlər Quranda; “…aranızsa onlara “xəbər daşıyanlar” var…” (Tövbə surəsi 47) ayəsiylə xəbər verildiyi kimi, müsəlmanlar əleyhinə homoseksual dəstəyə məlumat daşıyaraq dəstək verirlər. Həmçinin “niyə homoseksuallara icazə vermirsiniz?”, “niyə onlara azadlıq tanımırsınız?”, “rahat yaşamalarına niyə qarışırsınız?” kimi hiyləgər üslublarla, İslamda qətiyyən yeri olmayan bir azğınlığın qanuniləşməsi üçün çalışırlar. Homoseksualların əxlaqsız olması isə münafiqi heç maraqlandırmaz; o da bunun azğınlıq olduğunu açıqca bilir, lakin maraqlanmaz. Yalnız öz maraqlarını qoruyar. Çünki həyasızdır; münafiqin Allah qorxusu, əxlaqi dəyərləri, şərəfsizlik etmə narahatlığı və özünə hörməti yoxdur.
Hz. Lutun münafiq həyat yoldaşı, mənfəət əldə etməyi ümid edərək homoseksual qövmünə dəstək vermiş, lakin bunun nəticəsində istədiyi mənfəətlərə nail ola bilməmişdir. Allah azğın Lut qövmü ilə birlikdə onu da həlak etmişdir. Birlikdə saf tutduğu, qorxunc cinayətlərinə və iyrənc əxlaqsızlığına ortaq olduğu insanlarla birlikdə əzaba uğramışdır. Peyğəmbər xanımı olması da ona heç bir fayda verməmişdir:
Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadının geridə qalanlardan olmasına qərar verdik. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! (Nəml surəsi 57-58)
Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?” (Hud surəsi 81)

