Hz. Əli (ə.s)

Quranda münafiqin təsviri çox ətraflı şəkildə müsəlmanlara bildirilmişdir

Quranda münafiqin təsviri çox ətraflı şəkildə müsəlmanlara bildirilmişdir. Lakin bununla yanaşı, insanların bu ayələrin praktiki həyata keçməsini, münafiqlərin, ayələrdə bildirilən şeytani əxlaqı nə cür tətbiq etdiklərini görə bilmələri üçün, “münafiqin gündəlik həyatdakı təsvirini” də vermək olduqca əhəmiyyətlidir.

Münafiqlərin 1400 ildən bəri İslam aləmini məhv etmiş, müsəlman cəmiyyətlərə istədikləri kimi nifaq salıb fitnə törədə bilmiş olmaları, məhz həmişə insanların “münafiq təsvirini tam bilməmələrindən” irəli gəlmişdir. Münafiqin çox genişmiqyaslı analizinin edilməmiş olması, müsəlmanların münafiqləri “müəyyənləşdirməkdə çətinlik çəkmələrinə” səbəb olmuşdur. Müəyyənləşdirməkdə çətinlik çəkdikləri üçün, münafiqlərin hər yerdə əli olmuş, hər yerə asanlıqla daxil olmuş və hər cür “məxfi məlumatı” əldə edə bilmişlər. Hətta belə ki, tarixdəki bəzi İslam ölkələrində bəzi müsəlmanlar, qeyri-sabit rəftarlarına rast gəldikləri halda, imanlarında xəstəlik olduğunu görə bilmədikləri insanların liderliyini qəbul edib, arxasınca getmişlər.

Məhz bu təhlükənin aradan qalxması üçün, bütün müsəlman aləmi münafiqlik mövzusunu çox yaxşı qavramalı və bu insanların xarakterlərini analiz etmə qaydalarını çox yaxşı öyrənməlidirlər. Bu məlumatı əldə etdikləri zaman, münafiqi gördükləri yerdə dərhal tanıyıb müəyyənləşdirə biləcək və beləliklə də, münafiqin törədəcəyi təxribatın qarşısını ən başından almış olacaqlar. Eyni zamanda “münafiq də tanındığını anlayıb” ya münafiqlikdən imtina edəcək, ya da özünə sığınacaq başqa yer tapmağa çalışacaq.

I … Münafiqin ən mühüm silahı “gizlilik”dir. Münafiqlərin bu günə qədər ki, ən böyük üstünlükləri, təsvir edilməyən, bilinməyən, insanlar tərəfindən müəyyən edilməmiş bir sistemdən istifadə etmələri olmuşdur. Məhz münafiqin bu hiyləsi, gizliliyi əlindən alındığı anda bitər. Münafiq sanki bir “yarasa kimidir”. Günəşi, işığı gördüyü zaman, pərişan olar. Dərhal gizlənmək üçün bir dəlik axtarmağa başlayar. Məhz, əgər müsəlmanlar, münafiqin üzərinə bir proyektor tutaraq onu işıqlandırsalar, münafiqin gedə biləcəyi bir yer də qalmaz. Hara qaçsa da, mənəvi cəhətdən yaxalanacağını bilməsi münafiqi çox usandıracaq və gizli hərəkətini edə bilməyəcək hala gələcək.

Əgər münafiqin təsviri yaxşı bilinməsə, münafiqlər müsəlman məclislərində, iman gətirənlərin bütün nemətlərindən istifadə edərək sanki “vərəm mikrobu” kimi yaşamağa davam edər. Eynilə “parazit və mikrob kimi” gizlicə müsəlmanların orqanizminə daxil olarlar. Bir tərəfdən özlərini müsəlman kimi göstərib, onların imkanlarından istifadə edər, digər tərəfdən də İslama öz aləmlərində zərər verməyə çalışarlar. Buna görə də, münafiq xarakteri mütləq hər yerdə çox yaxşı bilinməli və tanınmalıdır.

Üstəlik münafiq əlamətlərinin və bu xəstə xarakterin çox yaxşı öyrənilməsi, İslam aləmində çox keyfiyyətli müsəlmanların yetişməsinə vəsilə olar. Çünki şeytanın bu çirkli əxlaqını öyrənən hər müsəlman, bütün bu deyilənlərdən öyüd alıb nəfsini qınayar və münafiqlərin əxlaqına bənzər kimi görünə biləcək bütün rəftarlarını düzəldər. Bunun nəticəsində də “imanda, gözəl əxlaqda dərinləşmiş, təqva cəhətdən üstün, ağlı, şüuru çox açıq, keyfiyyətli müsəlman cəmiyyətlər” meydana gələr.