Hz. İsmayılın qurban deyilməsi uydurması

Qurbanlıq ilə əlaqəli çoxlu uydurma hədislər var

Qurbanlıq ilə əlaqəli çoxlu uydurma hədislər var. Quranda heç bir bayram olmadığı kimi Qurban bayramı da yoxdur, adət olaraq keçirilir, keçirməkdə günah yoxdur. Amma toplu heyvan öldürmək yerinə həmin pulları ehtiyacı olanlara vermək ən ağıllı iş olardı. Ayrıca Həcc edənlər Məkkəbəd qurban kəsin də deyilmir, evinizə çatanda kəsin deyilir, yəni evlərinə qayıdanda şükür qurbanı kəsməlidirlər. Hazırda qeyd edilən Qurban bayramı məşhur bir uydurma hədisə əsaslanır. Həmin hədis qısaca belədir:

Guya Hz İbrahim üç gün dalbadal yuxuda görür ki, oğlu İsmaili qurban kəsir. Bu məsələni oğluna deyir. Oğlu da deyir ki, əməl et. Bunlar yol ilə gedərkən şeytan mane olmaq istəyir. Hz İbrahim daşla şeytanı qovur (həccdəki şeytan daşlama buradan gəlir). Nəhayət çatırlar, Hz İbrahim oğlunu yıxır, boğazını kəsmək istəyəndə, bıçaq kəsmir. 3 dəfə bunu təkrarlayır yenə də kəsə bilmir. Bu an Allah ona bir qurbanlıq qoç yollayır və oğlunun əvəzində qoçu kəsir. Həmin qoç da Qabilin qoçu imiş. Bəzi rəvayətlərə görə Cənnətdə 40 il otlamışdı.

Bu hədis Allahın sünnətinə, Quran ruhuna tamamilə ziddir. Hz. İbrahim kimi böyük rəsulun şəxsiyyətinə isə heç uyğun gəlmir. Hədisçilər yuxarıda yazdığım hədisi Saffat 102-107 ayələrindən quraşdırıblar. Ayələri isə səhv tərcümə edirlər, həqiqət həmin hədislə heç bir əlaqəsi yoxdur. Ayənin səhv tərcüməsi belədir:

O, yüyürüb qaçmaq çağına çatdıqda dedi: “Oğlum, yuxuda gördüm ki, səni qurban edirəm. Bax gör nə fikirləşirsən”. O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən”. Onların hər ikisi təslim oldu və onu alnı üstdə yatırdı. Və Biz ona belə xitab etdik: “Ya İbrahim! Sən gördüyün yuxuya sadiq qaldın. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Və ona fidyə olaraq böyük bir qurban verdik. (Saffat surəsi, 102-107)

I Məzhəbçi tərcümanların yazdığı çox böyük səhvdir bu və üstəlik bütün məzhəblər də bu cür qəbul edir, heç kim də düşünmür və sorğulamır. Allah (haşa) zalım deyil ki, uşaq qurbanı istəsin!!! Bu tərcüməyə görə uşaq qaçma yaşında, yəni təxminən 2-3 yaşında körpə uşağı Allah öz atası tərəfindən öldürməsini istəyir (haşa), yəni cinayət törətməsini və üstəlik ən böyük vicdansızlıq cinayəti. Bunu hansı vicdan və ağıl qəbul edir anlamaq mümkün deyildir. Ən Mərhəmətli və Ən Rəhimli Allah bir atadan öz körpə uşağını öldürməsini istəyər mi?!!!

Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” – dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et!”, – dedi. Hər ikisi təslim olduğu və İbrahim (qurbanlığı) üzüstə yatırdığı zaman Biz ona belə səsləndik: “Ey İbrahim! Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır. Biz (qurbanlığın) əvəzinə ona daha böyük bir qurbanlıq verdik. (Saffat surəsi, 102-107)

Allah yuxuda ona şükür qurbanı kəsməsini istəyir sadəcə, çünki öncəki ayələrdə hz. İbrahim Allaha dua edib saleh övlad istəmişdir.

Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. (Saffat surəsi, 100-101)

Bunun əvəzində isə Allah ona şükür qurbanı kəsməsini yuxuda göstərmişdir. Öz oğlunu yox!!! Qoyun qurban etməsini göstərmişdir və beləcə şükür qurbanı kəsmək nazil olmuşdur. Etmək fərz deyil, könüllüdür bu inşaAllah.

Keçən il Əfqanıstanda ata körpə qızını öz əlləri ilə boğazını kəsdi öldürdü, guya Allaha qurban elədi. Bunun videosunu özüm görmüşəm və ən pisi də ətrafda minlərlə insan bunu seyr edib videoya çəkməsi idi. Kimsə də müdaxilə etmirdi ki, onların batil, xurafatçı, müşrik məzhəb dinləri bunu əmr edir!!! İslamofobiya bu xurafatlara görə məzhəb anormallıqlarına görə yaranır. Allah Əfqanıstana ona görə Terrorçulara təslim etdi, artıq onların kəffarəsi də budur. Əlavə deyim ki, dünyaya ən çox narkotika satan və oğlanbazlıq (homoloq) edən ölkəsidir.