Hz. İsanın tələbələrinin sayı çox, yoxsa az olacaq?

“İSA ƏLEYHİSSALAMI NURU İMAN İLƏ (nuru ilə) TANIYAN və TABE OLAN CAMAATI RUHANİYE-İ MÜCAHİDİNİN (mübarizə edən ruhani camaatının) KƏMİYYƏTİ (sayı) Dəccalın məktəb və əsgəri elmi və maddi ordularına nisbətən çox AZ VƏ KİÇİK olmasına işarədir (məqsədindədir).” (Şüalar, səh. 495)

Bədiüzzaman bu sözündə, hz. İsanı ikinci dəfə yer üzünə gələndə tanıyacaq və dəstək olan toplumun xüsusiyyətlərindən bəhs edir.

Bədiüzzaman bu sözündə hz. İsanın onu dəstəkləyən camaatı tərəfindən “İMANIN NURU İLƏ TANINACAĞI”dan bəhs etmiş, açıq şəkildə hz. İsanın “BİR ŞƏXS” olduğunu ifadə etmişdir. “TANINMA”, “tanınacaq bir şəxs olduğunu” ifadə edir və Bədiüzzamanın mənəvi varlığı deyil, şəxsən hz. İsanı nəzərdə tutduğunu ortaya qoyur.

Bununla yanaşı, Bədiüzzaman bu sözləri ilə hz. İsanın və onun şəxsi- mənəvisinin bir-birindən ayrı anlayışlar olduğunu ifadə edir. Çünki Bədiüzzaman “hz. İsanı tanıyan bir qrup”dan bəhs edir, üstəlik, “hz. İsanın da bu qrup tərəfindən tanınacağını” bildirir. Bir şəxsi-mənəvinin digər şəxsi-mənəvini tanıması, ya da bir şəxsi-mənəvi tərəfindən tanınması mümkün deyil.

Bədiüzzamanın üzərində dayandığı bu həqiqət, bu iki problemin cavabı ilə bir daha ortaya çıxır:

1) Bədiüzzaman kimin imanın nuru ilə tanınacağından bəhs etmişdir?

– Hz. İsanın.

2) Bədiüzzaman hz. İsanı kimlərin tanıyacağından bəhs etmişdir?

– Onu imanlarının nuru ilə tanıyan camaatının.

Hz. İsa ilə eyni dövrdə yaşamaq, həvariləri kimi Allah yolunda bu mübarək şəxsin köməkçilərindən olmaq, bütün müsəlmanlar üçün şərəfdir. Hədislərdə və Bədiüzzamanın sözlərində ifadə edildiyi kimi Allah, hz. Mehdi və yanındakılara, hz. İsa və ona tabe olan az sayda inananla eyni safda fikri mübarizə icra etməyi nəsib edəcək. Bədiüzzaman əsərlərində bu haqq fikri mübarizənin özündən dərhal sonrakı dövrdə həyata keçəcəyini ifadə edərək hz. İsa və hz. Mehdinin zühurunun onun yaşadığı illərdə hələ baş vermədiyini ifadə etmişdir.

Bədiüzzaman bu sözlərində hz. İsanın onu dəstəkləyən, ona inanan və göstərdiyi yolu izləyən şəxslərdən ibarət bir camaatı olacağından bəhs edir. Hz. İsanın yüksək mənəviyyatını anlamaq, ancaq bu mübarək şəxsi qəbul edə biləcək tutumda mənəviyyata sahib insanlara nəsib olacaq. Bu camaat Bədiüzzaman tərəfindən “camaat-i ruhaniyə-i mücahidin” (mübarizə edən ruhani camaatının) sözləri ilə ifadə edilmişdir. Bədiüzzamanın da ifadə etdiyi kimi bu toplumun, ruhaniyyəti, mənəvi dərəcəsi yüksək və Allah yolunda fikri mübarizə edən, çalışan bir camaatdır.

Bədiüzzaman hz. İsanın bir lider olaraq başında olduğu toplumun sayının, Allahı inkar edən toplumla müqayisədə daha az və kiçik olduğunu bildirir. Uca Allahın Quranda bildirdiyi kimi, “… Nə qədər kiçik birlik, daha çox olan bir birliyə Allahın icazəsiylə qalib gəlmişdir.” (Bəqərə Surəsi, 249). Axırzamanda da hz. İsa və hz. Mehdiyə bağlı sayları az, amma Allaha könüldən iman edən, saleh möminlər (Allahın icazəsi ilə) üstün gələcəklər, Məsih Dəccalın fitnəsini tam mənasıyla ortadan qaldıracaqlar.