Hz. İsanın İkinci Dəfə Yer Üzünə “şəxsi Mənəvi” Deyil “şəxs” Olaraq Gələcəyi Hədislərdə Necə Açıqlanmışdır?

Əvvəlki sətirlərdə izah edildiyi kimi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsanın ikinci dəfə yer üzünə gəldiyində hz. Mehdi ilə birlikdə dəccalın fitnəsinə qarşı böyük mübarizə icra edəcəyi, hz. Mehdi ilə birlikdə namaz qılacağı bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v)-in vermiş olduğu bu məlumatlar hz. İsanın “şəxsi mənəvi” olmadığını; namaz ibadəti kimi, Allahın haqq dininin hökmlərini yerinə gətirə biləcək “Cismi bədəni olan şəxs” olaraq yer üzünə gələcəyini açıq şəkildə ortaya qoyur. Hz. İsa, yer üzünə əvvəlki gəlişində namaz ibadətini yerinə yetirmişdir. İkinci dəfə gəlişində də Allahın icazəsiylə eyni şəkildə bu ibadətinə davam edəcək. Allah Quranda “yaşadığı müddətcə” namaz qılmaqla məsul olduğunu hz. İsaya belə bildirir:

Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

Bununla yanaşı Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Hz. İsanın ortaya çıxış zamanı, edəcəyi fəaliyyətlər, xüsusiyyətləri, əxlaqı, fiziki xüsusiyyətləri, yaşı kimi bir çox xüsusiyyəti haqqında da məlumat verilmişdir. Bütün bu məlumatlar, Peyğəmbərimiz (s.ə.v)-in hz. İsanın “şəxsi mənəvi” olaraq deyil, şəxs olaraq gələcəyini müjdələdiyini açıq şəkildə ortaya qoyur. Hədislərdə bəhs edilən bu mövzuya açıqlıq gətirən məlumatlardan bəzilərini belə sıralaya bilərik:

Nəfsim qüdrət əlində olan Allaha and içərəm ki, MƏRYƏM OĞLU İSANIN ƏDALƏT SAHİBİ OLARAQ ENMƏSİ YAXINDIR… (Buxari, Kitabül-Büyu: 102, Mezalim: 31, Ənbiya 49; Müslim, İman: 242 (155); Əbu Davud, Melahim: 14 (4324); Tirmizi, Fiten: 54 (2234))

Rəsulullah buyurdu ki: “Həyatım əlində olan Allaha and içərəm ki, MƏRYƏM OĞLU (İSA ƏLEYHİSSƏLAM)ın ƏDALƏTLİ BİR HAKİM OLARAQ SİZİN İÇİNİZƏ ENMƏSİ YAXINDIR.” (Səhihi Müslim, cild 1, səhifə 206-242)

Vallah mütləq və şübhəsiz MƏRYƏM OĞLU İSA ENƏCƏK, həm ədalətli hakim, ƏDALƏTLİ HÖKMDAR olaraq enəcək… (Əbu Hureyre (r.ə)/Buxari, Büyu 102, Mezalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Əbu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234))

Bu hədislərdə Peyğəmbərimiz (s.ə.v), hz. İsanın “ədalət sahibi”, “ədalətli hakim” və “ədalətli hökmdar” xüsusiyyətlərini xəbər vermişdir. Bütün bunlar, bir insanın sahib ola biləcəyi xüsusiyyətlərdir. Bir “şəxsi mənəvi”nin hökmdar ola bilməsi, ədalət təmin edə bilməsi, hakim, yəni rəhbər xüsusiyyətini daşıya bilməsi isə əlbəttə ki, mümkün deyil. Peyğəmbərimiz (s.ə.v) bu mövzunu digər hədislərində də belə açıqlamışdır:

İmam Nəvəvi: HZ. İSA Ümməti Məhəmmədə peyğəmbər olaraq deyil; ŞƏRİƏTİ MUHAMMƏDİYYƏTİ TƏTBİQ ETMƏK ÜÇÜN GƏLƏCƏKDİR, deyir. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)

Ebuş-Şeyh Əbu Hüreyrə (r.ə)-dən nəql edir: “İSA ƏLEYHİSSALAM ENƏCƏK, dəccalı öldürəcək, QIRX İL QALIB, ALLAHIN KİTABI VƏ MƏNİM SÜNNƏMLƏ ƏMƏL EDƏCƏK, SONRA ÖLƏCƏK…” (Qiyamət əlamətləri, 8-ci nəşr, səh. 258)

Əbu Seyh, Kitab-ül Fitəndə Əbu Hureyrədən nəql etdi, Rəsulullah buyurdu: İsa ibn Məryəm enər, dəccalı öldürər və QIRX (40) İL ALLAHIN KİTABI VƏ MƏNİM SÜNNƏMLƏ HÖKM EDƏR, vəfat edər. (Kitab ul Burhan Fi Əlamət-el Mehdiyyel Axırzaman, səh. 92)

Bu hədislərdə də Peyğəmbərimiz (s.ə.v) hz. İsanın ikinci dəfə yer üzünə gəldiyində “Peyğəmbərimiz (s.ə.v)-in sünnəsiylə əməl edəcəyini” xəbər vermişdir. Bir “şəxsi mənəvi”nin Peyğəmbərimiz (s.ə.v)-in sünnəsiylə hərəkət etməsi mümkün deyil. Açıqdır ki, bu səhih hədislərdə bildirildiyi kimi hz. İsa Allahın icazəsiylə bir şəxs olaraq ortaya çıxacaq. Hədislərdə bu mövzuda verilən bir başqa məlumat isə hz. İsanın ikinci dəfə yer üzünə gəldiyində “həcc ibadətini yerinə yetirəcək olması”dır:

Vallah MƏRYƏM OĞLU (HZ. İSA ƏLEYHİSSALAM), Feccur-Ravha adlı mövqedə, HƏCC ETMƏK və ya ümrə etmək, yaxud da hər ikisini də etmək üçün İCABƏT EDƏCƏKDİR. (Müslim, Həcc: 216, 1252)

Bir rəvayətdə İSA ƏLEYHİSSALAMIN ENƏCƏYİ, HƏCCƏ GEDİB sonar da MƏDİNƏNİ ZİYARƏT EDƏCƏYİ VƏ RƏSULULLAHIN QƏBRİNƏ SALAM VERƏCƏYİ və Rəsulullahın da salamını alacağı izah edilir. (Qiyamət əlamətləri, 8-ci nəşr, səh. 246)

Bir rəvayətdə (REVHA)YA ENƏCƏYİ və oradan HƏCCƏ GEDƏCƏYİ izah edilir.

Revha, Mədinə ilə Vadisafra arasında, Məkkə yolundakı bir yerin adıdır. (Qiyamət əlamətləri, 8-ci nəşr, səh. 246)

Bəzi rəvayətlərdə belə deyilir:

O, YER ÜZÜNƏ ENDİKDƏN SONRA evlənəcək, oğul-uşaq sahibi olacaq, sonra MƏDİNƏDƏ ÖLƏCƏK… Bəlkə də ÖLÜMÜ HƏCC VƏ PEYĞƏMBƏRİN (S.Ə.V) QƏBİRİNİ ZİYARƏTİ ƏSNASINDA OLACAQ. Əks halda Beyti Məqdisdə vəfat edəcək. (Qiyamət əlamətləri, 8-ci nəşr, səh. 246)

Bu mövzu da yenə hz. İsanın bir şəxs olaraq gələcəyini açıqlayan bir başqa əhəmiyyətli məlumatdır. Peyğəmbərimiz (s.ə.v) hədislərində həmçinin “hz. İsanın fiziki xüsusiyyətləri” haqqında da məlumat vermişdir. Bu hədislərdə hz. İsanın boyundan, saç rəngindən və görünüşündəki gözəllik və heybətdən bəhs edilir. Şübhəsiz ki, bu detallar da hz. İsanın “şəxsi mənəvi” olmadığını yenə açıq şəkildə ortaya qoyur. Bu hədislərdən bəzilərini belə sıralaya bilərik:

“Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, ORTA BOYLU, AĞA ÇALAR QIRMIZI RƏNGDƏDİR. SARIYA BOYALI İKİ PALTAR İÇİNDƏ OLACAQ. YAĞIŞ YAĞMASA DA SAÇINDAN SU DAMLAYACAQDIR. Insanlarla İslam üçün mübarizə edəcək. Mesih-dəccallı öldürəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaqlar.” (Buxari, Müslim, Əbu Davud və Tırmizi / Böyük Hədis Külliyyatı, Rudani 5-ci cild, səh. 380)

İbni Abbas (r.ə.)-dən Nəbi (s.ə.v) Belə buyurduğu rəvayət olunmuşdur:

“Meracda mənə gecə səfər etdirildiyində mən Musanı əsmər üzlü, uzun boylu, buruq saçlı bir tipdə gördüm… İSANI DA GÖRDÜM. NƏ UZUN NƏ QISA NƏ ORTA BOYDA BƏNİZİ QIRMIZI İLƏ AĞA DÖNÜK OLUB, BAŞI SALIVERMİŞ DÜZ SAÇLI İNSAN İDİ. Allahın mənə göstərdiyi heyrətə layiq daha bir sıra qəribəliklər arasında Cəhənnəm gözətçisini Maliki və Dəccalı da gördüm. (Səhihi Buxari Muhtarasarı, Təcridi Sarih Tərcüməsi və Şərhi, səh. 37)

İbnu Ömər (r.ə) izah edir: “Xeyr, Allaha and olsun Rəsulullah (əleyhissalatu vəssalam), HZ. İSANIN QIRMIZI ÇÖHRƏLİ OLDUĞUNU SÖYLƏMƏDİ. Ancaq bunu söylədi: “Mən bir dəfə yatmışdım. Yuxumda Beytullahı təvaf edirdim. O SIRADA DÜZ SAÇLI, QUMRAL BƏNİZLİ, BAŞINDAN SU AXAR VƏZİYYƏTDƏ İKİ İNSANA SÖYKƏNİB ORTALARINDA GEDƏN BİRİNİ GÖRDÜM.

“Bu kim?” dedim.

“MƏRYƏMİN OĞLU!” dedilər. (Buxari, tabi 33, 11, Ənbiya, 42, Libas 68, Fiten 26, Muslim, İmam 275,(169); Muvatta, Sifatun-Nebi 2, (2, 920). 1673)

Yenə Abdullah İbni Ömər (r.ə)-dən rəvayət olunduğuna görə Nəbi (s.ə.v) demişdir ki:

Mən bu gecə özümü yuxumda Kəbədə gördüm. Qəflətən ƏSMƏR BİR İNSAN GÖRDÜM. SANKİ O ƏSMƏR İNSANLARDAN ƏN GÖZƏLİ, BAŞININ SAÇI İKİ ÇİYİNİ ARASINA SALLANIRDI. (YENİ) DARANMIŞ VƏ TƏMİZLƏNMİŞDİ DƏ BAŞININ SAÇI SU DAMLADIRDI. İKİ ƏLİNİ, İKİ İNSANIN, İKİ ÇİYİNİNƏ QOYARAQ BEYTİ TƏVAF EDİRDİ. (ORADA OLANLARA) BU KİMDİR? DEYƏ SORUŞDUM. ONLAR: MERYEMİN OĞLU MƏSİH (İSA)DİR, DEDİLƏR. (Səhihi Buxari, 9/177)

Kateqoriya: Qızıl Əsr və İslam Birliyi