Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara görə, hz. İsa və hz. Mehdi, haqq dinə qarşı mübarizə verəcək olan dəccalı məğlub edəcək və onun qurmuş olduğu azğın sistemə son verəcəklər. Hz. Mehdi, bütün insanları Allahın Quranda bildirdiyi haqq dini yaşamağa dəvət edəcək, dəccalın və onun inkara söykənən sisteminin ləğv olması ilə birlikdə insanlar axın-axın din əxlaqını yaşamağa yönələcəklər. Yer üzündə Quran əxlaqı hakim olacaq və bu şəkildə bütün insanlıq sülh və rifaha qovuşacaq.
Ancaq dövrümüzdə bunların heç biri hələ yaşanmamışdır. Əvvəlki sətirlərdə də ifadə edildiyi kimi, bütün dünya insanları hz. İsanın ikinci dəfə yer üzünə gəlişinə hələ şahid olmamışdır. Hz. Mehdi və hz. İsa birlikdə dəccala qarşı mübarizə verərək dəccalın fikri məğlubiyyətinə vəsilə olmamışlar. Bu vəziyyət də yenə hz. Mehdinin əvvəlki əsrlərdə gəlmiş bir şəxs ola bilməyəcəyini göstərir. Axırzaman əlamətlərinin bir-birinin ardınca reallaşması isə, hz. Mehdinin içərisində olduğumuz bu dövrdə ortaya çıxmasının çox yaxın olduğunu göstərən əlamətlərdən biridir.

