Hz. İsa zühur edib?

“Bəli, hədisi-serifin ifadəsi ilə həzrəti İsanın səmavi zühuru (göy üzündən enməsi) qəti (kəsin) olmaqla yanaşı; mənai-işarəsi ilə (işarə etdiyi məna ilə) başqa həqiqətləri ifadə etdiyi kimi bu həqiqətə də mucizanə (möcüzəvi şəkildə) işarə edir.” (Kastamonu Lahikası, səh. 50)

Axırzamanda hz. İsanın yenidən yer üzünə enməsi Quranda və hədislərdə bildirilib. Bədiüzzaman da bu həqiqəti dilə gətirib və hz. İsanın yenidən dünyaya gələcəyinin hədislərdə vurğulandığını bildirmişdir. Bu, səmimi iman edənlər üçün böyük müjdədir. Allahın icazəsi ilə, Axırzamanda yaşayan möminlər 2000 il sonra hz. İsanın yenidən yer üzünə gəlməsinə şahid olacaqlar.

Bədiüzzaman bu sözündə istifadə etdiyi “qəti” kəlməsi ilə hz. İsanın yenidən dünyaya gəlməsinin “qəti” həqiqət olduğunu bildirir. Bədiüzzamanın Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq verdiyi bu xəbər bütün zidd olan iddiaları etibarsız edir.

Bununla yanaşı, burada Bədiüzzamanın irəli sürdüyü digər həqiqət isə, hz. İsanın şəxsi-mənəvi deyil, möcüzəvi şəkildə insan bədəni ilə yer üzünə ikinci dəfə gələcək “şəxs” olmasıdır.

Ancaq Bədiüzzamanın yaşadığı dövrdə, dünya belə böyük hadisəyə şahid olmamışdı, hz. İsa Bədiüzzaman yaşayarkən hələ zühur etməmişdi. Allahın icazəsi ilə, bu tarixi hadisə hz. Mehdi zühur edəndə baş verəcək.