Təhrif olunmuş İncildə yazanların əksinə, hz. İsa (ə.s), çarmıxa çəkilməmiş, yəni romalıların qurduğu tələnin nəticəsi olaraq öldürülməmişdir. Rəbbimiz onların bu tələlərini pozmuş, romalılar başqa birini hz. İsa (ə.s) zənn etmişlər. Allah hz. İsa (ə.s)-ı Öz qatına almışdır.
Quran və İncil açıqlamaları arasında, hz. İsa (ə.s)-ın yer üzündən ayrılması haqqında əhəmiyyətli fərq olmasına baxmayaraq, hz. İsa (ə.s)-ın Allah qatına alındığı və qiyamət qopmadan əvvəl bir daha geri dönüb dünyada həqiqi dini hakim edəcəyi mövzusunda böyük bənzərlik vardır. Quranda qarşılaşdığımız dəlillər və Peyğəmbərimiz (s.ə.v) tərəfindən xəbər verilən hədislər, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gələcəyini təsdiqləyir.
Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyi mövzusu Quranda çox açıq olaraq bildirilmişdir. Bir çox ayədə bu mövzu ilə əlaqədar qəti ifadələr var. Quranda bildirilən bu dəlillər aşağıdakı şəkildədir:
1-ci dəlil
“… Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm…”
Hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki Ali İmran surəsinin 55-ci ayəsidir:
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali İmran surəsi, 55)
Allah qiyamətə qədər inkar edənlərə qalib gələn və hz. İsa (ə.s)-a həqiqətən tabe olan bir qrupun varlığından danışır. Hz. İsa (ə.s) həyatda ikən ona inananların sayı çox az idi. Və onun Allah qatına yüksəlişinin ardından da sürətlə dində degenerasiya başladı. Sonrakı iki əsr boyunca da, hz. İsa (ə.s)-a iman edənlər (İsəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Üstəlik İsəvilərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların, inkar edənlərə qalib gəldiklərini və bu ayənin onlara işarə etdiyini söyləyə bilmərik.
İndiki vaxtda isə xristianlığın özündən uzaqlaşdığını, hz. İsa (ə.s)-ın izah etdiyi haqq dindən fərqli bir dinə çevrildiyini görərik. Xristianlar arasında hz. İsa (ə.s)-ın Allahın oğlu olduğu şəklindəki (Allahı tənzih edirik) azğın inanc mənimsənmiş və azğın təslis inancı (üçləmə; ata, oğul, müqəddəs ruh) əsrlər əvvəl qəbul edilmişdir. Bu vəziyyətdə, dinin əslindən uzaqlaşmış indiki xristianlar da hz. İsa (ə.s)-a uyanlar olaraq qəbul edə bilmərik, çünki Allah, Quranın bir çox ayəsində “üçləməyə” inananların inkar içərisində olduqlarını bildirmişdir:
“Allah üçlüyün üçüncüsüdür!” – deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur… (Maidə surəsi, 73)
Bu vəziyyətdə “Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm” ifadəsi açıq işarə daşıyır. Hz. İsa (ə.s)-a inanan və qiyamətə qədər yaşayacaq bir birlik olması lazımdır. Belə bir birlik, şübhəsiz hz. İsa (ə.s)-ın yer üzünə təkrar gəlməsi ilə ortaya çıxacaq. Və təkrar dünyaya gəlişi əsnasında bu müqəddəs insana tabe olanlar, qiyamətə qədər inkar edənlərə üstün olacaq.
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)
2-ci dəlil
“… ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur…”
Nisa surəsinin 156-158-ci ayələrindən sonra Allah, 159-cu ayədə belə buyurur:
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)
Yuxarıdakı ayədə yer alan “ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur” ifadəsi olduqca diqqət çəkicidir. Bu cümlənin ərəbcə qarşılığı bu şəkildədir: “… və ən min əhlil kitabı illa ləyüminənnə bihi kablə məvtihi”
Burada bəzi təfsirçilər “o” əvəzliyinin hz. İsa yerinə Qurana işarə etdiyini düşünmüşlər və ayəyə Kitab əhlinin ölmədən Qurana iman edəcəyi şəklində bir açıqlama etmişlər. Halbuki bu ayədən əvvəlki iki ayədə də “o” əvəzliyi müzakirəsiz bir şəkildə hz. İsa (ə.s) üçün istifadə edilmişdir:
bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)
Bu ayələrindən sonra gələn ayədə istifadə edilən “o” əvəzliyinin Hz. İsadan başqa bir varlığı nəzərdə tutduğunun heç bir dəlili yoxdur.
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)
Digər tərəfdən ayənin ikinci cümləsində yer alan “Qiyamət günü, o da onların əleyhinə şəhadət verəcəkdir.” ifadəsi də olduqca əhəmiyyətlidir. Quranda qiyamət günü insanın dilinin, əllərinin və ayaqlarının (Nur surəsi, 24, Yasin surəsi, 65), eşitmə, görmə duyğularının və dərilərinin (Fussilət surəsi, 20-23) öz əleyhinə şahidlik edəcəkləri bildirilir. Quranın şahidliyi ilə əlaqədar isə heç bir ayə yoxdur. İlk cümlənin (cümlə quruluşu olaraq və ya ayələrin ard-arda gəlişi baxımından hər hansı bir dəlil olmamasına baxmayaraq) “Quranı” ifadə etdiyi qəbul edilsə, ikinci cümlədə yer alan “o” əvəzliyinin də Qurana işarə etdiyi iddia edilmiş olar. Halbuki Allah Quranda bizlərə bu mövzuyla əlaqədar hər hansı bir məlumat verməmişdir (Doğrusunu Allah bilir).
O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Zuxruf surəsi, 59)
Bununla birlikdə, bir əvvəlki ayədə bildirilən “Allah onu Özünə yüksəltdi” ifadəsi də, bu ayədə işarə edilənin Quran olmadığını bir daha göstərir. Quran 1400 ildir iman edənlərə hidayət rəhbəridir və Allah Qatına yüksəldilməmişdir. Allah Qatına yüksəldilən hz. İsa (ə.s)-dır. Bu da ayədə xəbər verilən şahidliyin, hz. İsa (ə.s)-ın Kitab Əhli üçün edəcəyi şahidlik olduğunu, ayədə “o” əvəzliyi ilə Qurana işarə edilmədiyini göstərən bir başqa dəlildir (Doğrusunu Allah bilir.)
Quran ayələrinə baxdığımızda eyni əvəzliyin, Qurana işarə etdiyi vəziyyətlərdə, (Tariq surəsi, 13, Təkvir surəsi, 19, Nəml surəsi, 77 və Şuəra surəsi, 192-196-da olduğu kimi) ayənin əvvəlində ya da sonrasında mütləq Qurandan bəhs edildiyini görərik. Ayənin əvvəlində, sonrasında və ya ayənin içində Qurandan bəhs edilmirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək səhv olar. Ayə çox açıq bir şəkildə hz. İsaya inanılmasından və onun inananlara şahid olmasından bəhs edir.
Ayənin mənası haqqında ifadə edəcəyimiz ikinci nöqtə isə “ölümündən əvvəl” ifadəsinin izahı ilə əlaqədardır. Bəziləri bu ifadənin “Kitab Əhlinin öz ölümlərindən əvvəl” inanması mənasında olduğunu düşünürlər. Bu izaha görə Kitab Əhlindən olan hər adam özünə ölüm gəlmədən hz. İsa (ə.s)-a mütləq iman edəcək. Halbuki ərəbcə qrammatika, bu iddianın doğru olmadığını göstərir. Quranda Kitab Əhli ilə əlaqədar bütün ayələrdə, çoxluğu ifadə edən “hum” əlavəsi istifadə edilmişdir (Beyyinə surəsi, 1 və 6; Hədid surəsi, 29; Həşr surəsi 2 də olduğu kimi.) Bu ayədə isə təkliyi ifadə edən “h” əlavəsi istifadə edilmişdir. Bu vəziyyətdə, ayədə xəbər verilən, hz. İsa (ə.s)-ın ölümündən (yəni yer üzünə ikinci dəfə gəlib bioloji olaraq ölümündən) əvvəl Kitab Əhlinin özünə inanacağıdır.
Bundan əlavə hz. İsa (ə.s) dövründə Kitab Əhli təyin etməsinə daxil olan yəhudilərin bir qismi ona iman etməməklə qalmamış, bəziləri onu öldürmək üçün tələ qurmuşlar. Daha sonra da onu öldü sanıb inkarlarını davam etdirmişlər. Eyni vəziyyət bugünkü yəhudilər üçün də etibarlıdır, çünki onlar hz. İsa (ə.s)-ı peyğəmbər olaraq qəbul etmirlər. Bu günə qədər hz. İsaya iman etməmiş milyonlarla Əhli Kitab yəhudi yaşamış və hz. İsa (ə.s)-a iman etmədən ölmüşdür. Bu səbəbdən ayədə bəhsi keçən Kitab Əhlinin deyil, hz. İsa (ə.s)-ın ölümüdür. Nəticə olaraq, ayələrin bizlərə göstərdiyi həqiqət isə budur: “Hz. İsa ölmədən əvvəl bütün Əhli Kitab ona iman edəcək”.
Ayə əsil mənasıyla ələ alındığında isə çox açıq həqiqətlərlə qarşılaşarıq.
Birincisi, ayədə gələcəkdən bəhs edildiyi açıqdır, çünki hz. İsa (ə.s)-ın ölümü əsas mövzudur. Halbuki o ölməmiş, Allah qatına yüksəlmişdir. Hz. İsa (ə.s) dünyaya yenidən gələcək və hər insan kimi yaşayıb öləcək. İkincisi hz. İsa (ə.s)-a bütün Əhli Kitabın iman etməsi əsas mövzudur. Bu da hələ reallaşmamış ancaq qəti olaraq reallaşacağı bildirilən bir hadisədir. Bu səbəbdən buradakı “ölümündən əvvəl” ifadəsinin işarə etdiyi adam hz. İsa (ə.s)-dır. Kitab Əhli onu görüb biləcək, ona yaşayarkən irəliləyən sətirlərdə təfərrüatlı olaraq izah ediləcəyi kimi müsəlman olaraq itaət edəcək və hz. İsa (ə.s) da onların vəziyyətləriylə əlaqədar axirətdə şahidlik edəcək (Doğrusunu Allah bilir.)
3-cü dəlil
“Şübhəsiz o, qiyamət-saatı üçün bir elmdir…”
Hz. İsa (ə.s)-ın yenidən yer üzünə dönəcəyi ilə əlaqədar bir başqa ayə də Zuxruf surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən hz. İsa (ə.s)-dan bəhs edilir:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. (Zuxruf surəsi, 57-60)
Bu ayələrin arxasından gələn 61-ci ayədə hz. İsa (ə.s)-ın qiyamət saatı üçün bir elm olduğu ifadə edilir:
Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)
Bu ayənin hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə dönüşünə açıq işarə etdiyini söyləyə bilərik. Çünki hz. İsa (ə.s), Quranın endirilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Bu səbəbdən bu ilk həyatını “qiyamət saatı üçün bir elm” yəni qiyamət əlaməti olaraq anlaya bilmərik. Ayənin işarə etdiyi məna, hz. İsa (ə.s)-ın, Axırzamanda, yəni qiyamətdən əvvəlki son zaman dilimində yenidən yer üzünə dönəcəyi və bunun da bir qiyamət əlaməti olacağıdır.
Bu ayədə keçən “O, qiyamət saatı üçün bir elmdir” ifadəsinin ərəbcə qarşılığı bu şəkildədir: “İnnəhu lə elmin lissaati.”
Bu ifadədə yer alan “hu” əvəzliyinin “Qurana” işarə etdiyini söyləyənlər vardır. Ancaq yuxarıda da ifadə edildiyi kimi Quran üçün “hu” -”o” əvəzliyi istifadə edildiyində mütləq ayənin əvvəlində və ya sonrasında və ya ayənin içində Quranı izah edən başqa ifadələr də var. Başqa bir mövzu içində “hu” əvəzliyi ilə Qurandan bəhs edilməz. bundan əlavə bu ayənin əvvəlindəki ayəyə baxıldığında, orada da açıq şəkildə hz. İsa (ə.s) nəzərdə tutularaq o əvəzliyi istifadə edildiyi görüləcək:
O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Zuxruf surəsi, 59)
Bu əvəzliyin Qurana işarə etdiyini söyləyənlər isə ayənin davamında keçən “Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun.” ifadəsini dəlil olaraq göstərərlər. Ancaq bu ifadənin əvvəlindəki ayələr tamamilə hz. İsa (ə.s)-dan bəhs edir. Bu səbəblə “hu” əvəzliyinin bir əvvəlki ayələrlə əlaqədar olması və hz. İsa (ə.s)-ı izah etməsi daha uyğundur. Necə ki, böyük İslam alimləri də bu əvəzliyi istər ayələrə istərsə səhih hədislərə əsaslanaraq hz. İsa (ə.s) olaraq açıqlayırlar. Almalılı Həmdi Yazırın təfsirində bu mövzu aşağıdakı şəkildə açıqlanır:
“O, qiyamət saatı üçün bir elmdir” -saatın gələcəyini ölülərin dirilib, qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa istər zühuru və istər emvati əhya (ölüləri diriltmə) möcüzəsi və istər emvatın qiyamını (ölülərin qalxmasını) xəbər verməsi etibarıyla qiyamətin baş verəcəyinə bir dəlil olduğu kimi hədisdə varid olduğuna görə eşratı saatdandır (qiyamət əlamətidir).” 5
4-cü dəlil
“… Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək…”
Hz. İsa (ə.s)-ın ikinci gəlişinə işarə edən başqa ayələr də belədir:
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır. O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur”. Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 45-48)
Ayədə, Allahın hz. İsa (ə.s)-a, Tövratı, İncili və bir də “Kitabı” öyrədəcəyi xəbər verilir. Bu kitabın hansı kitab olduğu şübhəsiz əhəmiyyətlidir. Eyni ifadə Maidə surəsinin 110-cu ayəsində də yer alır:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim”… (Maidə surəsi, 110)
Hər iki ayədə də keçən “Kitab” ifadəsini araşdırdığımızda, bunun Qurana işarə etdiyini görərik. Ayələrdə Tövrat və İncildən başqa göndərilən son haqq kitabın Quran olduğu bildirilir. (Hz. Davud (ə.s)-a verilən Zəbur da Əhdi-Ətiqin içindədir) Bununla yanaşı, yenə Quranın bir başqa ayəsində, “Kitab” sözü, İncil və Tövratla bərabər Quranı ifadə etmək üçün istifadə edilmişdir:
Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi (Ali İmran surəsi, 2-3)
Kitab sözünün Qurana işarə etdiyi başqa bəzi ayələr də bu şəkildədir:
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin! (Bəqərə surəsi, 89)
Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (Bəqərə surəsi, 151)
Bu vəziyyətdə, hz. İsa (ə.s)-a öyrədiləcək üçüncü “Kitabın” Quran olduğunu və bunun da ancaq hz. İsa (ə.s)-ın Axırzamanda dünyaya dönüşündə mümkün ola biləcəyini düşünə bilərik. Çünki hz. İsa (ə.s) Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. İrəliləyən hissələrdə təfərrüatlı olaraq görəcəyimiz kimi, Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində hz. İsa (ə.s)-ın dünyaya ikinci dəfə gəlişində İncil ilə deyil, Quranla hökm edəcəyi bildirilir. Bu da ayədəki mənaya tam olaraq uyğun gəlir (Şübhəsiz doğrusunu Allah bilər).
5-ci dəlil
“Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir…”
“Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir…” (Ali İmran surəsi, 59) ayəsi də hz. İsa (ə.s)-ın dönüşünə işarə edir ola bilər. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, hz. Adəmin Allahın “Ol” əmriylə torpaqdan yaradılması ilə hz. İsa (ə.s)-ın yenə “Ol” əmriylə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişlər. Ancaq ayənin ikinci işarəsi də ola bilər. Hz. Adəm cənnətdən necə yer üzünə endirildisə, hz. İsa (ə.s) da Axırzamanda Allahın Qatından yer üzünə endiriləcək ola bilər.
Görüldüyü kimi hz. İsa (ə.s)-ın yer üzünə yenidən dönəcəyinə bağlı olaraq Quranda keçən ayələr çox açıqdır. Quranda digər peyğəmbərlər üçün bunlara bənzər ifadələr istifadə edilməmişdir. Ancaq bütün bu ifadələr, hz. İsa (ə.s) üçün istifadə edilmişdir. Bunun mənası isə olduqca açıqdır.
6-cı dəlil
“…doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün…”
Quranda hz. İsa (ə.s)-ın ölümünü ifadə edən bir başqa ayə isə Məryəm surəsində belə xəbər verilir:
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 33)
Bu ayə Ali İmran surəsinin 55-ci ayəsiylə birlikdə araşdırıldığında çox əhəmiyyətli bir həqiqətə işarə edir. Ali İmran surəsinin 55-ci ayəsində hz. İsa (ə.s)-ın Allah Qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə ya da öldürülmə ilə əlaqədar bir məlumat verilmir. Ancaq Məryəm surəsinin 33-cü ayəsində hz. İsa (ə.s)-ın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsa (ə.s)-ın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsiylə mümkün ola bilər.
7-ci dəlil
“… beşikdə ikən də, yetkin (kəhlən) ikən də insanlarla danışırdın…”
Hz. İsa (ə.s)-ın təkrar dünyaya gələcəyi ilə əlaqədar bir başqa dəlil isə Maidə surəsinin 110-cu ayəsində və Ali İmran surəsinin 46-cı ayəsində keçən “kəhlən” sözüdür. Ayələrdə bu şəkildə buyurulur:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın”… (Maidə surəsi, 110)
O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Ali İmran surəsi, 46)
Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa (ə.s) üçün istifadə edilir. Hz. İsa (ə.s)-ın yetkin halını ifadə etmək üçün istifadə edilən “kəhlən” sözünün mənası “otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə” şəklindədir. Bu söz İslam alimləri arasında ittifaqla “35 yaşdan sonrakı dövrə işarə edir” şəklində çevrilir.
Hz. İsa (ə.s)-ın gənc yaş olan otuz yaşının əvvəlində Allah Qatına yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbni Abbasdan rəvayət edilən hadisə əsaslanan İslam alimləri, hz. İsa (ə.s)-ın yaşlılıq dövrünün, təkrar dünyaya gəlişindən sonra olacağını, bu səbəbdən bu ayənin, hz. İsa (ə.s)-ın nüzuluna dair dəlil olduğunu söyləyirlər. (Məhəmməd Xəlil Hərras, Faslul-Makal fi Refi İsa Hayyən və Nüzulihi və Katlihid-Dəccal, Məktəbətüs Sünnə, Qahirə, 1990, səh. 20)
İslam alimlərinin bu açıqlamasının məqsədəuyğun olduğu, bəhs olunan ayələr diqqətlə araşdırıldığında asanlıqla aydın olur. Quran ayələrinə baxıldığında bu ifadənin, yalnız hz. İsa (ə.s) üçün istifadə edildiyini görərik. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər üçün bu şəkildə bir ifadə istifadə edilməmişdir. Bu ifadə yalnız hz. İsa (ə.s) üçün və möcüzəvi bir vəziyyəti ifadə etmək məqsədiylə istifadə edilmişdir. Çünki ayələrdə bir-biri ardından gələn “beşikdə” və “yetkin ikən” sözləri iki böyük möcüzəvi zamana diqqət çəkir.
Necə ki, İmam Taberi, “Taberi Təfsiri” adlı əsərində bu ayələrdə keçən ifadələri aşağıdakı şəkildə açıqlayır:
“Bu ifadələr (Maidə surəsi, 110), hz. İsa (ə.s)-ın ömürünü tamamlayıb yaşlılıq dövründə insanlarla danışa bilməsi üçün göydən enəcəyinə işarə edir. Çünki o, gənc yaşdaykən göyə qaldırılmışdı…
Bu ayədə (Ali İmran surəsi, 46), hz. İsa (ə.s)-ın həyatda olduğuna dəlil vardır və əhli sünnə də bu fikirdədir. Çünki ayədə, onun yaşlandığı zamanda da insanlarla danışacağı ifadə edilir. Yaşlanması da ancaq, səmadan yer üzünə enəcəyi zamanda olacaq.” 7
“Kəhlən” sözünün izahı da, Quranda yer alan digər məlumatlar kimi, hz. İsa (ə.s)-ın təkrar yer üzünə gəlişinə işarə edir. Bütün bu izah edilənlər hz. İsa (ə.s)-ın Axırzaman adı verilən dövrdə yer üzünə təkrar gələcəyini və insanları haqq din olan İslama yönəldəcəyini ortaya qoyur. Şübhəsiz bu, Allahın iman edənlərə böyük müjdəsi, rəhməti və nemətidir. İman edənlərin məsuliyyəti isə, hz. İsa (ə.s)-ı ən gözəl şəkildə müdafiə edib dəstəkləmək və onun insanları çağırdığı Quran əxlaqını ən gözəl şəkildə yaşamaqdır.
Hz. İsa (ə.s)-ı hər görən tanıyacaq
Hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişi ilə əlaqədar yazılan yazılarda vurğulanan bir başqa mövzu “Hz. İsa (ə.s)-ın kim olduğunun necə aydın olacağı və onun hansı xüsusiyyətlərindən tanına bilinəcəyi”dir. Elm, ağıl, fiziki quruluş, əxlaq olaraq üstün bir insan olaraq hz. İsa (ə.s)-ın üzündə peyğəmbərlərə xas bir ifadə olacaq. Sahib olduğu güclü Allah qorxusunun və dərin imanının nuru üzünə əks olunacaq. Və peyğəmbərlərə xas olan nurlu ifadə o dərəcə açıq olacaq ki, onu görənlər digər insanlara müqayisədə çox üstün bir insanla qarşılaşdıqlarının fərqinə varacaqlar.
Allah, hz. İsa (ə.s)-ın həm dünyada, həm də axirətdə “… seçkin, şərəfli, hörmətli və Allaha yaxın olanlardandır…” (Ali İmran surəsi, 45) olduğunu bildirmişdir. Allahın ayəsinin bir təcəllisi olaraq bütün peyğəmbərlər kimi hz. İsa da ətrafındakı insanlar arasında möhtərəmliyiylə, seçkin və şərəfli olmasıyla tanınacaq. Görənlər onu baxar-baxmaz tanıyacaq, ürəklərində bu mövzuda heç bir şübhə yaranmayacaq. Bu müqəddəs insanın gəlişini inkar edən insanlar da etdiklərinin məntiqsizliyini dərhal qavrayacaqlar.
Hz. İsa Quranda keçən peyğəmbər xüsusiyyətləri ilə tanınacaq. Ancaq bunlardan başqa onu insanlara tanıdan başqa əlamətləri də olacaq. Şübhəsiz, bunlardan ən əhəmiyyətlilərindən biri hz. İsa (ə.s)-ın dünyada bir ailəsinin, heç bir qohumunun, keçmişdən tanışı olan tək bir adamın olmamasıdır.
Həqiqətən də, hz. İsa (ə.s) yenidən yer üzünə gəldiyində ətrafında özünü əvvəldən tanıyan heç kim olmayacaq. Dünya üzərində tək bir adam “mən onu əvvəldən tanıyıram, filan zaman görmüşdüm, onun ailəsi və yaxınları bu kəslərdir” kimi bir iddia etməyəcək. Çünki onu tanıyan bütün insanlar bundan təxmini olaraq 2000 il qədər əvvəl yaşamış və ölmüşlər. Anası hz. Məryəm, hz. Zəkəriya (ə.s), onunla illərini keçirmiş həvariləri, dövrün yəhudi öndərləri və şəxsən hz. İsa (ə.s)-dan təbliğ almış insanlar vəfat etmişlər. Bu səbəbdən ikinci dəfə yer üzünə gəlişində, onun doğumuna, uşaqlığına, gəncliyinə və yetkinliyinə şahid olmuş tək bir kimsə olmayacaq və onun haqqında heç kim heç bir şey bilməyəcək. Tək bir uşaqlıq rəsmi olmayacaq; heç bir insan onun keçmişinə dair bir xatirəyə sahib olmayacaqdır.
Şübhəsiz, bu vəziyyət arada ortaya çıxan “saxta Məsih” təhlükəsini də tamamilə ortadan qaldırır. Hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişində, onun hz. İsa (ə.s) olduğundan şübhə edilə biləcək bir vəziyyət yaranmayacaq. Heç kim “bu adam hz. İsa (ə.s) ola bilməz” deyəcək bir səbəb tapa bilməyəcək. Çünki hz. İsa (ə.s) Allah Qatına yüksəldiyi halıyla, o zamanki paltarıyla gələcək, heç bir insanın əsla təqlid edə bilməyəcəyi üstün xüsusiyyətlərə sahib olacaq.
Quran ayələrində bənzər nümunələr
Quran ayələrində uzun müddət ölü qaldıqdan sonra yenidən dirilmə, yüzlərlə il yuxuda qalma kimi hz. İsa (ə.s)-ın vəziyyəti ilə bənzəyən bəzi nümunələr yer alır. Bunlardan bəziləri bu şəkildədir:
Yüz il sonra dirildilən adam
Bu nümunələrdən biri, “yüz il ölü qaldığı” xəbər verilən bir kimsənin həyatıyla əlaqəlidir:
Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi. (Bəqərə surəsi, 259)
Əvvəlki səhifələrdə ifadə etdiyimiz kimi ayələrdə hz. İsa (ə.s)-ın ruhunun alındığından bəhs edilir. Yuxarıda verdiyimiz ayədə isə tam bir ölüm (mevt) əsas mövzusudur. Bu səbəbdən qəti olaraq ölən bir insanın da Allahın diləməsiylə bu dünyada təkrar dirildildiyi Quranda bildirilən bir həqiqətdir.
Kəhf Əhlinin illər sonra oyandırılmaları
Mövzuya işarə edən digər bir nümunə isə Kəhf surəsindəki “Əshabü Kəhf” hekayəsindədir.
Allah Kəhf surəsində, yaşadıqları dövrün din əleyhinə hökmdarının zülmündən qorunmaq üçün mağaraya sığınan bir qrup gəncdən bəhs edir. Bu hekayədə onların uzun illər yatdıqdan sonra təkrar oyandırıldıqları izah edilir. Ayələr belədir:
Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 10-11)
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! (Kəhf surəsi, 18-19)
Quranda gənclərin mağarada neçə il qaldıqları tam olaraq xəbər verilmir. Bunun üçün illərlə sözü istifadə edildiyinə görə, müddətin çox qısa olmadığı buradan aydın olur. Həm də qalma müddətiylə əlaqədar insanların təxmini də olduqca uzun müddətdir, 309 il:
Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 25-26)
Əlbəttə burada əhəmiyyətli olan müddətin qısa və ya uzun olması deyil. Bizim üçün əsas olan mövzu Allah bəzi insanları dünyadakı bildiyimiz həyatdan, yatırtmaq və ya canlarını almaq surətiylə uzaqlaşdırdıqdan sonra təkrar canlandırır. Eynilə yuxudan oyanan insanlar kimi bu kəsləri də təkrar həyata döndərməsidir. Hz. İsa da bu insanlardan biridir və zamanı gəldiyində təkrar dünya üzərində yaşayacaq, Allahın ona bəxş etdiyi şərəfli məsuliyyətini yerinə yetirdikdən sonra, “Dedi ki: “Orada (dünyada) yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız.” (Əraf surəsi, 25) ayətin hökmü olaraq hər insan kimi dünyada öləcək (doğrusunu Allah bilir).

