Hz. İsa (ə.s) yeni bir din gətirməyəcək

Qırx (40) il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 92)

Hz. İsa ümməti-Məhəmmədə (Məhəmməd ümmətinə) peyğəmbər kimi deyil; şəriəti-Məhəmmədiyəyi (Məhəmməd (s.ə.v)-in şəriətini) tətbiq etmək üçün gələcəkdir, deyir. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)

Hz. İsa (ə.s) enəcək və Rəsulullah (s.ə.v)-in şəriətinə tabe olacaq. (Mektubat-ı Rabbani, 2/1309)

Həzrəti Məhəmməd (s.ə.v)-in şəriəti əsasında hökm verəcək, özü Peyğəmbər olduğu halda, Peyğəmbərə tabe olacaq və Məhəmməd (s.ə.v)-in ümmətindən olacaq. Peyğəmbərin ümməti və səhabəsi olacaq… Elə isə o, səhabələrin ən üstünü olacaq… (Kıyamet Alametleri, səh. 243)

Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, ortaboylu, ağaçalar qırmızı rəngdədir. Sarıya boyanmış iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün vuruşacaq. Məsih-Dəccalı yox edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaq. (Buhari, Müslim, Ebu Davud ve Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 380)