Hz. İsa və hz. Mehdi ilə Axırzamanda zühur edəcək şəxslər hamıya məlum olacaq?

“Hətta HƏZRƏTİ İSA ƏLEYHİSSƏLAMIN ZÜHURU (yerə enməsi), İSA ƏLEYHİSSƏLAM OLDUĞU NURU-İMAN İLƏ MƏLUM (iman nuru ilə) olar; HAMI TANIMAZ. Hətta DƏCCAL VƏ SÜFYAN KİMİ EŞHASI MÜDHİŞE (ürküdücü insanlar) ÖZLƏRİ ÖZLƏRİNİN KİM OLDUĞUNU BİLMƏZLƏR.” (Şüalar, səh. 487)

Bədiüzzaman hz. İsanın Axırzamanda yer üzünə ikinci dəfə gələcəyini söyləyir, ancaq bu mübarək insan gəldikdə hər kəsin onu tanımayacağına diqqət çəkir.

Bədiüzzaman “HƏZRƏTİ İSA ƏLEYHİSSƏLAMIN ZÜHURU” sözləri ilə hz. İsanın Allahın bir möcüzəsi olaraq Axırzamanda insan bədəni ilə göydən yerə enəcəyini söyləyir. Bədiüzzaman verdiyi bu məlumatlar ilə hz. İsanın Axırzamanda xristian cəmiyyətinin başında mənəvi lider olaraq deyil, hidayət rəhbəri “ŞƏXS” kimi olacağını bildirir.

Bədiüzzamanın bu sözləri ilə hz. İsa yerə enəndə özünün də hz. İsa olduğunu bilməyəcəyini, amma sonradan anlayacağını bildirmişdir.

Hz. İsanın ikinci dəfə yer üzünə qayıdacağı Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilir. Bədiüzzaman ətrafındakı insanların hz. İsanın Axırzamanda gözlənilən Peyğəmbər olduğunu ancaq “İMANLARI İLƏ BAŞA DÜŞƏCƏKLƏRİNİ” söyləmişdir. Bu da Bədiüzzamanın hz. İsa haqqında şəxsi-mənəvi kimi danışmadığını açıq şəkildə bildirir. Bədiüzzaman burada şəxsi-mənəvidən deyil, “GÖZLƏDİKLƏRİ ŞƏXSİ” tanınmalarından bəhs edir. Bədiüzzaman “HAMI TANIMAZ” deyərək, hz. İsanı hər kəsin tanıya bilməyəcəyini bir daha ifadə etmiş və adı çəkilən şəxsin şəxsi-mənəvi deyil, maddi varlığı ilə ortaya çıxacaq “İNSAN” olduğunu vurğulamışdır. Bədiüzzamanın hz. İsa ikinci dəfə yer üzünə gəldikdə, səmimi möminlər bu mübarək insanı, Allahın izni ilə, imanları ilə dərhal tanıyacaq, onun köməkçisi və dəstəkçisi olacaqlar.

Bu sözlərlə Bədiüzzaman Məsih Dəccal və Süfyan Dəccal kimi, hz. İsa və hz. Mehdi inkara əsaslanmış mübarizə aparacaq Axırzaman şəxslərinin hamı tərəfindən müəyyən edilə bilməyəcəyinə diqqət çəkir. Bədiüzzaman burada istifadə etdiyi “EŞHASI MÜDHİŞE” sözlərində “EŞHASI” sözü ilə Süfyan və Dəccalın “ŞƏXS” olduğunu bildirir. Bədiüzzamanın əsərlərində şəxs mənasını verən oxşar sözlər hz. İsa və hz. Mehdi üçün də istifadə olunur. Süfyan və Dəccalın bir fərd olaraq ortaya çıxacağını qəbul edən hz. İsa və hz. Mehdinin yalnız şəxsi-mənəvilərinin olacağını düşünmək çox ziddiyyətlidir. Bədiüzzamanın bildirdiyi kimi, Süfyan Dəccal və Məsih Dəccal fərd olaraq göründükləri kimi, hz. İsa və hz. Mehdi, Allahın izni ilə, Axırzamanda mübarək şəxsiyyəti ilə ortaya çıxacaq.