Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) ikinci minillikdə gələcək

İmam Rəbbani hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçdikdən sonra ikinci minillikdə gələcəyini bildirir:

“Lakin gözlənilən budur ki; aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə kəmalatın (fəzilətin, yaxşılığın) əsli zühur edib onun zillətini örtə… Həmçinin nisbəti-aliyyənin mürəvvici (böyük insanlar arasında etibarlı olan) hz. Mehdi (ə.s) gəlsin. Allah ondan razı olsun”. (Mektubat-ı Rabbani, 1/569)

Şəriətin təyid haslətləri (təsdiq xüsusiyyətləri), milləti təcdidi bu ikinci minillikdədir. Bu iddianın doğruluğuna ədalətli şahid: Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın bu minillikdə mövcud olmalarıdır. (Mektubat-ı Rabbani, 1/611)

Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullah (s.ə.v)-ın irtihali (vəfatı) üstündən min il keçdikdən sonra istəsə az olsunlar. Onların çox kamallı olmaları bunun üçündür ki; şəriətin möhkəmlətməsi, tamam təkliyə hasil ola.

Aradan min il keçdikdən sonra, hz. Mehdi (ə.s)-ın gəlişi də bunun üçündür. Onun mübarək qudümünü (gəlişini), Hatem’ür-rüsül Rəsulullah (s.ə.v) müjdələyib. Hz. İsa (ə.s) belə aradan min il keçdikdən sonra nüzul edəcək. (Mektubat-ı Rabbani, 1/440)

Rəsulullah (s.ə.v)-in bu aləmdən köçməsindən min neçə il keçdikdən sonra bir zaman gələr ki; ondakı həqiqəti-Məhəmmədiyə (hz. Məhəmməd (s.ə.v)-in mənəvi şəxsiyyəti) öz mövqeyindən yüksələr, Kəbənin həqiqəti ilə müttəhid olar (birləşər). Məhz o zaman həqiqəti-Məhəmmədiyə (hz. Məhəmməd (s.ə.v)-in həqiqəti, mənəvi şəxsiyyəti) adına Hakikatı Əhmədiyə adı hasil olar, uca Sultan Əhad zatın belə məzhəri (çıxış yeri) olar. Hər iki addan, bir müsəmma (ad verilən) gerçəkləşər ki, əvvəlcə mövqe, həqiqəti-Məhəmmədiyədən (hz. Məhəmməd (s.ə.v)-in mənəvi şəxsiyyətindən) ötrü boş qalar; ta hz. İsa (ə.s)-ın nüzuluna qədər belə gedər. Nəhayət hz. İsa (ə.s) gələr; şəriəti-Məhəmmədiyə (Peyğəmbərimiz (s.ə.v)-in şəriəti) ilə əməl edər. O zaman belə həqiqəti-İsəviyə öz mövqeyindən yüksələr, boş qalan həqiqəti-Məhəmmədiyədə (hz. Məhəmməd (s.ə.v)-in mənəvi şəxsiyyətində) hökm edər. (Mektubat-ı Rabbani, 1-ci cild, səh. 470)

Peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il keçdikdən sonra ikinci minilliyə daxil olunur. İmam Rəbbaninin yuxarıdakı izahlarına görə ikinci minillikdə hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) gələcək.

Cəlaləddin Süyutinin bu mövzudakı açıqlaması isə belədir:

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili aşmayacaq. (Kıyamet Alametleri, səh. 299; Cəlaləddin Süyutinin “El-Keşfu Fi Mücazeveti Hazin el-Ümmeti El Elfe Ellezi Dellet Aleyh el-Asar” adlı kitabından nəql)

Bu açıqlamada da göründüyü kimi, Süyuti, hicri 1000-1500 illərinə diqqət çəkmişdir. O zaman bu illər hz. İsa (ə.s)-ın yer üzünə təkrar qayıdışı, hz. Mehdi (ə.s)-ın zühur etməsi, İslam əxlaqının hakimiyyəti kimi müjdələrin gerçəkləşəcəyi dövrdür.

Bədiüzaman Səid Nursi də, bu müjdəni təsdiqləyir və hicri 1506-cı ilə qədər yaşanacaq hadisələrə diqqət çəkir:

“…Birinci cümlə, min beş yüz (1500) məqamıyla Axırzamanda bir taifəyi-mücahidinin (din üçün çalışanların, mübarizə aparanların) son zamanlarına və ikinci cümlə, min beş yüz altı (1506) mövqe ilə qalibanə mübarizənin tarixinə işarə edər. (…) Bu tarixə qədər (1506) zahir və aşkaranə, bəlkə qalibanə davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. (Sikke-i Tasdik-i Gaybi, səh. 46)