Hər yüz ildən bir din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi, böyük və mötəbər əhli-sünnə alimlərinin “Sünəni-Əbu Davud”, “Məktubatı-Rəbbani” kimi əsərlərində açıqca bildirilmişdir:
Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (s.ə.v) belə buyurub: Həqiqətən Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) təmizləyəcək, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünen-i Ebu Davud, 5/100)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə Axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdi (ə.s)-ın çıxış zamanı olaraq isə, hicri 1400-ci il verilmişdir:
“İnsanlar 1400-cü ildə hz. Mehdi (ə.s)-ın yanında toplanacaq”. (Risaletül Huruc-ül Mehdi, səh. 108)
Bu 100 illik müddətdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Lakin təxminən 100 il qədər davam edəcək bu yüksəliş dövründən sonra, yəni hicri 1500-cü illərlə birlikdə dünya yenidən bir pozulma prosesinə daxil olacaq. Əhli-sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbn Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşəriyyət tarixinin başlanğıcı barəsində mühüm məlumat vermişdir:
Əhməd İbn Hənbəl əsasında nəql etdi. İsmail ibn Əbdülkərim, Əbdüssaməddən O da Vəhbdən rəvayət etdi: DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)
Digər tərəfdən başqa bir çox hədisdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:
Ənəs Malikdən təxric etdi (çıxarış etdi). O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Allah buyurdu: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi, BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ QƏDƏR SAVAB YAZAR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)
Dakka ibn Zeyd əl-Cühənidən rəvayət etdilər. O dedi ki; mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki; GÖRDÜYÜN BU YEDDİ PİLLƏLİ MİNBƏR DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 89)
Hicri 1300-cü illərin və son min ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi həzrətləri isə, İslam əxlaqının hakimiyyət müddəti üçün, hicri 1500-cü illəri vermişdir. Ustad bu tarixlərə qədər ki, dövrün, müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyadakı yüksəliş dövrünün bitəcəyi və kafirlər üçün qiyamət qopmasının hicri 1545-ci ildən başlayacağını söyləmişdir (doğrusunu Allah bilər).
“Ümmətimdən bir taifə (qrup) Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq”.
“Ümmətimdən bir taifə…” fıqrasının (bəndinin) məqam-ı cifrisi (cifr hesabına görə olan nəticəsi, ədədi qiyməti), 1542 (2117) edərək nəhayət-i davamına (varlığının sonuna) eyham edər. “Haqq üzərində olacaq” (şəddə sayılır) fıqrası (bəndi) belə; məqam-ı cifrisi (cifr hesabına görə olan nəticəsi, ədədi qiyməti) 1506 (2082) edib, bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra ta 1542-yə (2117), gizli və məğlubiyyət içində vəzifə-i tənviriyəsinə (aydınlaşdırma vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın eyham edər. “Allahın əmri gəlincəyə qədər” (şəddə sayılır) fıqrası (bəndi) belə; məqamı-ı cifrisi (cifr hesabına görə olan nəticəsi, ədədi qiyməti) 1545 (2120) olub, kafirin başında QİYAMƏT QOPMASINA eyham edər. (Kastamonu Lahikası, səh. 33)
Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü illərə çatmayacağını, yəni hicri 1500-cü illər içində qiyamətin qopmasının Allahın icazəsi ilə gözlənildiyini ifadə edir (doğrusunu Allah bilər).
BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ AŞMAYACAQ… (Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk nəşriyyatı, İstanbul, 2002, səh. 299)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə əsaslanaraq Süyuti həzrətləri isə verdiyi açıqlamada belə bildirir:
“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK”. (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89)
Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən və böyük İslam alimlərinin açıqlamalarında da açıqca aydın olduğu kimi, yaşadığımız hicri 1400-cü illər hz. Mehdi (ə.s)-ın zühur dövrüdür. Bu əsrdə hz. İsa (ə.s) yer üzünə gələcək, hz. Mehdi (ə.s) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.
Elçilərə qarşı çıxanlar
Allah bir ayədə; “məhz belə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən yaratdıq” (Furqan surəsi, 31) deyə buyurmuşdur. Ayədə açıqca bildirildiyi kimi, hər dövrdə Allahın elçilərinə düşmən olan, onlara maneə törətməyə çalışan insanlar olmuşdur. Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişində də özünə düşmən olanlar, qarşı çıxanlar olacaq. Əlbəttə ki, bu düşmənlərin başında olan, inkarçıların liderliyini edən, bir ayədə diqqət çəkildiyi kimi; “pisliyi təşkil edən” bir şəxs də olacaq.
Məhz bu şəxs, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində dəccal kimi tanıdılır. Dəccal ərəb mənşəli bir sözdür, “dəcl” kökündən gəlir. Lüğətlərdə verilən mənaya görə dəccal; “yalançı, hiyləgər, zehinləri, könülləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib həqiqi üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan, pisləşdirən) və məlun (lənətlənmiş, qovulmuş) bir insandır”. Dəccal Axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük mənfi gücün adıdır. Hədislərdə ümumiyyətlə bir şəxs kimi təsvir edilir, lakin bu bir insan ola biləcəyi kimi, zorakılığa və vəhşiliyə meylli, şeytani xüsusiyyətlərə sahib və insanlara zülm edən bir ideologiya da ola bilər.
Axırzaman kimi fövqəladə hadisələrin baş verdiyi bir dövrdə Allahın elçisinə düşmənçilik edərək şeytanın sistemini hakim etməyə çalışacaq olan Dəccal, tarixin bəlkə də, ən şiddətli inkarçılarından biri olacaq. Necə ki, Peyğəmbərimiz (s.ə.v) Dəccalın fitnəsinin böyüklüyünü belə təsvir edib:
Adəmin yaradılışından qiyamətə qədər keçən zaman müddətində Dəccaldan daha böyük hadisə yoxdur. (Tirmizi, səh. 82; Müslim, Fiten: 126)
Hz. Məhəmməd (s.ə.v)-in başqa hədislərində Dəccal, qiyamətin mühüm əlamətlərindən biri kimi xəbər verilir:
Qiyamət on əlamət görünmədikcə qopmaz: Duman, Dəccal, Dəbbətül-ərz, Günəşin qərbdən doğması, İsanın yer üzünə enməsi… (Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 362)
Böyük İslam alimləri də Dəccalın qiyamətdən əvvəl yer üzünə gələcəyini qəti məlumat kimi çatdırıblar. Məsələn, Əbu Hənifə bu mövzu barəsində bunları bildirir:
Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, İsa (ə.s)-ın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə varid olduğu vəchlə, haqqdır, olacaqdır. (Ebu Hanife, Nu’man b. Sabit (150/767), Fıkh-ı Ekber, tərcüməçi: H. Basri Çantay, Ankara, 1982)
Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) ilə eyni dövrdə, yəni Axırzamanda yer üzünə gələcək olan Dəccalın məğlub olması üçün, Allah hz. İsa (ə.s)-ı vəsilə edəcək. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi, hz. İsa (ə.s), Dəccalı mənəvi cəhətdən yox edəcək və yer üzündə İslam əxlaqının tam hakim olduğu, mübarək bir dövrün başlamasını təmin edəcək. Hz. İsa (ə.s)-ın Dəccalı yox etməsiylə əlaqədar bir hədis belədir:
Dəccal, hz. İsa (ə.s)-ı gördükdə suyun içində duzun əriməsi kimi əriyər və qaçıb gedər. Həzrəti İsa (ə.s) (Dəccalın arxasınca): “Mənim sənə endirəcəyəm bir zərbə var, sən bu zərbədən heç cür xilas ola bilməzsən”, deyər və ona (Fələstindəki bab-ü Lüdd (Lut qapısı) adlanan mövqedə yəni) bab-ü Lüddün (Lut qapısının) şərq tərəfindəki bab-ü Rəmlə (Rəml qapısı; rəml, Filistində bir qəsəbənin adıdır) yanında yetişərək Dəccalı yox edər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
Böyük İslam alimi Bədiüzzaman da əsərlərində, Axırzaman və hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi mövzularına çox geniş yer vermişdir. Xüsusi olaraq vurğuladığı mövzuların başında isə, hz. İsa (əs)-ın yer üzünə gəldiyi əsnada dünyadakı dinsizliyi təmsil edən Dəccal ilə çox böyük mübarizə aparıb, onu məğlub edəcəyidir. Bədiüzzamanın bu mövzudakı bəzi açıqlamaları belədir:
Həmçinin aləm-i insaniyyətdə (bəşəriyyət aləmində) inkar-ı üluhiyyət (Allahın kainatdakı hakimiyyətini inkaretmə) niyyətiylə mədəniyyət və müqəddəsat-ı bəşəriyəyi (insanların müqəddəs dəyərlərini) zir-ü zəbər edən (qarmaqarışıq edən) Dəccal komitəsini, həzrəti İsa əleyhissalamın din-i həqiqisini (həqiqi dinini) İslamiyyətin həqiqətiylə birləşdirməyə çalışan hamiyətkar (həmiyyətli) və fədakar bir İsəvi camaatı namı (adı) altında və “müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini, həzrəti İsa əleyhissalamın rəyasəti (başçılığı) altında öldürəcək və dağıdacaq, bəşəri inkar-ı üluhiyyətdən (Allahın varlığını inkar etməkdən) qurtaracaq. (Bediüzzaman Said Nursi, Mektubat, 29-cu məktub, səh. 441)
…”O qədər güclüdür və davam edər; təkcə həzrəti İsa (ə.s) onu (Dəccalı) yox edə bilər, başqa çarə ola bilməz” deyə rəvayət edilib. Yəni, onun peşəsini və yırtıcı rejimini pozacaq, məhv edəcək, lakin səmavi və ülvi xalis bir din İsəvilərdə zühur edəcək və həqiqəti-Quraniyəyə (Quran həqiqətlərinə) iqtida (tabe olan) və ittihad edən (birləşən) bu İsəvi dinidir ki, həzrəti İsa əleyhissalamın nüzulu (enişi) ilə o dinsiz peşə məhv olar, yox olar. Yoxsa onun şəxsi bir mikrob, bir zökəmlə öldürülə bilər. (Bediüzzaman Said Nursi, Şualar, 5-ci şua, səh. 581)
Ustadın bu açıqlamasında həqiqi isəvilik kimi adlandırdığı din İslamdır. Ustadın digər açıqlamaları da nəzərə alındığı zaman bu vəziyyət açıqca görülür. Necə ki, hədislərdə də hz. İsa (ə.s)-ın Quran ilə hökm edəcəyi, xristianlığın batil inanclarını ortadan qaldıraraq, insanları tək bir din altında, (yəni İslam əxlaqında) toplayacağı bildirilir.
Bütün bu açıqlamalardan aydın olduğu kimi, hz. İsa və Dəccal eyni dövrdə yer üzündə olacaqlar. Dolayısilə eynilə qiyamət əlamətləri və hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri kimi, Dəccalın əlamətləri də, hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişinin bir xəbərçisidir. Yenə irəliləyən hissələrdə Dəccalın çıxış əlamətlərinə təfsilatlı şəkildə toxunulacaq və hz. İsa (ə.s)-ın gəlişinin yaxın olduğu bu vəsilə ilə bir daha vurğulanacaq.
İncildəki açıqlamalar
Buraya qədər hz. İsa (ə.s)-ın gəlişinin xəbərçiləri olaraq həmişə İslami mənbələrdən bəhs etdik. Bunlardan aydın olduğu kimi, Axırzaman ilə əlaqədar əlimizdə İslami mənbələrə aid çox sayda məlumat var. Lakin hər nə qədər təhrif edilmiş olsa da, İncildə də hz. İsa (ə.s)-ın təkrar yer üzünə gəlişini müjdələyən müxtəlif xəbərlər var. Bu xəbərlərin doğruluğundan qəti əmin ola bilməsək də, Quran və Peyğəmbərimiz (s.ə.v)-in səhih hədisləri ilə uyğun açıqlamaları nəzərə almaqda fayda var. Çünki İslami mənbələrlə uyğun olan bu açıqlamaların orjinallığını qorumuş olma ehtimalı güclüdür.
İncildə xüsusilə də hz. İsa (ə.s)-ın ikinci gəlişi, bunun işarələri və son zamanlar barəsində çox sayda açıqlamaya rast gəlmək mümkündür. Bu açıqlamalarda hz. İsa (ə.s)-ın gəlişindən əvvəl və sonra meydana çıxacaq təbiət hadisələri, ictimai hadisələrdən bəhs edilir. Dövrümüzdə, Peyğəmbərimiz (s.ə.v)-in də hədislərində təfsilatlı şəkildə bildirdiyi bu əlamətlərin əksəriyyətinin əvvəlki zamanlarla müqayisədə diqqətçəkən tərzdə ortaya çıxdığına şahid oluruq. Önəmli olan bu işarələrin biri və ya ikisinin deyil, demək olar ki, hamısının bir-birinin ardınca yaşadığımız dövrdə ortaya çıxmasıdır. Beləliklə də, yaşadığımız zamanın Axırzaman olduğunu, başda İslami mənbələrə görə, həm də İncilə əsaslanaraq söyləmək mümkündür.
İrəliləyən hissələrdə Axırzaman və hz. İsa (ə.s)-ın yer üzünə qayıtmasına işarə edən İncildəki açıqlamalara da yer veriləcək.

