Hz. İsa ölmədi

Tarix boyunca bir çox peyğəmbərə olduğu kimi, iman gətirməyənlər Hz

Tarix boyunca bir çox peyğəmbərə olduğu kimi, iman gətirməyənlər Hz. İsaya da müxtəlif tələlər qurmuş və onu öldürməyə cəhd etmişlər. Ancaq Allah inkar edənlərin Hz. İsaya qurduqları tələləri pozmuş, Hz. İsanı öldürə bilməmişlər. Hz. İsa Allah qatına yüksəldilmiş və (xristianların da gözlədikləri kimi) Axırzamana göndərilmişdir (33-cü ildən 2002-ci ilə tayyi-zaman etmişdir).

Hz. İsa uca Allahın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi seçilmiş elçisidir. Hz. İsanı digər peyğəmbərlərdən ayıran xüsusiyyətlərindən ən əhəmiyyətlisi onun ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə təkrar geri dönməsidir.

“Maidə” surəsinin 117-ci ayəsində keçən “…Məni vəfat etdirdikdə (təvəffəytəni) üzərlərindəki nəzarətçi Sən idin…” ifadəsindəki “vəfat etdirmək” sözü bəzi insanların iddia etdiyi kimi bioloji ölüm deyil. Vəfat etdirmək həmişə bioloji olaraq insanın ölümü mənasında istifadə edilmir. Məsələn, bu ayədə “vəfat etdirmə” olaraq tərcümə edilən sözlə “Ənam” surəsinin 60-cı ayəsində istifadə edilən söz eynidir. Ancaq “vəfat” sözünün ərəbcə qarşılığı bizim dildə istifadə edilən ölüm mənasından fərqli mənalar daşıyır.

“Sizi gecə vəfat etdirən (təvəffakum) və gündüzlər isə nələr etdiyinizi bilən Odur, sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın….” (Ənam surəsi, 60)

Bu ayədən də aydın olduğu kimi, Allah yatan insanın da canını alır, amma insan bildiyimiz mənada ölmür. “Təvəffa” sözünün yuxu mənasında istifadə edildiyini söyləyənlərə görə, ayənin təfsiri “Səni yatırdacağam” şəklindədir. Demək ki, hz. İsanın yuxuya bənzər vəziyyətə salınıb Allah qatına yüksəldildiyini, bu hadisənin bildiyimiz ölüm olmadığını deyə bilərik (doğrusunu Allah bilir). Hz. İsa gəldikdə Hz. Mehdi ilə birlikdə yaşadıqları bütün çətinliklərə və hətta onlara qarşı xoşagəlməz fəaliyyətlərin aparılmasına baxmayaraq, Allahın izni ilə, həqiqi islam əxlaqını bütün dünyaya hakim edəcəkdir.

Əvvəlcə, bunu bildirmək lazımdır ki “Əhzab” surəsinin 40-cı ayəsində də bildirildiyi kimi, peyğəmbərimiz hz. Məhəmməd “Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur” və hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi bəzi adamların önə sürdüyü kimi, bu həqiqəti dəyişdirməz. Hz. İsa hz. Məhəmməddən sonra göndərilən peyğəmbər kimi deyil, hz. Məhəmmədin şəriətini davam etdirəcək və dünyaya Allahın izni ilə, din əxlaqını hakim edəcək elçi kimi gələcəkdir. Hz. İsanın ikinci dəfə gəlişi ilə İslam əxlaqının hakim olacağı bir hədisdə belə bildirilmişdir:

“İslamdan başqa (heç bir dini) qəbul etməyəcək… Din müctəhidi (yol göstərən) olacaq… Allahdan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək…” (Ruhul-Məani, 7/60)

Bəzi adamlar “Ənbiya” surəsinin 34 və 35-ci ayələrində bildirilən “…heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik…”“Hər bir kəs ölümü dadacaqdır…” ifadələrinə diqqət çəkib İsanın da öldüyünü önə sürür. Ancaq ayələrdə Allahın hz. İsanı inkar edənlərin qurduğu tələdən qurtardığı bildirilmişdir. Bu isə, əlbəttə, hz. İsanın ölmədiyi mənasını verir. Unutmaq olmaz ki, “O …bir bəndədir” (Zuxruf surəsi, 59) ayəsi ilə bildirildiyi kimi, hz. İsa da Allahın yaratdığı bir insandır və hamı kimi ölümlüdür.

Səid ibn Müsəyyəb Əbu Hüreyrədən belə dediyini eşitmişdir: Rəsulullah belə buyurdu: “Nəfsim əlində olan Allaha and içirəm ki, şübhəsiz, irəlidə Məryəm oğlu İsa sizin içinizə ədalətli hakim olaraq enəcək. O zaman o, xaçı qıracaq, donuzu öldürəcək, cizyə vergisini qaldıracaq, mal o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Nəhayət, bir tək səcdə dünya və dünyadakı hər şeydən daha xeyirli olacaq”. (Buxari, hədis: 1018, cild 6, səh. 532)

Hz. İsa Allah qatında təriflənmiş, seçilmiş, mübarək peyğəmbərdir. Üstün əxlaqı və dərin imanı bütün möminlər tərəfindən hörmətlə xatırlanır və nümunə götürülür. Hz. İsanın əxlaqını tərifləmək, belə müqəddəs insanın yenidən dünyaya gələcəyindən həyəcanlanmaq, bu həqiqəti bütün iman gətirənlərə müjdələmək gözəl davranış nümunələridir. “Xristianlığa dəstək vermək” kimi ağıl və məntiqdən kənar bəhanələr önə sürüb hz. İsanın gələcəyi həqiqətini gözardı etməyə çalışmaq qətiyyən məqbul davranış deyil.

Ayrıca, bildirmək lazımdır ki, hz. İsa zühur etdikdən sonra kitab əhlinin batil inanclarını ortadan qaldıracaq, insanları Allah qatında haqq olan dinə, yəni İslama çağıracaq. Quran və sevimli əfəndimizin sünnəsi ilə hökm edəcək. Bu həqiqət bir hədisdə belə müjdələnmişdir:

“Qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər.” (Kitabul-Burhan Fi Əlamətil-Həzrəti-Mehdiyyil-Axırzaman, səh. 92)

Hz. İsanı və hz. Mehdini gözləməyin iman gətirənləri tənbəlliyə aparacağını düşünən bəzi adamların bu iddialarının tam əksinə, Allahın insanlara elçi göndərməsi səmimi iman gətirənlər üçün çox böyük şövq mənbəyidir. Könüldən iman gətirən bir adam elçinin gələcəyi mühit üçün əlindən gələn ən yaxşı və gözəl hazırlıq edər. İmani həyəcan və eşqlə həm özünü, həm də ətrafındakı insanları bu mübarək hadisəyə hazırlayar. Tənbəllik və şövqsüzlük isə imani zəifliyi olanların xüsusiyyətləridir.