Hz. İsa (ə) ölmədi

Hz. İsa (ə.s) gələcək deyirsən, adam dişini ağardır, gülür

Məryəm oğlu (İsa) bir nümunə olaraq verilincə, sənin qövmün dərhal ondan (keflə danışıb) qəhqəhələrlə gülürlər. (Zuxruf surəsi, 57)

Hz. İsa (ə.s) gələcək deyirsən, adam dişini ağardır, gülür. Qəribə gəlir ona.

Onlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! (Zuxruf surəsi, 58)

Hal-hazırdakı ilahları nədir? Darvinizm, materializm, batil inanclar. Hal-hazırda çoxlu mübahisə edirlər. Hz. İsa (ə.s) gələcəkmi, gəlməyəcəkmi, niyə gəlməyəcək? Mübahisə ediləcək bir şey yoxdur, Allahın hökmü açıqdır. Mübahisəçi və düşmən bir qövmdürlər, münaqişədən xoşlanarlar. Həmişə mübahisə etmək istəyərlər. Allah, mübahisəyə meyllidirlər deyir. Allah düşmən bir qövmdürlər deyərkən təbii ki, burada birbaşa küfrü nəzərdə tutur, amma cahillər də, qəflət içində olanlar da, qəlbində xəstəlik olanlar da, münafiqlər də edirlər.

O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir. (Zuxruf surəsi, 59)

Səmimiyyətlə baxsan, bura qədər hz. İsa (ə.s)-dan bəhs edildiyinə görə, burada da ondan bəhs edilir deməkdir. Özünü hiyləgər zənn edənlər “o bir bəndədir” ifadəsi üçün, “burada müsəlmanlardan hər hansı birindən bəhs edilir” deyirlər. “İsrailoğullarına örnək etdik” ifadəsi üçün “hz. Musa (ə.s)-ı da nəzərdə tutmuş ola bilər” deyərlər.

Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər. (Zuxruf surəsi, 60)

Necə ki, deyirlər hz. Mehdi (ə.s)-ın üzərində mələklər olacaq, açıqca görünəcək, Allah elə bir vəziyyətdə “birbaşa onu xələf edərdim” deyir. Allah hz. Mehdi (ə.s)-ın yanında mələk varsa, hz. Mehdi (ə.s)-a ehtiyac yoxdur, mələk idarə edərdi deyir. Hz. Mehdi (ə.s) birbaşa mələyə “sən idarə et” deyər. Çünki mələk günahsızdır. Vəhyi birbaşa Allahdan alır.

I Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf surəsi, 61)

Başqa heç bir peyğəmbər gəlmədiyinə görə, Peyğəmbərimiz (s) da son peyğəmbər olduğuna görə, əgər əlamət olması lazımdırsa, bizim Peyğəmbərimiz (s) olması lazımdır. Amma bizim Peyğəmbərimiz (s) son peyğəmbər olmasına baxmayaraq, Allah kitablı olmamaq şərti ilə hz. İsa (ə.s)-ı peyğəmbər olaraq göndərir. Allah Peyğəmbərimizi (s) əlamət olaraq göstərmədiyinə görə demək ki, qiyamətin əlaməti İsa Məsihdir. Allah şübhəni də qadağan edir.

Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir! (Zuxruf surəsi, 62)

Allah, şeytan sizi anormal düşüncələrə, hərəkətlərə yönəltməsin, şeytana uymayın deyir. Dəccal nəzərdə tutulur. İsa Məsihin də mübarizə edəcəyi odur. Dəccal insan şəklinə bürünmüş, şeytandır.

İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (Zuxruf surəsi, 63)

Həmişə hz. İsa (ə.s) deyə davam edir. “Mən sizə hikmətlə gəldim” deyir, Quranla gəlmiş olur. Həqiqətən də Quran hikmətdir. Hz. İsaya (ə.s) Allah deyirlər, burada ixtilafa düşmüşlər. Təslis (üçləmə) inancı mövzusunda ixtilafa düşmüşlər. Bir çox mövzuda ixtilafa düşmüşlər, məzhəblərə ayrılmışlar. Əhli kitab özü də məzhəblərə ayrılmışdır eyni islam kimi. Hz. İsa onlarında məzhəbləri ləğv edəcəkdir, İncil və Tövratın əslisini göstərəcək və saxta olan hər şeyi ləğv edəcəkdir, Xaçı qıracaq, donuz və şərabı haram edəcəkdir, Bütün xristian və musəviləri müsəlman edəcəkdir, inşaAllah.