Səmimi iman sahiblərinin hz. İsa (ə.s)-ı tanıması olduqca asan olacaq. Daha əvvəl də ifadə etdiyimiz kimi, hz. İsa (ə.s), peyğəmbər əlamətlərindən dərhal tanınacaq. Sahib olduğu üstün ağıl və hikmətlə digər insanlardan fərqlənəcək.
Həmçinin yer üzünə ilk gəlişində olduğu kimi, ikinci dəfə gəlişində də Allahın icazəsi ilə bir çox möcüzəsi olacaq. Bütün insanlara Allahın dininin haqq olduğunu göstərəcək, üstün gələcək olanların həmişə Allahın tərəfdarları olduğunu sübut edəcək. Rəbbimizin; “kim Allahı, Rəsulunu və iman gətirənləri dost (vəli) tutsa, şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır” (Maidə surəsi, 56) ayəsinin təcəlli etməsinə vəsilə olacaq.
Həmçinin hz. İsa (ə.s), yer üzündə heç bir qohumu və tanıyanı olmamasıyla tanınacaq. Onu, Məsih olduğunu iddia edən saxta insanlardan fərqləndirən ən mühüm fərqlərdən biri dünyada anası, atası, hər hansı qohumu, dostu, tanıyanı olmaması olacaq.
Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi, hz. İsa (ə.s) Allahın “ol” əmri ilə atasız dünyaya gəlmişdir. Allah, hz. İsa (ə.s)-ın bu vəziyyətini Quranda hz. Adəm (ə.s)-ın yaradılışına bənzədir və belə buyurur:
Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona “ol” deməsiylə o da dərhal oldu. (Ali İmran surəsi, 59)
Ayədə də bildirildiyi kimi, Allah hz. Adəm (ə.s)-a “ol” demişdir və hz. Adəm (ə.s) yaradılmışdır. Məhz hz. İsa (ə.s)-ın ilk yaradılışı da Allahın “ol” deməsi ilə gerçəkləşmişdir. Hz. Adəm (ə.s)-ın ana və atası yoxdur, hz. İsa (ə.s)-ın ilk dünyaya gəlişində isə təkcə anası hz. Məryəm vardır; lakin yer üzünə yenidən gələcəyi ikinci dəfə də onun anası da həyatda olmayacaq. Aradan əsrlər keçdikdən sonra tanınan heç bir qohumu olmadan yer üzündə olacaq.
Şübhəsiz ki, bu sayədə hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişində, onun hz. İsa (ə.s) olduğundan şübhə edilə biləcək vəziyyət yaranmayacaq. Buna görə də, hz. İsa (ə.s)-ı saxta məsihlik iddia edənlərdən fərqləndirmək olduqca asan olacaq. Çünki bütün uşaqlığı insanlar arasında keçmiş, çox sayda uşaqlıq şəklinə sahib, özünü kiçikliyindən etibarən tanıyan çoxsaylı insanı sahib bir insanın hz. İsa (ə.s) olduğunu iddia etməsi olduqca məntiqsizdir.

