İnsanlara xəbərdar edici və müjdələyici olaraq göndərilən mübarək elçilər, Rəbbimizin onlara bəxş etdiyi bu şərəfli məsuliyyəti yerinə yetirərkən müxtəlif çətinliklərlə qarşılaşmışlar. İnkarçılar onların Allahın dinini təbliğ etmələrinə maneə törətmək istəmişlər, müxtəlif tələlər, böhtanlar və hücumlarla insanların elçilərin yolundan getmələrinə mane ola biləcəklərini sanmışlar. Allah yolunda mübarizə aparan bütün elçilərin başlarına gələnlər, hz. İsa (ə.s)-ın da başına gəlmiş, yer üzündə aralarında olduğu müddət boyunca həm bütpərəst Roma iqtidarının, həm də fanatik din adamlarının müxtəlif hücumlarına məruz qalmışdır. Gerçək dinin düşməni olan bu iki axınla eyni anda mübarizə etmiş, bu mübarizə əsnasında isə yanında çox az sayda Allaha inanan insan olmuşdur.
Hz. İsa (ə.s)-ın möcüzəvi doğumu, haqq dini izah etməsi, həyatı boyunca Allahın lütfü ilə göstərdiyi möcüzələr, onun qısa müddətdə o dövrün xalqı tərəfindən gözlənilən Məsih olaraq tanınıb sevilməsinə gətirib çıxarmışdır. Ancaq xalqdakı bu sevgi və hz. İsa (ə.s)-ın fanatik din adamlarına gətirdiyi haqlı tənqidlər, bu kütlələrin hücumlarına və bu müqəddəs insana müxtəlif tələlər qurmalarına gətirib çıxarmışdır. Hz. İsa (ə.s)-ı öldürmək üçün etdikləri cəhdlər Allahın onu Öz Qatına yüksəltməsiylə boşa çıxmışdır.
Hz. İsa (ə.s)-ın həyatını və mübarizəsini təfərrüatlı olaraq araşdırmağa başlamadan əvvəl mövzuyla əlaqədar qaynaqların nələr olduğunu öyrənmək faydalı olacaq.
Hz. İsa (ə.s)-ın həyatıyla əlaqəli qaynaqlar
Hz. İsa (ə.s)-ın həyatını izah edən müxtəlif qaynaqlar vardır. Bunların başında, günümüzə qədər heç dəyişmədən gəlib çıxan və içində heç bir ziddiyyət olmayan Qurani Kərim gəlir. Buna görə tarix boyunca təhrif edilmə ehtimalı olan digər qaynaqlardakı məlumatların doğruluğu ancaq Quranda xəbər verilən məlumatlara uyğun olduqları ölçüdə istifadə ediləcək. Quranla ziddiyyət təşkil etməyən digər bəzi tarixi və arxeoloji məlumatlar üçün isə, başda İncil olmaq üzrə o dövrlərdən qalma sənədlər istifadə ediləcək. Hz. İsa (ə.s)-ın həyatı, təbliği və inkar edənlərlə etdiyi mübarizə ilə əlaqədar müraciət edə biləcəyimiz bir başqa qaynaq isə peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in mübarək hədisləri və hörmətli İslam alimlərinin izahları, təfsirləri və şərhləridir.
Xristianların müqəddəs kitabı olan və hz. İsa (ə.s) haqqında ən təfərrüatlı məlumatları verən İncil, bu mövzuda əhəmiyyətli qaynaqlardan biridir. Ancaq İncil hz. İsa (ə.s)-ın ardından müxtəlif təxribata uğramış və orijinallığını itirmişdir. Bu səbəblə də içində Allahın vəhyinə əsaslanan haqq hissələr ola biləcəyi kimi, tamamilə insan yazısı olan hissələr də vardır. Buna görə İncilin, hz. İsa (ə.s)-ın həyatı, mübarizəsi və təbliğiylə əlaqədar, Quranla uyğun olan hissələri, əhəmiyyətli bir tarixi sənəd olaraq diqqətə alınmalıdır.
İncillərin ən erkən, hz. İsa (ə.s)-dan 30-40 il sonra qələmə alındığı təxmin edilir (63-cü il). Ancaq əlimizdə bu mətnlərin heç biri yoxdur. Ələ keçirilən ən qədim mətnlər 3-cü və 4-cü əsrlərə aiddirlər. Xristianlığa bugünkü şəklini verən Pavlusun məktubları isə İncillərdən daha əvvəl qələmə alınmışdır (52-63-cü illər).
Bunlardan başqa Flavius, Flotun, Tacitus kimi o dövrlərdə yaşamış tarixçilərin əsərlərində də kiçik hissələrə rast gəlmək mümkündür. Bundan əlavə bu tarixçilər, hz. İsa (ə.s)-ın şəxsi ilə əlaqədar olmasa da onun yaşadığı dövrlə əlaqədar təfərrüatlı məlumatlar vermişlər.
Son olaraq o dövrlə əlaqədar arxeoloji qazıntılar və bu qazıntılarda ortaya çıxan tapıntılar da hz. İsa (ə.s)-ın yaşadığı dövrün və hadisələrin başa düşülməsi üçün qaynaq olaraq istifadə ediləcək.
Hz. İsa (ə.s) zamanında Fələstin
Hz. İsa (ə.s)-ın yaşadığı dövrdə, Aralıq dənizi tamamilə Roma İmperatorluğunun suverenliyi altında idi. İmperatorluq böyük əsgəri fəthlərlə torpaqlarını genişlətmiş, Aralıq dənizi daxili göl halına gətirmişdi. İmperatorluq əsgəri sahədə olduğu qədər mədəni sahədə də ən güclü dövrlərindən birini yaşayırdı. Qədim Yunan (Greek) mədəniyyətinin mədəni mirasını götürmüş və onu yeni əlavələrlə inkişaf etdirmişdir. Helenizm adı verilən bu axın, din daxil olmaq üzrə həyatın bütün sahələrinə hakim idi. Arxitektura və incəsənət olduqca müasir səviyyədə idi. Romalılar özlərini digər cəmiyyətlərdən çox üstün görür və öz həyat şəkillərini işğal etdikləri torpaqlar üzərində də yaymağa çalışırdılar.
Romanın dini, Aralıq dənizi ətrafında yaşayan bütün cəmiyyətlər kimi, çox tanrılı azğın bir din idi. Yunan mifologiyasının xəyali tanrıları, fərqli adlar altında, Roma mifologiyasında da istifadə edilirdi. Ən böyükləri Yupiter olaraq adlandırılan və heykəllərlə simvollaşdıran bir çox bütə tapırdılar. Bəzi Roma İmperatorları isə özlərini də bu saxta ilahlar arasına daxil edən qanunlar çıxarmışdılar. Digər tərəfdən Romanın hakim olduğu torpaqlarda Yunan paqan (bütpərəst) dini və bu inanca aid saxta ilahlar da məşhur idi: Zevs, Hermes, Venera kimi Yunan bütlərinin heykəlləri böyük şəhərlərin meydanlarını bəzəyirdi. Tapınılan bütlər bunlarla məhdud deyildi. Hər şəhərdə, hər məhəllədə hətta hər evdə böyüklü kiçikli, fərqli bütlər, onlara aid heykəllər, şəkillər, xüsusi tapınma və qurbangah yerlər vardı. Romalı dövlət adamları bu çox tanrılı azğın dinləri, öz hakimiyyətlərini yayma mövzusunda bir vasitə olaraq istifadə edirdilər. Roma, hakimiyyətini təhdid etmədiyi müddətcə kimsənin dininə qarışmır, əksinə bu azğın inancları təşviq edir, hər tərəfə məbədlər, qurbangahlar, heykəllər tikərək bütpərəst inancları təbliğ edirdi. Onlar üçün bu azğın dinlər, kütlələrə sədaqəti təlqin etmənin və onlara nəzarət etmənin bir yolu idi, mücərrəd və bu dünya ilə əlaqəsi olmayan bir sahəyə aid idi.
Romalılar başqa bir mədəniyyətlə qarşılaşdıqlarında, o cəmiyyətdə öz saxta ilahlarının bənzərlərini axtarar və beləcə üstünlük təmin edəcək bir əlaqə qurmağa çalışardılar. Buna görə xüsusilə Antiox IV Epifan zamanında, bir və tək olaraq Allaha iman edən yəhudilərə, Zevs adlı baş tanrılarını azğınca mənimsətməyə çalışmışlar, ancaq bu vəziyyətdə böyük müharibələrə gətirib çıxarmışdır. Dindar yəhudilər, müqəddəs torpaqları mənəvi olaraq çirkləndirən bu Roma bütlərinə qarşı sərt reaksiyalar göstərmişlər və romalıların bütpərəst inanclarını yayma çalışmalarına şiddətlə müqavimət göstərmişlər.
Romalılar, yəhudi dininin öz batil dinlərindən çox fərqli olduğunu və onların dinlərinə olan bağlılıqlarını gördükləri üçün, yəhudilərin daxili işlərinə, xüsusilə dini mövzularına çox qarışmamağa qərar verdilər. Fələstini idarələri altında saxladıqları dövr boyunca, yəhudilərin dini inanclarının tələblərini yerinə yetirmələrinə icazə verdilər. Yəhudi xalqının ruhani mərkəzi olan Məbəd, əvvəldən olduğu kimi vəzifəli rahiblər tərəfindən idarə olunmağa davam etdi. Roma rəhbərliyi, yəhudi rahiblərin meydana gətirdiyi və ən böyük dini məhkəmə xüsusiyyətindəki Sinedrion qurumunun fəaliyyətlərini davam etdirməsinə də icazə verdi.
Sinedrion, Roma rəhbərliyi altında belə, bir yəhudini mühakimə edə bilər və yəhudi şəriətinin nəzərdə tutduğu cəzaları tətbiq edə bilərdi. Romanın bu bölgəyə təyin etdiyi rəhbərlər xalq arasında çıxa biləcək üsyanlara qarşı sərt tədbirlər alır, vergi toplama mövzusunda da heç vaxt güzəştə getmirdilər. Öz rəhbərləri ilə əməkdaşlıq halında olan yəhudi iqtidarına buna görə dözüm göstərir, onlara qarşı baş verən üsyan hərəkətlərini şiddətlə cəzalandırırdılar.
Hz. İsa (ə.s) zamanındakı kiçik yəhudi milləti qədim dünyanın, həmişə bir-birləriylə müharibə edən Misir, Asar, Babil, Fars və Suriya kimi böyük imperatorluqların təhlükəli sərhədlərində olurdu. Buna görə müstəqil bir dövlət olaraq uzun müddət qala bilməmiş, Babil sürgünündən (e.ə. 586-538-ci illər) etibarən fərqli xarici güclərin hakimiyyəti altında qalmışdır. Ellinizm dövrdə əvvəl misirlilərin, sonra suriyalıların və son olaraq da romalıların hakimiyyəti altına girmişlər. Yalnız qısa müddət ərzində yəhudi krallığı qurulmuşdu. Rahib mənşəli bir ailə olan Makkavilər başlatdıqları üsyandan sonra (e.ə. 167-142-ci illər) bir müddət hakimiyyət qurmağı bacarmışlar. Təxminən 80 il davam edən bu hakimiyyət ərzində Haşmonay ailəsi geniş sahədə hakim olmuşdu. Ancaq öz aralarındakı şiddətli liderlik mübarizələri nəticəsində hakimiyyət sona çatdı. İlk başda rəqib partiyaların dəstəyini alan romalı general Pompey e.ə. 63-cü ildə Qüdsü alaraq Fələstinə girdi və yəhudi torpaqlarını Yəhudiyə (Judea) bölgəsiylə məhdudlaşdırdı. Haşmonay kralı II Hirkan isə, Roma qubernatorunun əmri altında məhdud avtonomluğa sahib oldu. Bu tarixdən etibarən Yəhudi xalqının içində, bu bütpərəst idarəyə qarşı narazılıqlar başladı. Romalılar e.ə. 37-ci ildə bu krallığa son verdilər. II Hirkanın kürəkəni Herod, romalılar tərəfindən yəhudilərə kral olaraq təyin edildi.
Kral Herod dövrü
Roma rəhbərliyinin Fələstindəki ən əsas hədəfi vergi yığmaq idi. Hər yəhudinin ödəməklə mükəlləf olduğu çox ağır vergilər qoyuldu. Roma bu yolla özünə bağlı bir dövlət mexanizmi qurdu. Bu dövrdə romalıların zəifliyini bilən, Sezarın öldürülməsindən sonra dəyişən güc tarazlıqlarını öz mənfəətləri üçün istifadə etməyi bacara bilən və Helen mədəniyyətinə olan heyranlığıyla tanınan I Herod (e.ə. 37-4-cü illər), romalıların köməyiylə “Yəhudilərin kralı” olmağı bacarmış və dövlətin sərhədlərini yenidən bütün Fələstinə yaymışdır. Herod romalıları məmnun etmək üçün Helen mədəniyyətinin yayılması yolunda böyük səylər göstərmişdir. Bu mədəniyyətin yalnız incəsənət, memarlıq kimi istiqamətlərini deyil, daha əvvəl bəhs etdiyimiz, dünyəvi-materialist xüsusiyyətinin də xalq içində yerləşməsinə çalışmışdır. Bu dövrdə yəhudi xalqının dəstəyini ala bilmək üçün Hz. Süleyman məbədini yenidən tikdirən Kral Herod, bütün ölkəni memari əsərlərlə, heykəllərlə təchiz etdi. Bu dəbdəbəli fəaliyyətlər nəticəsində, ona “Böyük Herod” (Herod the Great) ünvanı verilmişdir. Ancaq bütün bu nümayişə baxmayaraq, dindar yəhudi xalqı Heroddan nifrət edirdi. Çünki o həm bütpərəst Romanın ortaq əməkdaşı, həm də xalqına zülm edən bir lider olmuşdu.
Herod, Romanın dəstəyiylə, ölkəsini e.ə. 37-ci ildən e.s. 4-cü ilə qədər idarə etdi. Ölümündən sonra hər nə qədər yəhudilər, romalılardan Herod rəhbərliyinin sona çatdırılmasını istəmişlərsə də romalılar ölkəni Herodun oğulları arasında bölüşdürmüşdür. Oğullarından biri olan Herod (Herodes) Antipas romalılar tərəfindən Qaliley bölgəsinin rəhbəri oldu. Tarixi qaynaqlara görə hz. İsa (ə.s)-ın təbliği, ən az atası qədər zalım olan Herod Antipasın krallığı dövründə reallaşmışdır. Bu bölgədə yaşanan siyasi və ictimai şərtlər buna görə böyük əhəmiyyət daşıyır. Qaliley bölgəsinin ictimai quruluşu bura yerləşən xarici koloniyalara görə tamamilə dəyişmişdi. Bölgə yəhudililər tərəfindən kiçik görülürdü. Yenə də bölgənin mədəniyyəti, əsas da Antipasın saray çevrəsi, böyük malikanələr və müəyyən məhəllələr olmaq üzrə, böyük ölçüdə Helenin təsiri altında idi. İbranicə danışan, öz halında yaşayan yəhudi xalqının dini ənənələri isə Helen mədəniyyətindən uzaq qalmışdı.
Daha əvvəl də ifadə etdiyimiz kimi ənənəvi olaraq romalılar yəhudilərin din işlərinə qarışmazdılar. Ancaq romalı qubernatorlardan bəziləri bu prinsipə uymamışdılar. Xüsusilə hz. İsa (ə.s) dövrünün qubernatoru, Pontius Pilatus özünü bu qaydadan uzaq tutmuş, şiddət və zülmün hakim olduğu bir rəhbərlik sərgiləmiş (26-36-cı illər) buna görə də vəzifədən uzaqlaşdırılmışdır.
Hz. İsa (ə.s) dövründə yəhudi məzhəbləri
Yəhudi xalqının qarşı-qarşıya qaldığı bir başqa problem isə, qövmü içəridən bölən məzhəb ayrılıqları idi. E.ə. 2-ci əsrə qədər yəhudilər arasında bir-biriylə zidd düşən məzhəblərin varlığı heç eşidilməmişdi. Ancaq miladdan əvvəlki son əsrdə yəhudi cəmiyyəti parçalanmış, yəhudiliyin özü və gerçək mənası mövzusunda bir çox fərqli görüş meydana çıxmışdır. Bu məzhəblərin inkişafında Əhdi-Ətiq kitablarının və dini qaydaların fərqli şərh olunmasından başqa, siyasi faktorlar, xüsusilə də Roma rəhbərliyinin böyük rolu vardır. O dövrün yazılarına baxanda, xüsusilə də dövrün məşhur yəhudi tarixçisi Josephus Flaviusun qeydləri araşdırıldığında, yəhudi cəmiyyəti içində çox sayda axının inkişaf etdiyini söyləmək mümkündür. Fərqli axınlar içində dördünün fikirləriylə önə çıxmışlar. Bunlardan biri, Roma hakimiyyətiylə uzlaşan və bu rəhbərliyin dəstəyi ilə hakim sinifi meydana gətirərək rifah içində yaşayan Səduqilərin meydana gətirdiyi axındır.
Bu düşüncə daha çox zəngin yəhudilərin arasında yayılmışdı və siyasi partiya fikri kimi qəbul edilmişdi. Səduqilər, din qaydalarını yalnız Əhdi-Ətiqin ilk beş kitabına görə təyin edir, bu kitabları yalnız texniki mənalarına görə şərh edir, bu səbəblə də ölümdən sonra həyat, cənnət-cəhənnəm kimi dinin təməl ünsürlərini qəbul etmirdilər. Səduqilərin qarşısında isə, onların bu azğın fikirləriylə mübarizə edən, Səduqilərdən dini mövzularda ayrılan və daha təvazökar bir həyat sürən “mühafizəkar” Fariseylər vardı. İlk dəfə dindar yəhudilər tərəfindən qurulan Fariseylər, yəhudi dininin mühafizəsi və müdafiə olunmasında böyük rol oynamışlar. Daha sonrakı dövrlərdə, Fariseylər içində də müxtəlif ayrılıqlar yaşanmışdır.
Bir başqa qrup isə Roma rəhbərliyinə və onlarla əməkdaşlıq edən yəhudilərə qarşı silahlı mübarizəni müdafiə edən Zealotlardır. Bu siyasi axının tərəfdarları Allahın hakimiyyətinə zidd olduqlarını düşündükləri əhəmiyyətli romalı və yəhudi rəhbərlərə qarşı terror hərəkətləri başlatmış, sui-qəsdlər etmişlər. Ancaq qısa müddətdən sonra, başlatdıqları üsyan hərəkəti qanlı şəkildə yatırıldı. Digər bir qrup isə 1947-ci ildə Ölü dənizdə olan Kumran kitabələriylə səslənilən, o dövrdə özlərini mağaralarda ibadət və zikrə həsr edən Esseilərdir. Esseilər bəzi tədqiqatçılara görə dindar fariseylərin bir qoludur. Daha sonrakı hissələrdə də bəhs edəcəyimiz kimi, tədqiqatçılar arasında esseilərin hz. İsa (ə.s) ilə yaxından əlaqədar olduqları istiqamətində önəmli qənaət vardır. Bu düşüncədə olan tədqiqatçılar, xristianlığın mənşələrinin esseilərə əsaslandığını iddia edirlər.
Tarixi qaynaqlara və İncildə yer alan izahlara görə, hz. İsa (ə.s) dövrün inkarçı və müşrik qruplarıyla çox böyük mübarizə içində olmuş, onlara Allahın dinini çox hikmətli nümunələrlə izah etmişdir. Buna görə bəhs olunan qrupların fikirlərini yaxından araşdırmaq, o dövrün qarışıq mühitini anlamaq baxımından faydalı olacaq.
Səduqilər
Qrupları araşdırdığımızda ictimai status baxımından ən təsirli vəziyyətdə olanların səduqilər olduğunu görərik. Adları hz. İsa (ə.s) ilə müəyyənləşdirilməyən tək məzhəb də bunlardır. Çünki həqiqətən də səduqilər hz. İsa (ə.s)-ın gətirdiyi mesaja tamamilə zidd dünya görüşünə sahibdirlər. Əldəki qaynaqlarda təfərrüatlı olaraq ifadə edilməməsinə baxmayaraq, hz. İsa (ə.s)-ın bu azğın axına qarşı da mübarizə etmişdir. Matta İncilində hz. İsa (ə.s) inananları səduqilərin fikirlərinə qarşı xəbərdar etmişdir:
İsa onlara, “Gözünüzü açın” dedi, fariseylərlə səduqilərin mayasından çəkinin. (Matta, 16: 6)
Roma rəhbərliyi ilə əməkdaşlıq edən və yüksək rahiblər soyundan gəldiklərini iddia edən bu qrup, Qüds məbədinin nizamından məsul idi. Məbəddə icra edilən qurban sistemini bütün təfərrüatlarıyla tətbiq edənlər onlar idi. Əhəmiyyətli bir iş olaraq qəbul edilən məbəd fəaliyyətlərini icra etdikləri üçün də başqa heç bir işlə maraqlanmazlar və özlərini yüksək sinif olaraq görərdilər. Etdikləri bu iş sayəsində böyük qazanc, siyasi imtiyazlar və etibar əldə etmişdilər. Sayları 7-8 min olan bu rahiblərin vəzifələri atadan oğula keçirdi. Səduqilər, bir tərəfdən hakimiyyətlərini zəmanət altına alma ənənəsi davam etdirmək istəyərkən, bir tərəfdən də Helen mədəniyyətini qəbul etmişlər və bunu yaymağa çalışmışlar.
Digər tərəfdən, “materialist” sayıla biləcək özlərinə xas inancları vardı. Ölümlə birlikdə ruhun da öldüyünə, yəni ölümdən sonra həyatın var olmadığına inanırdılar. Mələklərin, cənnət-cəhənnəmin, taleyin varlığını da qəbul etmir, dünya işlərinin dini inanclardan tamamilə müstəqil olduğuna inanırdılar. Bunun səbəbi Roma mədəniyyətindən təsirlənmələri idi. Bu yanlış fikirləri sayəsində də dünyəvi həyat və hakimiyyət ehtirası onlar üçün mümkün hala gəlirdi. Səduqilər, uzun müddət hakimiyyətdə qalmış, bu müddət ərzində fariseylərlə və digər dindar axınlarla zidd düşmüşdür. Sonunda, 70-ci ildə Yəhudi Dövlətinin yıxılmasıyla yoxa çıxmışlar.
Fariseylər
Fariseylər isə səduqilərdən bir çox mövzuda ayrılan, onlarla zidd düşən bir məzhəb idi. Başda Tövrat olmaq üzrə müqəddəs yazılarla maraqlanar, xalq içində dini nüfuz olaraq qəbul edilir və hörmət görərdilər. Səduqilərin Məbədi idarə etmələrinə qarşı çıxar, onların dindən kənar bütün davranışlarını tənqid edərdilər. Səduqilərin əksinə, ruhun varlığına, ölümdən sonrakı həyata, cənnətə və cəhənnəmə inanırdılar. Roma rəhbərliyi ilə səduqilər kimi bir əməkdaşlıq içində deyildilər. Romalıların gətirdiyi Helen mədəniyyətini əsla qəbul etmirdilər. Ancaq Paks Romana adı verilən və Romanın hakim olduğu torpaqlarda barış mühitinin mühafizəsini nəzərdə tutan tətbiq onların da maraqlarına uyurdu.
Fariseylər əslində dini duyğuları güclü olan və dinsizliklə mübarizə aparan qrupdur. “Şifahi ənənə” adı altında dini mühafizə etməyə və yəhudi cəmiyyəti içində yaymağa çalışmışlar. Hz. Musa (ə.s)-ın şəriətinin hakim olması üçün böyük səy göstərmiş, hətta bu məqsədlə döyüşmüşlər. Bəzi tarixçilər, hz. İsa (ə.s)-ın etdiyi təbliğin ən çox fariseylərin fikrinə yaxın olduğunu söyləyərək, hz. İsa (ə.s)-ın da bu dindar kəslərlə birlikdə olduğunu müdafiə etmişlər. Ancaq İncildə hz. İsa (ə.s)-ın fariseylərə istiqamətli çox müxtəlif xatırlatmaları, xəbərdarlıqları vardır. Bununla birlikdə hz. İsa (ə.s)-ın fariseylərlə dostluq etdiyi, birlikdə yemək yediyi də İncildə yer alır. (Luka, 7: 36; Luka, 11: 37; Luka, 14: 1).
Zealotlar
Səduqilər və fariseylərdən sonrakı ən aktiv qrup, zealotlar idi. Bu kəslərin çoxu farisey mənşəli idi. Ancaq Roma işğalına qarşı verdikləri reaksiya səbəbiylə radikallaşaraq, bəhsi keçən yeni qrupu meydana gətirmişdilər. Zealotlar Romaya qarşı silahlı mübarizənin vacibliyinə inanırdılar. Buna görə bir müqavimət təşkilatı kimi hərəkət etmiş və partizan taktikalarıyla həm romalılara, həm də onlarla əməkdaşlıq edən yəhudilərə qarşı sui-qəsdlər təşkil etmiş, bəzən də böyük qiyamlar başlatmışlar. Zealotların bir qolu, reallaşdırdıqları bıçaqlı sui-qəsdlər səbəbiylə hz. İsa (ə.s) dövründə Sicarii (xəncərlilər) olaraq xatırlanarlar.
Bu qrup, Böyük Herod zamanında fərqli siyasi görüş müdafiə edərək ortaya çıxmışdır. 6-cı ildə, yəhudiyə, birbaşa Roma hakimiyyətinə keçib rəsmi avtoritetlər vergi mövzusunda yeni tənzimləmələr etdiklərində, Yahudiyəli Judasın öndərlik etdiyi zealotlar üsyan etmək istədilər. Bütpərəst Roma İmperatorunun nüfuzunu qəbul etmək onlar üçün Allahın hakimiyyətini rədd etmək və köləliyi qəbul etmək mənasını verirdi.
Bu ilk qiyam qısa müddətdə yatırıldı və böyük hissəsi öldürülmüş, ancaq geridə qalanlar müqavimətlərinə davam etmişlər. Daha sonra silahlı mübarizə şəklinə bürünərək I Yəhudi qiyamıyla (66-70-ci illər) nəticələnmiş və Masada qalasında edilən qırğınla sona çatmışdı. Hz. İsa (ə.s) dövründə, Məsihi gözləyən fərqli axınlar ortaya çıxmış və çox sayda tərəfdarları artmışdı. Romalılar bu hərəkətlərə qarşı ciddi tədbirlər almaqda gecikməmiş, hər cür təzyiq və idarəsini artırmışlar. Əgər xalqa təhrik edici bir hərəkət təsbit etsələr sərt və mərhəmətsiz davranmışlar. Daha sonra yəhudilər, romalıların bu həssaslığını hz. İsa (ə.s)-a qarşı istifadə etmişlər. Məsihin gəlişini gözləyən zealotlar hz. İsa (ə.s)-ın təbliğinə maraq duymuşlar.
Esseilər və Ölü dəniz perqamentləri
Dördüncü qrup, yəni esseilər isə, ilk üç qrupun əksinə Qüdsdə ya da digər şəhər və ya qəsəbələrdə deyil, İordaniya vadisinin kimsəsiz bölgələrində yaşayırdılar. Digər üç qrupa görə daha çox dinlərinə bağlı, batini elm tərəfdən qüvvətli təriqət idilər. O dövrdə çox məşhur olan inanc onlarda da hakim idi: Məsihin çox yaxında gələcəyinə, İsrailoğulları arasındakı sapma və ayrılıqları düzəldəcəyinə, ölkəni işğaldan qurtaracağına inanırdılar. Helen mədəniyyətinə və Roma rəhbərliyinə tamamilə qarşı olan bu qrup, hz. Musa (ə.s)-ın gətirdiyi şəriəti ən mükəmməl şəkildə tətbiq etməyə çalışırdı. Vəd edilən Məsih gələnə qədər özlərini xarici dünyadan təcrid olub, ibadətə həsr etmişdilər. İordaniya vadisindəki mağaralarda yaşayır və bütün zamanlarını dini mətnlər üzərində çalışaraq keçirirdilər.
Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır… (Bəqərə surəsi, 62)
Flavius bu qrup haqqında kitabında müxtəlif açıqlamalar etmişdir. Ancaq 1947-ci ildə Kumranda olan çoxlu sayda əl yazmasının esseilər adı verilən bu təriqətə aid olduğu ortaya çıxanda, haqqında ən çox şey bilinən qrup halına gəlmiş, yazmaların məzmunu mövzusunda edilən izahlar bu təriqəti olduqca əhəmiyyətli bir hala gətirmişdir.
1947-ci ildə, Ölü Dənizin şimal qərbində, Kirbet Kumran adlı yerdəki mağaralarda Ölü dəniz perqamentləri adı verilən mətnlər tapılmışdır. Sonrakı illərdə aparılan tədqiqatlar nəticəsində 600-ə qədər İbranicə-Aramicə yazma və çoxlu sayda parça tapılmışdır. Bu tapıntıların içində o dövrə aid Tövrat mətnləri və daha əvvəl heç bilinməyən yəhudi dini mətnləri, bu yazmaların sahibi olan təriqətin gündəlik həyatını və qaydalarını izah edən mətnlər və çoxlu sayda fərqli mövzuda mətnlər mövcuddur.
Uzun araşdırmalardan sonra mətnləri yazanların bir yəhudi təriqəti olduğu qətilik qazanmış və bunların tarixçi Josephusun bəhs etdiyi essei təriqəti olduğu ümumiyyətlə qəbul edilmişdir. Romalı yazar Kiçik Plinusun, esseilərin yaşadığı yer olaraq Kirbet Kumranı bildirməsi də bu qənaəti gücləndirmişdir. Mətnlərin ən qədimi olanı e.ə. 200-cü il, ən yenisinin isə 68-ci il tarixinə aid olduğu təsbit edilmişdir. Bu tarix eyni zamanda romalı general Vepasianusun yəhudi qiyamını yatışdırmaq üçün başlatdığı hücumla eyni dövrə də uyğun gəlir.
Mətnlər araşdırıldığında, esseilərin həyatlarına və inanclarına aid məlumatlar ortaya çıxmışdır. Yaxın zamanda gələcək bir qurtarıcı peyğəmbəri gözləyən bu təriqət, müqəddəs mətnlərə, qanunlara intizamlı şəkildə riayət edir, səduqi axınının əksinə axirətə, taleyə, mələklərə, cənnət və cəhənnəmə inanırlar. Bundan başqa təriqətin mənsubları özlərini Tanrının xidmətindəki “işığın uşaqları” olaraq görür və “qaranlığın uşaqlarıyla” edəcəkləri mübarizəyə hazırlanırlar. Bu “işığın uşaqları” termini İncildə də yer alır. Təriqətin üzvləri təmizliyə çox əhəmiyyət verir, gündə bir neçə dəfə yuyunur və təmizlənirlər. Bir-birlərini qardaş olaraq görür və qardaş sevgisinə böyük əhəmiyyət verirlər. Məsihi gözləmək bu birliyin inancının əhəmiyyətli bir elementidir.
Edilən araşdırmalar yekunlaşdırılsa, esseilərin, fariseylərlə davam edən ənənənin bir qolu və eyni görüşə bağlı bir birlik olduğu bilinir. Onlar da fariseylər kimi, səduqilərin rəsmi yəhudilik və Tövrat düşüncəsindən ayrılmış və tənha həyat yaşayaraq, dini yaymağa çalışmışlar. Bu dindar qrup, əllərindəki mətnlərə əsaslanaraq, çox yaxında bir qurtarıcının, Məsihin, gələcəyini də bilərək buna hazırlıq görür. Bu isə o dövrdə, gerçək dinin, bütün maneələrə baxmayaraq yaşandığının əhəmiyyətli dəlillərindən birini meydana gətirir. Burada vurğulanması lazım olan əhəmiyyətli xüsuslardan biri isə, hz. İsa (ə.s) dövründə yəhudi cəmiyyətinin içində olduğu bu parçalanmadır. Xalq, həm bütpərəst işğalçı hökumət tərəfindən idarə olunurdu, həm də öz dini mövzusunda müxtəlif fikir ayrılıqları yaşayırdı. Bir-birlərindən çox fərqli düşüncələrə sahib olan məzhəblər, gerçək yəhudiliyi özlərinin təmsil etdiyini iddia edirdilər.
Yəhudilərin “Qurtarıcı” gözləməsi
Əhdi-Ətiqdə, Məsihin gələcəyinə dair çox sayda izaha rast gəlmək mümkündür. Kitabın sonrakı hissələrində bir qismini etdiyimiz bu izahlar o qədər təsirli olmuşdur ki, yəhudilər üçün Məsih, ən böyük qurtuluş mənasını vermişdir. Sonrakı əsrlərdə yaşamış məşhur yəhudi ilahiyyatçı Maimonides, yəhudi inanc sistemini hazırlayarkən on üç qaydanın ilk ikisini Məsihin gəlişinə ayırmışdır. Bu qaydalar, “Məsihin gəlişinə qəti iman ilə inanıram. Geciksə belə onun gələcəyini gözləyirəm” şəklindədir.
…”Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi göndər, bizə Öz tərəfindən bir yardımçı göndər!”… (Nisa surəsi, 75)
Yəhudi inancına görə, İsrailoğullarının həm siyasi, həm dini istiqamətdən çöküntüyə uğradığı bir dövrdə, Allah onları hər iki istiqamətdən də qurtaracaq bir lider göndərəcəkdi. Bu lider həm İsrailoğullarının əvvəldən olduğu kimi şirk qoşmadan Allaha iman etmələrini təmin edəcək, həm də bir “Məsih” olaraq düşmənlərinə qarşı onlara zəfər verəcək.
Əhdi-Ətiqin bəzi hissələrində tez-tez bu qurtarıcıdan danışılmış və onun zamanında nə qədər böyük ədalət, hüzur və düzgünlük yaşanacağı xəbər verilmişdir. Məsələn, İşaya kitabında, Məsihin necə böyük ədalət, “Rəbb qorxusu” və bəsirət sahibi olacağı və İsrailə necə böyük hüzur gətirəcəyi belə müjdələnirdi:
Yessenin gövdəsindən bir filiz çıxacaq və onun köklərindən bir cücərti doğulacaq. Rəbbin ruhu, hikmət və sağlam fikir ruhu, öyüd və ürəklilik ruhu, məlumat və Rəbb qorxusu ruhu onun üzərində olacaq. O, Rəbb qorxusundan zövq alacaq; o gözlərinin gördüyünə görə mühakimə etməyəcək; qulaqlarının eşitdiyinə görə qərar verməyəcək. Zəifləri ədalətlə mühakimə edəcək; yer üzündəki yoxsullara haqlarını verəcək. Bir dəyənəklə vurar kimi yer üzünə sözüylə vuracaq və dodaqlarının nəfəsiylə pisi yox edəcək. Ədalət onun belinin qurşağı… olacaq. Qurd quzuyla birlikdə oturacaq; aslan oğlaqla birlikdə yatacaq; buzov, aslan və mal-qara bir yerdə yaşayacaq və onları kiçik bir uşaq qoruyacaq. İnək ayı ilə birlikdə otlayacaq; balaları bir yerdə oturacaqlar və aslan mal-qara kimi saman yeyəcək. Əmzikli uşaq, kobra ilanının yuvası yanında oynayacaq və süddən yeni kəsilmiş uşaq, qara ilanın dəliyinə əlini uzadacaq. Mənim müqəddəs dağım üzərində heç pislik edilməyəcək; artıq heç bir zərər verilməyəcək; çünki dənizin dibi necə onu örtən sularla doludursa, yer üzü də Rəbb bilgisi ilə elə dolacaq. (İşaya, 11: 1-9)
… adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır. (Ali İmran surəsi, 45)
Bu Məsih gözləməsi, az əvvəl ifadə etdiyimiz kimi, Herodun zalım rəhbərliyi altında yaxşı şəkildə güclənmişdi. Yəhudi torpaqlarının hər tərəfində Məsihi gözləyən, onun gəlişi üçün hazırlıqlar edən və ya insanları xəbərdar edən hərəkətlər ortaya çıxmışdı. Bu Məsih gözləməsi həm Roma rəhbərliyi, həm də Herodun hakimiyyəti üçün bir təhlükə meydana gətirirdi. Çünki bu hərəkətlər ümumiyyətlə Roma nüfuzunu və ona bağlı yəhudi rəhbərliyini hədəf alırdı. Belə güclü bir hərəkət bütün xalqı bütpərəst rəhbərliyə qarşı qiyama təşviq edə bilərdi. Buna görə hər iki rəhbərlik də özlərinə görə tədbirlər almışdılar. İncildə izah edildiyinə görə, Herod məhz bu səbəblə hz. İsa (ə.s)-ın doğumu ilə əlaqədar xəbərləri öyrəndiyində Məsihi hələ beşikdə ikən öldürmək istəmiş, bu iş üçün bir qırğın törətməkdən çəkinməmişdir. Hadisə, Matta İncilində belə izah edilir:
İsa, Kral Herodesin dövründə Yəhudiyənin Betlehəm (Beytullahım) qəsəbəsində doğulduqdan sonra bəzi münəccimlər şərqdən Qüdsə gəlib belə dedilər: “Yəhudilərin kralı olaraq doğulan uşaq harada? Şərqdə onun ulduzunu gördük”… Kral Herodes bunu eşidəndə bütün Qüds xalqıyla birlikdə çox narahat oldu. Bütün baş kahinləri və xalqın din alimlərini yığaraq onlara Məsihin harada doğulacağını soruşdu. “Yəhudiyənin Betlehəm qəsəbəsində” dedilər. Çünki peyğəmbər vasitəsilə belə yazılmışdır: “Sən, Yəhuda diyarında olan ey Betlehəm, Yəhuda öndərləri arasında heç də əhəmiyyətsiz deyilsən! Çünki mənim xalqım İsraili qoruyacaq öndər səndən çıxacaq”.
Bunun üzərinə Herodes münəccimləri gizlicə çağırıb onlardan ulduzun göründüyü anı tam olaraq öyrəndi. “Gedin, uşağı diqqətlə axtarın, tapdığınız zaman mənə xəbər verin…” deyərək onları Betlehəmə göndərdi. (Matta, 2: 1-7)
… Herodes, münəccimlər tərəfindən aldadıldığını görəndə çox qəzəbləndi. Onlardan tam olaraq öyrənmiş olduğu zamana görə, Betlehəm və bütün bölgəsində olan iki və daha kiçik yaşdakı oğlanların hamısını öldürtdü. Beləliklə, Yeremya peyğəmbər vasitəsilə bildirilən bu söz yerinə gəlmiş oldu: “Ramahda bir səs eşidildi, ağlamaq və acı fəryad səsləri! Uşaqları üçün ağlayan Rahel, təsəlli edilmək istəmir. Çünki onlar yox artıq!” (Matta, 2: 16-18)
Gözlənilən Məsihin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, Hz. Davud soyundan gələcək olmasıdır. İncildə də Hz. İsanın soyunun Hz. Davuddan gəldiyi bildirilməkdədir.
Yəhudi təriqətlərinin içində Məsih inancı fərqlər göstərirdi. Ümumiyyətlə Məsihi böyük peyğəmbər və qurtarıcı olaraq gözləyən bəzi Yəhudilər, onu əsla fövqəlbəşər bir varlıq olaraq görmürdülər. Məsih, Hz. Davud kimi, Hz. Süleyman kimi ya da Hz. Musa kimi bir insan olacaqdı. Yəni Allahın sadiq qulu, Tövratda təsvir edildiyi xüsusiyyətiylə, “Rəbb qorxusundan zövq alan” biri olacaqdı. Esseilər bu Məsih gözləməsinin yanında Məsihin möcüzələrini də əvvəldən xəbər vermişlər. Onlara görə Məsih, “düşəni qaldıracaq, xəstəni yaxşılaşdıracaq, əsiri azad edəcək, tozun içində yatanı dirildəcək”. Nəticə olaraq, Yəhudilər əllərindəki məlumatlara baxaraq Məsihin çox yaxında gələcəyini bilməkdə idilər. Çöldə, şəhərlərdə gəzərək Məsihin gəlişini gözləyən və buna hazırlıq edən çox sayda insan və qrup vardı.
Çətinlik və sıxıntı içində olan qövmlərin Allahdan “Qurtarıcı” istəmələri
Quran ayələrində çətinlik içində olan, təzyiq və zülm görən qövmlərin bu vəziyyətdən özlərini qurtarmağa vəsilə olacaq bir qurtarıcı gözlədikləri bildirilir. Rəbbimiz Nisa surəsində bu şəkildə buyurur:
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Ayələrdə, Allahın elçi göndərdiyi bölgələrdə, elçinin gəlişindən əvvəl ictimai və əxlaqi baxımdan böyük çöküntü yaşandığı xəbər verilir. Elçinin gəlişinin ardından onun izindən gedən insanlar dinin gətirdiyi bolluq, bərəkət və hüzuru yaşayarlarkən, elçidən sonrakı dövrlərdə insanların bir qismi nəfslərinə uymuş, getdikcə din əxlaqından uzaqlaşaraq inkara yönəlmişlər. Allahdan başqa bəzi saxta ilahlara taparaq özlərinə zülm etmişlər. Allah, Məryəm surəsində elçilərin Allaha olan bağlılıqlarından, səmimiyyətlərindən və ixlaslarından bəhs etdikdən sonra, onlardan sonra gələn qövmlərin bu inanclarını tamamilə itirdiklərini xəbər verir. Bu kəslərlə əlaqədar olaraq ayələrdə belə buyurulur:
Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırlar. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar öz əməllərinin cəzasını alacaqlar. (Məryəm surəsi, 58-59)
Allah dinindən uzaqlaşan, niyə yaradıldıqlarını və Yaradana qarşı olan məsuliyyətlərini heç düşünməyən bu insanları müxtəlif fəlakətlərlə xəbərdar etmişdir. Bu etdiklərinin qarşılığı olaraq onlara olan nemətini dəyişdirmiş, “Kim də Mənim zikrimdən üz çevirsə, artıq onun üçün çətin bir dolanışıq vardır…” (Taha surəsi, 124) ayətdə bildirdiyi kimi çətin həyat vermişdir.
Tarix boyunca iqtisadi və ictimai problemlərin yaşandığı, ədalətsiz rəhbərliyin hakim olduğu “çətin” dövrlərdə, insanlar həmişə bir qurtarıcıya ehtiyac duymuşlar. Bu qurtarıcı, yaşadıqları mövcud sistemin mənfi istiqamətlərini düzəldəcək, ədaləti, barışı, təhlükəsizliyi təmin edəcək və özlərini doğru yola çəkəcəkdi. Dövrümüzdəki cəmiyyətlərdə də çox sürətli pozulma, korlanma və degenerasiya yaşanır. Kasıblıq, səfalət, zülm mühitində olan insanlar, gözəl əxlaqın yaşandığı, dinc bir həyatın həsrətindədirlər. Allah əvvəlki qövmlərə də, eyni ictimai çöküntüdən sonra qurtarıcılar göndərmiş və çətinliyin ardından böyük bolluq, bərəkət və zənginlik vermişdir. Allah, qorxub çəkinən cəmiyyətlərə bolluq və bərəkət verəcəyinə bir ayəsində belə işarə edir:
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik. (Əraf surəsi, 96)
Rəbbimiz yuxarıdakı ayələrlə bizə çox əhəmiyyətli bir həqiqəti xatırladır: Barışın, hüzurun, bolluğun və bərəkətin tək yolu, din əxlaqının yaşanmasıdır. Bu, keçmiş qövmlərdə bu şəkildə olmuşdur, bundan sonrakı qövmlərdə də bu şəkildə olacaq. İslam əxlaqının olmadığı yerdə, ədalətin, təhlükəsizliyin, sabitliyin hakim olması qeyri-mümkündür. Bu, Allahın bir qanunudur. Fatır surəsində bizlərə bu müjdə verilir:
…Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatır surəsi, 43)
Yaşadığımız bu dövr, hər cür korlanmanın hakim olduğu maddi və mənəvi pozulmanın artdığı, bir çox azğınlığın yaşandığı, siyasi və iqtisadi baxımdan böyük qeyri-sabitliyin hökm sürdüyü, zənginlə kasıb arasında çox böyük uçurumların yarandığı bir dövrdür. Bizim Qurandan öyrəndiyimiz həqiqət isə, belə bir mühitdən sonra Allahın bir qurtuluş yolu göstərəcəyi və bu vəsilə ilə İslam əxlaqının bütün dünyada mütləq yaşanacağı, haqq dinin digər batil dinlərə üstün gələcəyidir. Allah Tövbə surəsində inanan qullarını bu həqiqətlə belə müjdələyir:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)
Allah hər imanlı qövmə kömək etdiyi kimi, bundan sonra da yer üzündəki inananlara kömək edəcək. Allah ixlasla və səmimiyyətlə Özünə yönələn qullarına bunu vəd etmişdir. Ayələrdə belə buyurulur:
Onlar ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 40-41)
Yəhya peyğəmbər
Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq. (Əraf surəsi, 96 Əhdi-Cədidə görə təbliğə hz. İsa (ə.s)-dan bir müddət əvvəl başlamış hz. Yəhya (ə.s), ətrafındakı insanları Məsihin gəlişi mövzusunda müjdələmiş və Məsihin ən böyük dəstəkçisi olmuşdur. Hz. Yəhya (ə.s)-ın doğumu, Rəbbimizin təqdiri ilə, möcüzəvi şəkildə reallaşmışdır. Bu müqəddəs hadisənin gerçək xəbəri Məryəm surəsinin ilk ayətlərində bu şəkildə izah edilir: Kəf. Ha. Yə. Ayn. Sad. Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır. Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!” Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” Mələk dedi: “Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”“ (Məryəm surəsi, 1-9) Luka İncilində hz. Yəhya (ə.s)-ın doğumu ilə əlaqədar olaraq Quran ayələriylə uyğun izahat vardır. Hz. Yəhya (ə.s)-ın atası hz. Zəkəriyya (ə.s)-dır. Hz. Zəkəriyya (ə.s) və həyat yoldaşı, Lukaya görə “Allahın gözündə doğru kəslər idi, Rəbbin bütün buyruq və qaydalarına əskiksiz uyardılar”. (Luka, 1: 6) Hər ikisi də yaşlanmışdılar və uşaqları olmurdu. Buna qarşı Allah hz. Zəkəriyya (ə.s)-a bir oğul müjdələdi. Luka İncilində bu hadisə belə bildirilir: Zəkəriyya onu (mələyi) görüncə təəccübləndi, qorxuya qapıldı. Mələk ona, “Qorxma, Zəkəriyya duan qəbul edildi. Arvadın Elizabet sənə bir oğul doğuracaq, onun adını Yəhya qoyacaqsan. Sevinib coşacaqsan. Bir çoxları da onun doğumuna sevinəcək. O, Rəbbin gözündə böyük olacaq. Heç şərab və içki içməyəcək; hələ anasının rəhmindəykən Müqəddəs Ruhla dolacaq. İsrailoğullarından bir çoxunu, Tanrıları olan Rəbbin yoluna dəvət edəcək.” (Luka, 1: 11-16)
Hz. Yəhya (ə.s) təqva sahibi saleh bir qul və qövmü üçün də bir hidayət öndəri olmuşdur. Allah bu ixlas sahibi qulunu Quran ayələrində bu şəkildə tərifləyir:
Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik. Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi. Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi. Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 12-15)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)
Hz. Yəhya (ə.s), Əhdi-Cədidə görə də Allahın sadiq bir qulu və təqva sahibi bir mömindir. O, din əxlaqından uzaqlaşan bəzi yəhudiləri qürurları səbəbiylə xəbərdar etmiş və onları Allahın hökmlərini qorumağa, günahdan çəkinməyə dəvət etmişdir. Luka İncili, hz. Yəhya (ə.s) ilə onu dinləməyə gələn bəzi yəhudilər arasındakı danışıqları belə izah edir:
Yəhya, vəftiz olmaq üçün özünə axın edən izdihamlara belə səsləndi: “Ey viperinaelər soyu! Gələcək qəzəbdən qaçmanız üçün sizi kim xəbərdar etdi? Bundan belə tövbəyə yaraşan meyvələr verin! Öz özünüzə, “Biz İbrahimin soyundanıq” deməyə qalxmayın. Mən sizə bunu söyləyim: Allah, İbrahimə bu daşlardan uşaq yaradacaq gücdədir. Balta indidən ağacların kökünə söykənmişdir. Yaxşı meyvə verməyən hər ağac kəsilib oda atılacaq.”
Xalq ona: “Elə isə biz nə edək?” deyə soruşdu. Yəhya onlara: “İki geyimi olan, birini heç geyimi olmayana versin; yeməyi olan da bunu heç yeməyi olmayanla paylaşsın” cavabını verdi. Bəzi vergi işçiləri də baptizm olmağa gələrək ona: “Müəllimimiz, biz nə edək?” dedilər. Yəhya onlara: “Sizə buyurulandan daha çox vergi almayın.” dedi. Bəzi əsgərlər də ona: “Biz nə edək?” deyə soruşdular. O da onlara belə dedi: “Sərt qüvvətlə ya da yalan ittihamlarla kimsədən pul qoparmayın, sizə verilənlə kifayətlənin.” (Luka, 3: 7-14)
Əhdi-Cədidə görə Hz. Yəhya bu təbliği əsnasında özünü dinləyənlərə həmişə “vaxtın dolduğunu” söyləyirdi. “Gələcək olan” artıq gəlmək üzrə idi.

