Hz. İsa (ə.s)-ın yer üzünə gəliş əlamətləri-8

126) Saxta məsihlərin ortaya çıxması hz. İsa (ə.s)-ın gəlişinin xəbərçisidir

Allahın şərəfli elçisinin gəlişi üçün hazırlıq görmək istəyən iman sahiblərini tənbəlliyə aparmaq istəyənlər ola bilər. Bu insanlar müxtəlif bəhanələrlə hz. İsa (ə.s) üçün hazırlıq görməyi lüzumsuz göstərməyə çalışa bilərlər. Bunun üçün istifadə edəcəkləri bəhanələrdən biri də saxta məsihlərin ortaya çıxması olacaq. Hərdənbir əqli cəhətdən sağlam olmayan və ya müxtəlif mənfəətlər ardınca qaçan bəzi insanlar hz. İsa (ə.s) olduqlarını iddia ediblər. Bəzi ətraflar isə, bu cəhalət içindəki insanların etdiklərini öz mənfəətləri üçün istifadə etməyə çalışmış; “hz. İsa (ə.s) gələcək şəklindəki şərhlər, saxta məsihlərin ortaya çıxmasına səbəb olur” şəklində açıqlamalar veriblər. Bu açıqlamalarla hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişi üçün görüləcək hazırlıqları ləngitmək və hətta dayandırmaq istəyiblər. Lakin Allahın vəd etdiyi bu mübarək dövrün gəlişini heç kim gecikdirə bilməyəcək. Çünki bu cür insanlar çox mühüm bir həqiqəti görə bilmirlər: “saxta məsihlərin ortaya çıxması, hz. İsa (ə.s)-ın gəlişinin bir əlamətidir, müjdəsidir”. Peyğəmbərimiz (s.ə.v) hədislərində belə bir xəbər vermişdir:

Hər biri Allahın Rəsulu olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 43; Ebu Davud, Melahim: 16)

Hər biri özünün tək məbud olan Allahdan Rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)

Yuxarıdakı hədislər bizə dövrümüzdəki hadisələri xatırladır. Bəzi saxtakarlar müsəlmanların və xristianların gözləntilərindən sui-istifadə edərək peyğəmbərlik iddiaları ilə ortaya çıxarır və bəzən də böyük fəlakətlərə səbəb olurlar.

Mütəxəssislər saxta məsih axınlarının 1970-ci illərdə ortaya çıxmağa başladığını, o tarixdən indiyə qədər də sürətli artım içində olduqlarını ifadə edir. Mütəxəssislərə görə, bu artıma səbəb olan başlıca iki təməl xüsus var. Bunlardan biri kommunizmin süqut etməsi, digəri isə internet texnologiyasının təmin etdiyi imkanlardır.(59) Aşağıdakı sitatlar mövzu ilə əlaqədar seçilmiş bir neçə nümunədir:

Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı tikililəri tamamilə yandı. 33 yaşı olan “Branch Davidians” hərəkatının lideri və məsihi David Koreş (David Koresh) digər 74 insanla birlikdə öldü.(60)

Keçən həftə İsveçrə və Kanadada, saxta Məsih Luk Juret (Luc Jouret)-in tərəfdarlarından və onların uşaqlarından ibarət olan 53 insan öldü. Bu iki ölkənin polisləri ölümlərin səbəbinin kütləvi intihar, kütləvi qətliam və ya ikisinin qarışığı olub olmadığını araşdırır.(61) Ən pis məzhəb qətliamının qorxunc dəlili… Uqandada yeni məzarlar tapıldıqca, liderləri tərəfindən aldadılan fanatik bir məzhəbin 1000-ə yaxın tərəfdarının öldüyündən narahatlıq duyulur…(62)

Elə bir hadisə idi ki, səbəb olduğu şok dalğaları dünyanın hər yanına yayıldı: Müasir tarixin ən pis kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən artıq insan Cənubi Amerika meşələrində tapıldı. Ölülər Cim Conun (Jim Jonesin) tərəfdarları idi.(63)

Saxta peyğəmbərlərə Quran ayələrində də diqqət çəkilmişdir. Bu mövzudakı bir ayə belədir:

Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy gəldi” deyən və “Allahın nazil etdiyinin bənzərini də mən endirəcəyəm” deyəndən daha zalım kim ola bilər? Sən bu zalımları, ölümün “şiddətli sarsıntısı” zamanında mələklərin əllərini uzadaraq onlara: “Canlarınızı (bu qıs-qıvraq yaxalanışdan) çıxardın, bu gün Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrindən təkəbbürlənərək (üz döndərdiyinizdən) ötrü alçaldıcı əzabla qarşılıq görəcəksiniz” (dedikləri vaxt) bir görsən… (Ənam surəsi, 93)

Ayənin davamında bildirildiyi kimi, bu insanlar ayənin hökmünü girə bilər və uydurduqları yalanın qarşılığını görə bilərlər.

Şübhəsiz ki, saxta məsihlərin yalanlarının tamamilə ortaya çıxacağı günlər yaxındır. Çünki Peyğəmbərimiz (s.ə.v) yalançıların ardından hz. İsa (ə.s)-ın geri dönüşünü də müjdələmişdir.

Həqiqi iman sahibləri, hz. İsa (ə.s)-ı, əlamətlərindən dərhal tanıyacaqlar. Etdiyi hər hərəkət hikmətli və bənzərsiz olacaq, bu əlamətlərlə digər insanlardan seçiləcək və heç bir isbata ehtiyac duymadan dərhal tanına biləcək. Saxta məsihlərin özlərini isbat etməyə çalışmaları isə onların saxta olduqlarının ən bariz dəlilidir.

Hz. İsa (ə.s)-ın dəlilləri, etdikləri olacaq. O, dinsiz cərəyanları, inkarın və əxlaqsızlığın insanlar arasında yayılması üçün səy göstərənlərin sistemlərini çox böyük təxribata uğradacaq. Allahın vəhyi ilə hərəkət etdiyi üçün inkar edənlərin tələlərini puç etməsi, din əxlaqını insanlar arasında yayması, küfrün səylərini təsirsiz hala gətirməsi onun üçün çox asan olacaq. Möcüzələriylə Allahın dininin haqq olduğunu və iman gətirənlərin mütləq üstün gələcəklərini isbat edəcək. Rəbbimiz iman gətirənləri Quranda belə müjdələyir:

Onlar, Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki Allah Öz nurunu tamamlayandır; kafirlərin xoşuna gəlməsə də. Elçilərini hidayət və haqq din üzrə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcək; müşriklərin xoşuna gəlməsə də. (Saff surəsi, 8-9)