108) Zinanın çoxalması
Cəmiyyətdə qeyri-qanuni cinsi əlaqələrin yayılmasının da qiyamətin, yəni hz. İsa (ə.s)-ın gəlişinin bir əlaməti olduğu Peyğəmbərimiz (s.ə.v) tərəfindən belə bildirilmişdir:
Zinanın çoxalması qiyamət əlamətlərindəndir. (Buhari, Tecrid: 1/16)
Əxlaqi dəyərlərin, utanma hissinin zəifləməsi isə hədislərdə belə təsvir edilmişdir:
Qiyamət yaxınlaşdıqda… qadınlar yolun ortasında cinsi əlaqədə olacaq qədər həya yox olar. (Taberani, Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 111)
Zina uşaqları çoxalacaq. O qədər ki, kişi küçənin ortasında qadınla zina edəcək. (Kıyamet Alametleri, səh. 140)
Bir zaman gələcək qadınla yolun ortasında zina ediləcək. Heç kim buna etiraz etməyəcək. (Kıyamet Alametleri, səh. 142)
Son dövrdə hər kəsin gözü qabağında açıqca yol ortasında fahişəlik edən insanlara, qəzet və televiziya xəbərlərində tez-tez rast gəlinir. Burada, hədisdə qiyamət əlaməti kimi bildirilən bir hadisə daha tam diqqət çəkildiyi şəkildə ortaya çıxır və bir çox insan bu həqiqətə şahid olur.
109) Homoseksuallığın qəbul edilməsi
Hədislər göstərir ki, homoseksuallığın normal həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün mühüm əlamətidir:
Kişilər qadınlara bənzəyəcək, qadınlar da kişilərə bənzəyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 451)
Kişilər kişilərlə, qadınlar qadınlarla kifayətləndiyi vaxt… qiyamət yaxınlaşmış olacaq. (Ramuz-El Ehadis, 448/8; Ölüm Kıyamet ve Diriliş, səh. 480)
110) Epidemik xəstəliklər
Vəba kimi epidemik xəstəliklər, yəni qoyun (davar) qıran deyilən heyvan xəstəliyi ki var, o sizi tutacaq… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 417, no. 761)
“Ey Malik oğlu Əvf! Qiyamətdən əvvəl altı (əlamət) sayımmı?” Dedim ki; “Onlar nələrdir ey Rəsulullah?” O da belə buyurdu: “…Sizin aranızda vəba və qarayara kimi ölümcül iki xəstəlik yayılacaq”. (Sahih-i Buhari; Beklenen Mehdi, 3-cü nəşr, səh. 147)
Epidemik xəstəliklər müxtəlif dövrlərdə bütün dünyada insanlar arasında öz təsirini göstərmişdir. Lakin dövrümüzdəki xəstəliklərin, keçmişdəkilərlə müqayisə olunduqda olduqca sürətlə yayıdıqları görünür. Keçmişdə yalnız müəyyən bölgələrdə öz təsirini göstərən xəstəliklər, hazırda nəqliyyatın qazandığı sürət nisbətində bir çox ölkəyə bir anda yayıla bilirlər.
Həmçinin dövrümüzdə tez-tez yeni və məlum olmayan epidemik xəstəliklər ortaya çıxır. Son 20-30 il ərzində ən çox eşidilən epidemik xəstəliklərdən bir neçəsi QİÇS, SARS, Ebola, Dəli Dana kimi xəstəliklərdir. Bunların insanlar üçün nə qədər böyük təhlükə meydana gətirdikləri çox yaxşı bilinir.
2002-2003-cü illərdə epidemik xəstəliklərin təhlükələri ilə əlaqədar mətbuat-nəşriyyat orqanlarında bəhs edilən xəbərlərdən yalnız bir neçəsi belədir:
Efiopiyada malyariya epidemiyası: 4200 ölü
Yerli orqanlar, may-avqust ayları arasında bataqlıqlarda ağcaqanadların çoxalması ilə ortaya çıxan malyariya epidemiyasında 4200 insanın öldüyünü bildiriblər. (10.09.2003, www.ntvmsnbc.com)
QİÇS-dən ölənlərin sayı 70 milyona çata bilər.
Tədqiqatçılar, QİÇS xəstəliyindən ölənlərin sayının 2020-ci ildə 70 milyon insana çatacağı xəbərdarlığını verdi. (27.06.2003 www.ntvmsnbc.com)
SARS-ın xronoloji gedişatı.
SARS-ın, bəzi ölkələrdə nəzarət altına alına bildiyi, bəzi ölkələrdə isə yavaşladığı xəbərləri gəlməsinə baxmayaraq, SARS hələ də qorxuducu olmağa davam edir. (29.04.2003 www.ntv-msnbc.com)
İranda epidemik xəstəlik
İranda ölümcül bir virusun malların 30%-nə yoluxduğu bildirilərək, xalqa, virusun səbəb olduğu ”Krım-Konqo qızdırma xəstəliyi” kimi tanınan epidemik xəstəliyə qarşı xəbərdarlıq verildi. İRNA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Xəstəlik İdarəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya (Muhammed Mehdi Guya), virusun ötən ildən indiyədək 140-dan artıq insana yoluxduğunun müəyyənləşdirildiyini, bu insanlardan 20-sinin öldüyünü söylədi. (25.05.2002, www.hürriyetim.com.tr)
111) Quş qripi və donuz qripi
Peyğəmbərimiz (s.ə.v) bundan 1400 il əvvəl, Axırzamanda insanlar arasında iki epidemik xəstəliyin yayılacağını bildirmişdir. Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in bu xəstəliklər barəsində verdiyi təfsilatlı məlumatlar, bunları daha asan müəyyənləşdirə bilməyimizi mümkün edir. Bəhs etdiyimiz xəstəliklər, Axırzaman əlamətlərinin sıx şəkildə yaşandığı son illərdə bir-birinin ardınca ortaya çıxan; hər ikisi də ölümcül və epidemik xəstəliklər olan quş və donuz qripləridir (doğrusunu Allah bilər). Bu mövzudakı bəzi hədislər belədir:
“Altı şey qiyamətdən əvvəl olar: …Sonra çox ölən olar. Sizin aranızda qoyunların burunlarından axan və qəflətən öldürən xəstəlik kimi, ölümcül iki xəstəlik yayılacaq”. (Sahih–i Buhari, cizye (2/278 fethul bari))
“İnsanlarda şiddətli qorxmadıqca, Hz. Mehdi (ə.s) zühur etməz. Ondan əvvəl zəlzələlər, fitnələr, insanların başına gələn bəlalar və taun (vəba) xəstəliyi zühur edəcək… Məhz həmin vaxt (hz. Mehdi (ə.s)) zühur edəcək. Ona yetişənə və onun köməkçilərindən olanlara müjdələr olsun. Ona (hz. Mehdi (ə.s)-a) müxalifət edənlərə və əmrinə qarşı çıxanlara ayıb olsun”. (Fera idu Fevaidi’l Fikr Fi’l İmam el-Mehdi el-Muhtazar)
A (H1N1) donuz qripi ilə A (H5N1) quş qripi virusları, bu heyvanların tənəffüs yollarındakı hüceyrələrin reseptorlarına yerləşir. Həm quşlar, həm də donuzların milyonlarla ildir mövcud olan canlılar olmalarına baxmayaraq, Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi, bu zamanda epidemik xəstəliklərə səbəb olmaları, Axırzamanda yaşadığımıza digər bir dəlilidir. Bəhs edilən vəziyyət, tam da hz. Mehdi (ə.s)-ın zühur dövründə, Allahın əmri ilə insanlar arasında yayılmışdır.
112) Ani ölümlərin çoxalması
Qiyamətdən əvvəl altı (şey) say: Ölümüm, Məscidül-Əqsanın fəthi, sonra qoyunun kuası (sinədə meydana gələn öldürücü sancı) kimi, saysız ölüm hadisələri… (Kıyamet Alametleri, səh. 123)
Ani ölümlər də qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 147)
Hazırda ani ölümlərə səbəb olan xəstəliklərin sayında artım var. Xüsusilə müxtəlif qidalanma və həyat tərzi pozuntularından ötrü, ürək infarktı nisbətlərinin yüksəlməsi bu ani ölüm səbəblərindən biridir.
113) Cinayətlərin çoxalması
“Cinayətlər çoxalmadıqca… qiyamət qopmaz”. (Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
…Fitnələr, qorxulu hallar və cinayətlərin görünməsi. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 39)
Rəsulullah: “Hərc çoxalmadıqca qiyamət qopmaz!” deyə buyurmuşdu. (Yanındakılar:) “Hərc nədir ey Allahın Rəsulu?” deyə soruşdular. “Öldürmək! Öldürmək!” deyə buyurdu”. (Müslim, Fiten: 18, 157)
“…Qan tökülməsi… qiyamət əlamətlərindəndir”. (Kıyamet Alametleri, səh. 142)
“Qiyamət qopmasından əvvəl mütləq bəzi hərc hadisələri var” deyə buyurdu. Mən də: “Ey Allahın Rəsulu, hərc nədir” deyə soruşdum. Rəsulu-Əkrəm; “öldürməkdir, yəni cinayətlərdir” deyə buyurdu… “Bu öldürməkdəki məqsəd, müşrikləri öldürmək deyil. Lakin bir-birinizi öldürmənizdir. Hətta o dərəcə də ki, insanın qonşusunu, əmisinin oğlunu və yaxın qohumunu öldürməsidir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 385, no. 711)
Cinayət hadisələrindəki artım Axırzamanın əlamətlərindəndir. Hazırda bəzi insanların adam öldürtmək üçün qatil tutduqları, bəzi insanların qeyri-qanuni təşkilatlanmalarla cinayət şəbəkələri yaratdıqları nəzərə alınsa, bu hədisin xəbər verdiyi hadisələrin gerçəkləşdiyi də görüləcək.
114) İntihar hadisələrinin çoxalması
İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər. (Kitabü’n-Nihaye, İbn-i Kesir, 1/131)
115) Vətəndaş müharibələri-ixtilaflar
Bu mütləqdir ki, yaxın gələcəkdə fitnə, təfriqə və ixtilaf (lar törədən bəzi insan) lar olacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 376, no. 685)
İnsan, qardaşını öldürmədikcə qiyamət qopmaz. (Kıyamet alametleri, səh. 141)
Qəlblər bir-birindən nifrət etmədikcə, fikirlər ayrılmadıqca, doğma qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz. (Kıyamet alametleri, səh. 142-143)
Zairdə Hutu və Tutsi qəbilələri arasında baş verən vətəndaş müharibəsi, 20-ci əsrdə baş verən vətəndaş müharibələrinə çox mühüm nümunədir. 1964-cü ildə hakimiyyətə gələn polkovnik Cozef Mobutu (Joseph Mobutu) ölkəsinin əlindəki bütün mineral resursları qərbli ölkələrə açdı. Ölkənin ictimai nizamı üçün heç nə etməyən Mobutu illərlə öz sərvətini artırdı. Bununla da başlayan qəbilə vuruşmaları çox böyük soyqırıma da səhnə oldu. Yarım milyona yaxın insan öldü.
Etnik irqlər arasında yaşanan müharibələr, yəni “soy qoruyuculuğu”, təkcə Zairdə deyil, bir çox ölkədə vəhşi səhnələrin yaşanması ilə nəticələndi. Allah Quranda din əxlaqından uzaq cahil insanların bu nifrət dolu soy qoruyuculuqlarına belə diqqət çəkmişdir:
Bir zaman o inkar edənlər, öz qəlblərində, “qəzəbli soy qoruyuculuğu”nu (təəssübünü), cahillərin “qəzəbli soy qoruyuculuğunu” qızışdırdıqları zaman, dərhal Allah; elçisinin və möminlərin üzərinə “(qəlbi təskin edən) güvən və sakitləşmə duyğusunu” endirdi və onları “təqva sözü” üzərində “qətiyyətlə ayaqda tutdu”. Onsuz da onlar da buna layiq və əhl idilər. Allah hər şeyi layiqincə biləndir. (Fəth surəsi, 26)
Allahın qadağan etdiyi bu düşmənçilik və kin, Axırzamanın ilk dövründə də görüləcək. Hz. İsa (ə.s)-ın təkrar yer üzünə qayıtması isə, bütün bu düşmənçiliyin, müharibələrin, qarşıdurmaların bitdiyi, dünyaya sülh və əmin-amanlığın hakim olduğu mübarək bir dövr olacaq.
116) Savadlıların çoxalması
Qiyamətin yaxınlaşmasına doğru… savadlılar çoxalar. (Müslim, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 98; Ramuz-El Ehadis, 1/121)
20-ci və 21-ci əsri ötən əsrlərdən fərqləndirən mühüm bir xüsusiyyət də savadlıların nisbətində baş verən artımdır. Keçmiş dövrlərdə təhsil, cəmiyyətin müəyyən seqmentinin sahib olduğu imtiyaz statusunda qalmışdır. 20-ci əsrin sonlarına doğru isə başda YUNESKO olmaqla, hökumətlər və qeyri-hökumət təşkilatları dünya səviyyəsində kampaniyalar təşkil ediblər. Bu təhsil səfərbərliyi, texnoloji yeniliklərin də insanların xidməti üçün istifadə edilməsi ilə birlikdə dövrümüzdə bəhrəsini verir. YUNESKO-nun 2003-cü ildə dərc olunan hesabatına görə, dünya əhalisinin 84%-i savadlıdır.(54)
Şübhəsiz ki, bu göstərici ötən on dörd əsr ərzindəki ən yüksək göstəricidir.
117) Zamanın qısalması
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… Zaman qısalacaq və vasitələrlə gedilən məsafələr qısalacaq. (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
Minik vasitəsinə minmiş kimsə, İraqla Məkkə arasında yolu azma narahatlığından başqa heç bir qorxu yaşamadan səyahət etmədikcə qiyamət qopmaz. (Müntehab-ı Kenzu’l-Ummal, 2/370-371)
Onun dövründə dəvələrə ehtiyac qalmaz. (Geleceğin Tarihi 3, səh. 183)
Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və digər təkmilləşmiş nəqliyyat vasitələriylə, keçmiş dövrlərdə aylarla davam edən səfərlər indi bir neçə saat ərzində, üstəlik, olduqca etibarlı, rahat və komfortlu şəkildə edilir. Hədisin işarəsi də bu yolla gerçəkləşir.
Dövrümüzün qabaqcıl texnologiya məhsulu olan nəqliyyat vasitələrinə Allah Quranda belə işarə etmişdir:
Onlara minməyiniz və bəzək üçün atları, qatırları və eşşəkləri (yaratdı). Eləcə də, hələ sizin bilmədiyiniz nələri yaratmaqdadır. (Nəhl surəsi, 8)
Peyğəmbərimiz (s.ə.v) başqa hədislərində isə zamanın qısalması barəsində bu məlumatları verib:
Zaman təqarub edərək (yaxınlaşaraq) gecə ilə gündüz bir-birinə yaxınlaşar… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 374, no. 681)
Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da od yandıracaq qədər az zaman olmadıqca qiyamət qopmaz. (Tirmizi, İbn-i Mace, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 109)
Hz. Ənəs (r.ə) deyir: “Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki; zaman yaxınlaşmadıqca qiyamət qopmaz. Bu yaxınlaşma elə olar ki, bir il bir ay kimi, ay bir həftə kimi, həftə də bir gün kimi, gün saat kimi, saat da bir çırağın yanması kimi (qısa) olar. (Tirmizi, Zühd: 24, 2333)
Bu hədislərdə də göründüyü kimi, Axırzamanda keçmişə görə böyük zaman qazancı olacaq. Necə ki, əsrlər əvvəl qitələr arasında həftələrlə zaman tələb edən xəbərləşmə dövrümüzdə internet və rabitə texnologiyaları sayəsində saniyələr ərzində tamamlanır. Keçmişdəki karvanlarla aylarla davam edən səyahətlər nəticəsində əldə edilən əşyaları, zəmanəmizdə qısa müddətdə təmin etmək mümkündür. Çox deyil, hələ bir neçə əsr əvvəl tək bir kitabın yazılması üçün keçən müddətdə, bu gün milyonlarla kitab nəşr oluna bilir. Bütün bunlarla yanaşı, təmizlik, yemək bişirmə, uşaq baxımı kimi gündəlik işlər, təkmilləşmiş texnologiya məhsullarının köməyi ilə vaxt almaqdan kənara çıxmışdır.
Bu nümunələr asanlıqla çoxaldıla bilər. Əlbəttə, burada üzərində dayanılması lazım olan Peyğəmbərimiz (s.ə.v)-in 7-ci əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin dövrümüzdə eynilə gerçəkləşməsidir.
118) Şəhərləşmənin sürətlənməsi
“Ey Ənəs! İnsanlar şəhərləşəcəklər, o şəhərlərdən bəzilərinə: “Bəsrə və Qüseyr” deyiləcək”. (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 490)
Xüsusilə 19-cu əsrin ikinci yarısından etibarən təsirini göstərən sənaye inqilabı ilə birlikdə, insanlar çöllük əraziləri tərk edib şəhərlərə yerləşməyə başlayıblar. O dövrdən bəri də şəhərlərdəki əhali hər ötən il getdikcə artır. Aparılan araşdırmalar təkcə ölkəmizdə (Türkiyə) 2020-ci ildə şəhərlərdə yaşayacaq əhalinin, ölkə əhalisinin 80%-ni təşkil edəcəyini göstərir.(55) Əvvəlki əsrlərdə görülməyən bu vəziyyətin, hədisdə bəhs olunan Axırzaman əlaməti olduğu olduqca dəqiqdir.
119) Hündür binaların inşa edilməsi
Hündür-hündür binalar inşa edilmədikcə… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… Hündür binalar inşa etməkdə insanlar bir-birləriylə yarışacaq. (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
Binaların göydələnlər halına gəlməsi… (Kıyamet Alametleri, səh. 146)
Hündür mərtəbəli binalar 19-cu əsrin sonlarında inşa edilməyə başlanmışdır. Texnologiyanın inkişafı, poladdan istifadənin genişlənməsi və elektrik liftlərin istifadə edilməsi göydələnlərin inşasını sürətləndirmişdir. Göydələnlər 20-ci və 21-ci əsr memarlığının mühüm parçası olmuş, hazırda da bəziləri üçün sanki etibar simvoluna çevrilmişdir. Bu gün dünyanın ən hündür tikililərindən bəziləri və hündürlükləri müvafiq olaraq belədir(56):
CNN Tower (Kanada) – 555 m.
Oriental Pearl TV Tower (Çin) – 467 m.
Petronas Tower 1 və 2 (Malayziya) – 449 m.
Sears Tower (Çikaqo) – 443 m.
Hədisdə bildirilən, insanların hündür binalar inşa etmə yarışı da, ölkələrin daha hündür göydələnlər inşa edə bilmək üçün böyük rəqabət və yarış içərisinə girmələri ilə tam gerçəkləşmişdir. Bundan 1400 il əvvəl belə bir hadisənin xəbər verilmiş olması, əlbəttə, möcüzədir. Eyni zamanda da Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi qiyamətdən əvvəlki Axırzaman dövrünün hazırda yaşandığının da mühüm əlamətlərindən biridir.
120) Bazarların yaxınlaşması
…Bazarlar yaxınlaşmadıqça qiyamət qopmaz. (Mecmeu’z-Zevaid, 7/327)
Dövrümüzdəki alış-veriş imkanları keçmişdəkiylə müqayisə olunmayacaq qədər inkişaf etmişdir. Həm kənd və qəsəbələrə qədər hər yerdə insanların istədikləri kimi, alış-veriş edə biləcəkləri marketlər, alış-veriş mərkəzləri var, həm də nəqliyyatdakı sürət sayəsində insanlar keçmişdə çatma imkanı əldə edə bilmədikləri yerlərə çatıb alış-veriş etmə imkanına malikdir.
Həmçinin dövrümüzdə internet vasitəsilə alış-veriş imkanları da çox inkişaf etmişdir. Bir insan evində oturarkən alış-veriş edə bilir və dünyanın istədiyi bölgəsindəki istədiyi hər məhsulu satın ala bilir. Bu istiqamətiylə düşünüldüyü zaman, bazarlar insanların evlərinin içində kimidir.
121) İnsanın qamçısının ucuyla danışması
İnsana qamçısının ucu danışmadıqca… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 471)
Qamçı məlum olduğu kimi, keçmiş dövrlərdə xüsusilə at, dəvə kimi minik heyvanlarını sürərkən geniş istifadə olunmuş vasitədir. Yuxarıdakı hədis araşdırıldığı zaman Peyğəmbərimiz (s.ə.v)-in bu sözləriylə bənzətmə etdiyi aydın olur. Dövrümüzdə “qamçının formasına bənzədə biləcəyimiz və danışan cisim nədir?” deyə sual versək, bu sualın ən məntiqli cavabı, antenaları ilə diqqət çəkən radioqəbuledici, mobil telefon və ya bənzəri rabitə vasitələri olacaq. Təkmilləşmiş texnologiyanın məhsulu olan bu cihazlar sahib olduqları qamçıya bənzər antenalarla diqqət çəkirlər. Mobil telefon və ya peyk telefonu kimi kabelsiz rabitə vasitələrinin çox qısa keçmişi olduğunu nəzərə alsaq, Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl etdiyi təsvirin də nə qədər hikmətli olduğu anlaşılacaq. Qiyamətdən əvvəlki zaman kəsiyində olduğumuza dair bir xəbər daha, beləliklə təcəlli etmişdir.
122) İnsana öz səsinin danışması
İnsana (öz) səsi danışmadıqca… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 471)
Hədisdəki mesaj olduqca aydındır: İnsanın öz səsini eşitməsinin Axırzamanın bir xüsusiyyəti olduğu bildirilir. Şübhəsiz ki, insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini qeydə almalı və sonra da dinləməlidir. Səs qeydəalma və köçürmə texnologiyası da 20-ci əsrin bir məhsuludur; bu inkişaf elmi dönüş nöqtəsi olmuş, rabitə və media sektorlarının yaranmasına gətirib çıxartmışdır. Səs qeydəalma prosesi xüsusilə kompüter və lazer texnologiyalarındakı son inkişaflarla mükəmməl səviyyəyə çatmışdır.
Bir sözlə, dövrümüzün elektron alətləri, mikrofonları və dinamikləri səsin qeydə alınması və dinlənilməsinə imkan verir və bizə yuxarıdakı hədisin verdiyi xəbərin təcəlli etdiyini göstərir.
123) Məhsul artımı
İnsanlar bir qab buğda əkdikləri vaxt, qarşılığında yeddi yüz qab götürəcəklər… İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc toplayacaq… Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 43)
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda yaşanacaq texnoloji inkişaflarla əlaqədar, daha bir çox məlumat vermişdir. Hədislərdə müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının yaradılması, toxum yetişdirilməsi işləri və yağış sularının yeni anbarlar, gölməçələr yaradılaraq dəyərləndirilməsi nəticəsində yaranacaq istehsal artımına işarə edilir.
Hal-hazırda texnologiya çox böyük sürətlə inkişaf edir, məhsulların həm keyfiyyətində, həm də istehsal miqdarında artım əldə edilə bilir. Xüsusilə də genetika elmində yaşanan sürətli inkişaf, texnologiyanın bəzi növlərində olduğu kimi, kənd təsərrüfatı texnologiyasında da böyük inqilab yaşadır.
124) Səhraların yaşıllaşdırılması
Ərəbistanda da çaylar və bağçalar meydana gəlmədikcə qiyamət qopmaz. (Ahmed b. Hanbel, Müsned, 17/22, hadis no: 8819)
Ərəb torpaqlarından çaylar və dərələr axmadıqca qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 471)
Axırzamanda məhsullarda yaşanacaq bolluğa işarə edən başqa bir texnoloji inkişaf da səhraların yaşıllaşdırılmasıdır. Dünyada quraq sahələrin 43%-ni səhraların təşkil etdiyi düşünülsə, bu mövzunun kənd təsərrüfatı texnologiyası üçün nə qədər böyük əhəmiyyət daşıdığı daha asan aydın olar. Dövrümüzdə suyun səmərəsiz səhra torpaqlarına qədər çatdırılmasıyla, ən quraq torpaqlarda belə istehsal prosesi həyata keçirilə bilir. Əgər bu yüksək texnologiya bütün səhralarda tətbiq olunsa, qıtlığın astanasında olan bir çox ölkə çox məhsuldar əkin sahələrinə qovuşacaq. Əlbəttə ki, bunun üçün çox böyük texnologiya lazımdır.
Səhra bölgələrində əkinçiliyin həyata keçirilə bilməsi üçün, suvarma məsələsi həll edilməli və əkinəyararlı torpaqlar təmin edilməlidir. Bunun üçün üzərində çalışılan texnologiyalardan biri kompüterin nəzarəti altında aparılan suvarmadır. Bu texnologiya ilə su axını bilavasitə bitkilərin kök nahiyələrinə istiqamətləndirilir və tək bir damla suyun belə israf edilməsinin qarşısı alınır. Hər cür suyun təmizlənərək istifadəyə verilməsi də səhra əkinçiliyində çox mühüm yer tutar. Bunun üçün sel və dəniz sularının çox sürətli şəkildə istifadəyə verilməsi də, kənd təsərrüfatı texnologiyasının əsasını təşkil edir. Bu yolla çox böyük su mənbəyi təmin edilmiş olacaq və ölkə iqtisadiyyatlarına böyük dəstək təmin ediləcək. Peyğəmbərimiz (s.ə.v) hədislərində suyun səmərəli şəkildə istifadə edilməsinə də işarə etmişdir:
…Ümmətin istər yaxşıları, istərsə də pisləri, misli heç vaxt görünməmiş şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək, torpaq tək bir toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
125) Ömürlərin uzanması
Onun dövründə… ömürlər uzanacaq. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar səh. 43)
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi bu xəbərin üstündən on dörd əsr keçmişdir. Qeydlər, orta ömür müddətinin, yaşadığımız bu dövrdə digər bütün dövrlərdən daha çox olduğunu açıqca göstərir. Hətta 20-ci əsrin əvvəli ilə sonları arasında belə böyük fərq var. Məsələn, 1995-ci ildə dünyaya gəlmiş bir uşağın 1900-cü ildə dünyaya gəlmiş bir uşağa görə orta hesabla 35 il daha uzun yaşayacağı təxmin edilir.(57) Bu mövzudakı diqqətçəkən digər bir nümunə də, keçmişdə 100 ildən artıq yaşayan insanların olduqca nadir, dövrümüzdə isə çox sayda olmasıdır.
BMT-nin əhali fondunun qaynaqlarına görə, son bir neçə ildə dünya əhalisi yüksək ölüm göstəricisindən aşağı ölüm göstəricisinə doğru diqqətəlayiq keçid mərhələsindədir. Demoqrafik inqilab kimi xarakterizə edilən bu hadisənin mərkəzində də yaşlıların sayı və nisbət etibarilə artımı yer alır. Bu cür sürətli və irimiqyaslı inkişafın sivilizasiya tarixinin heç bir dövründə görülmədiyi də həmin mənbədə vurğulanır.(58)
Şübhəsiz ki, ömür müddətindəki bu artım səbəbsiz deyil. Tibb texnologiyasının inkişafına bağlı olaraq səhiyyə xidmətlərindəki yüksəlmə insanların belə bir nemətə qovuşmasına imkan yaratmışdır. Bunlarla yanaşı, genetika elmindəki inkişaflar və hələ də böyük sürətlə irəliləməkdə olan İnsan Genomu Layihəsi səhiyyə sahəsində yepyeni bir dövr başlatmaq üzrədir. Bu irəliləyişlər keçmiş dövrlərdə yaşayan insanların xəyal belə edə bilməyəcəyi ölçüdədir. Bütün bu inkişaflara əsaslanaraq, bunu söyləmək mümkündür: Yaşadığımız dövrün insanları yuxarıdakı hədisin xəbər verdiyi uzun və sağlam həyat standartına nail olmuşdur. Həmçinin bu standart, yaxın gələcəkdə daha da yüksələcəkmiş kimi görünür.

