79) Maruf (yaxşı əməllər, doğruluq) ilə münkərin (pis əməllərin) bir-biriylə qarışdırılması
(Peyğəmbər (s.ə.v):) “Yaxşı əməllər işləməyi əmr etmədiyiniz, nəhyi-anil-münkər (pis əməlləri qadağan etmə) etmədiyiniz vaxt halınız nə olacaqr?” deyə soruşdu. “Yəni bu olacaqmı?” dedilər. “Bəli, hətta daha betəri!” deyə buyurdu və sual verməyə davam etdilər: “Münkəri (pis əməlləri) əmr edib, yaxşı işlər görməyi (yaxşılığı) qadağan etdiyiniz zaman halınız nə olar?” (Yanında olanlar heyrətlənərək): “ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?” dedilər. “Bəli, hətta daha betəri!” buyurdular və davam etdilər: “əmri bil-marufda (yaxşılığı əmr etmə) olmadığınız, nəhyi-anil-münkər (pis əməlləri qadağan etmə) etmədiyiniz vaxt halınız nə olur?” deyə soruşdu?” (Yanındakı əshabə:) “Ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?” deyə soruşdular. “Bəli, olacaq!” deyə buyurdular. (Ebu Ya’lâ, Müsned; Taberâni, el-Mu’cemu’l-Evsat; Heysemi, Mecma’u’z-Zevaid, 7, 281)
Hədisdə bildirildiyi kimi, dövrümüzdə din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə doğru ilə yanlış tamamilə bir-birinə qarışdırılmışdır. İnsanlar doğrunu etdikləri, gözəl əxlaq göstərdikləri üçün “saf” kimi qiymətləndirilir, öz mənfəətləri üçün başqalarının haqqlarını tapdalayanlar isə, “ağıllı və bacarıqlı” insanlar kimi qiymətləndirilirlər. Quran əxlaqına tamamilə zidd olan bu vəziyyət müasir dövrdə bir çox cəmiyyətdə qəti anlayış olaraq yerləşmişdir.
80) Yaxınlarının insanı pis əməllərə təşviq etməsi
İnsanın həlakı valideyinlərim əlində, o yoxdursa arvadının əlində, o da yoxdursa qohumunun əlində olacaq. Belə ki, onu dolanışıq çətinliyi ucbatından qınayacaqlar, tab gətirə bilmədiyi işlərə təşviq edəcəklər, nəhayət o dözə bilməyib qaranlıq və təhlükəli işləri görəcək və həlak olub gedəcək. (Ebu Naim; Geleceğin Tarihi 1, səh. 29)
81) Həqiqi möminlərin sayca çox az olması
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi bir xəbər də, Axırzamanda həqiqi möminlərin demək olar ki, yox deyiləcək qədər az sayda olmasıdır:
İnsanlara bir zaman gələr ki, camelərində toplanıb namaz qılarlar. Lakin aralarında mömin olmaz. (Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 19)
82) Came və məscidlərin fərqli məqsədlərlə istifadə edilməsi
Came və məscidlərin təkcə yol kimi istifadə edilən məkanlara çevrilməsinin, Axırzamanın əlamətlərindən biri olduğu aşağıdakı hədisdə xəbər verilir:
Məscidlər namaz qılınmayıb, gəlib keçilən yol halına gəldiyi… zaman gəlmədikcə qiyamət qopmaz. (Son Zamanlarla İlgili Hadisler, səh. 87)
İnsanlar məscidlərə görə öyünmədikcə qiyamət qopmaz. (Ahmet b. Hanbel, Ebu Davud, İbni Mace)
83) Quranı mənfəət naminə oxuyanların çıxması
Axırzamanda Quranı Allahın rizasını qazanmaq üçün deyil, əksinə qazanc əldə etmək üçün, oxuyan bəzi insanların da ortaya çıxacağı hədisdə belə bildirilib:
Kim Quran oxusa (mükafatını) Allahdan istəsin. Çünki son zamanlarda Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar törəyəcək. (Tirmizi; Son Zamanlarla İlgili Hadisler, səh. 12)
Alimləriniz, qızıl və gümüş pullarınızı almaq üçün oxuduqları zaman, Quranı ticarət vasitəsi kimi qəbul etdiyiniz zaman qiyamət yaxınlaşmışdır. (Kıyamet Alametleri, səh. 141)
Quranın məqsədindən fərqli şəkillərdə oxunması da bir əlamətdir:
Qurani Kərimin mahnı kimi oxunub həzz alındığı, hətta insan alim olmadığı halda bu oxumasından ötrü etibar gördüyü zaman… (Taberani; Son Zamanlarla İlgili Hadisler, səh. 33)
84) Ulduz falına inanılması və taleyin inkar edilməsi
Müsəlman kimi tanınan bəzi insanların yanlış tale anlayışına sahib olmaları, bəzilərinin də ulduzların gələcəyə dair xəbər verdiyinə inanmaları Axırzamanın göstəricilərindəndir:
Axırzamanda ümmətim barəsində ən çox narahat olduğum: ulduzlara (inanmaq), taleyi inkar etmək… (Ramuz-El Ehadis, 1/1540)
85) Həccin Allah rizası üçün deyil, başqa məqsədlər üçün yerinə yetirilməsi
Həcc ibadətinin yerinə yetirilmə məqsədinin gəzmək, ticarət etmək, göstəriş etmək və ya dilənmək olması, Axırzamanın digər əlamətidir:
İnsanlar üzərinə bir zaman gələr ki, zənginlər səyahət üçün, orta təbəqənin insanları ticarət üçün, onları alimləri riya və göstəriş üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər. (Ramuz-El Ehadis, 503/8)
86) İnsanların nəfsani ehtiraslarına önəm vermələri
Bir zaman gələcək ki, insanların qayğıları qursaqları, şərəfləri malları, qiblələri qadınları olacaq. Dinləri də, qızıl və gümüş olacaq. Bunlar xalqın şərliləridir və Allah yanında onların nəsibləri yoxdur. (Sülemi; Geleceğin Tarihi 1, səh. 19)
Hz. Peyğəmbər (s.ə.v) buyurdu ki; “Qiyamət əlamətlərindən biri, …nəfsinin arzularına meyletməkdir… İnsanlar namazı tərk edəcəklər və şəhvətlərinə uyacaqlar”. (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
87) İctimai pozulma
“…İnsanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman…” (Ramuz-El Ehadis, 7/7)
Zəmanə insanlarının üz-üzə olduqları mühüm bir problem, ictimai strukturlardakı pozulmalardır. İctimai tənəzzül özünü müxtəlif formalarda göstərir. Dağılmış ailələr, boşanmalardakı artım və qeyri-qanuni əlaqələrdən dünyaya gələn uşaqlar ailə qurumundakı təxribatın təbii nəticələridir. Stress, narahatlıq, bədbəxtlik və xaos bir çox insanın həyatını sanki kabusa çevirmişdir. Mənəvi boşluq içindəki insanlar sıxıntılarına çarə axtararkən alkoqol və narkotik bataqlığına yuvarlanır və ya qaranlıq yollara girirlər. Həll yolu qalmadığını düşünən bəziləri də intiharı qurtuluş zənn edirlər.
İctimai pozulmanın ən diqqətçəkən göstəricilərindən biri də qanunlara zidd davranışlardakı böyük artımdır. Cinayət hallarındakı artım olduqca böyük ölçülərə çatmışdır. BMT-nin Cinayətkarlığın Qarşısının Alınması üzrə Beynəlxalq Mərkəzinin hazırladığı “universal cinayətkarlıq və ədalət hesabatı” bütün dünya ölkələrini əhatə edən bu ümumiləşdirmədən ibarətdir:
Orta hesabla, cinayət hadisələri 1980-ci illərdə olduğu kimi, 1990-cı illərdə də yüksəlməyə davam edir.
Dünyanın hansı yeri olursa olsun, beş illik periodda, böyük şəhərlərin sakinlərinin üçdə ikisi ən azı bir dəfə cinayət sayılan hərəkətlərin hədəfi olur.
Universal səviyyədə ciddi cinayətlərə hədəf olma ehtimalı (soyğun, cinsi cinayətlər, hücum) beşdə birdir.
Bölgə ayrı-seçkiliyi olmadan, gənclər kateqoriyasındakı mülkiyyətə istiqamətli cinayətlər və zorakılıq cinayətlərinin hər ikisi də iqtisadi problemlərlə əlaqəlidir.
Son illərdə qeyri-qanuni narkotik maddəsi növləri sayca artmış və xüsusiyyət etibarilə də növlərə ayrılmışdır.(50)
Belə bir sosioloji inkişafın səbəbləri Qurandakı keçmiş cəmiyyətlərin hekayələrində açıqca bildirilir. İctimai pozulma və buna bağlı olaraq ortaya çıxan hər cür problem, insanların Allahı və yaradılış məqsədlərini unutmalarının, haqq dindən və mənəvi dəyərlərdən uzaqlaşmalarının labüd nəticəsidir.
İctimai pozulmanın ünsürləri eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-in on dörd əsr əvvəl xəbər verdiyi, hazırda isə bir-bir ortaya çıxan hadisələrdir. Hz. Məhəmməd (s.ə.v) Axırzamanı, “insanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman” (Ramuz-El Ehadis, 7/7) kimi xarakterizə etmişdir.
88) Xainlərə etimad edilməsi, dürüstlərin xain sayılması
İnsanlar üzərinə aldadıcı illər gələcək. O illərdə… xainə etimad ediləcək, dürüst insan xain sayılacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 476)
Pislərin çoxaldıqca çoxalması, yalançıların dürsüt qəbul edilib… qiyamət əlamətlərindəndir. (Beyhaki, İbn-i Neccar; Son Zamanlarla İlgili Hadisler, səh. 107)
Dünyada əclaf oğlu əclaf insanlar, insanların ən xoşbəxti olana qədər qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 37)
Yalançının təsdiqlənməsi, doğru danışanın yalanlanması qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 137)
Yalançı, doğru danışan qəbul ediləcək və doğru danışan isə, təkzib olunacaq. Xainə etibar ediləcək və etibarlı olanla isə, xainmiş kimi rəftar göstəriləcək… Məhz o zaman yalan yayılacaq… (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
Qiyamətdən dərhal əvvəl hiyləgər illər var. O zamanlarda etibarlı insanlara məzəmmət, xainə etibar edilər. Həmçinin etibarlı insan susdurular. Yalançıya etibarlı insan gözü ilə baxılar. (İbni Asakir; Geleceğin Tarihi 1, səh. 40)
Bələd olmayanın malik olması, yaramayanın vəzifəyə gətirilməsi, yarayanın təcrid edilməsi də qiyamət əlamətlərindəndir. (Naim bin Hammad; Geleceğin Tarihi 1, səh. 41)
Hədislərdən aydın olur ki, cəmiyyətdə pis insanların çoxalması, etibarlı qəbul edilən bəzi insanların əslində yalançı, yalançı olduğu iddia edilən bəzilərinin də əslində etibarlı insanlar olması, Axırzamanın bir xüsusiyyətidir.
89) Etibarlı insanların azalması
Hz. İsa (ə.s)-ın gəlişindən əvvəlki dövrdə Quran əxlaqına və qanunlara uyğun şəkildə əldə edilmiş qazanc ilə etibarlı insanların az olacağı hədisdə belə bildirilmişdir:
Axırzamanda ümmətim içərisində ən az tapılacaq şey halal pul və özünə etibar edilən yoldaşdır. (Suyuti, Camiü’s-Sagir, 2/71)
Yaxşı insanlar bir-bir gedəcək, geriyə arpa və xurmanın yaramazı kimi yaramaz insanlar qalacaq. (Kıyamet Alametleri, səh. 137)
90) Əmanət əhli insanların azalması
Qiyamətə yaxın dövrdə əmanət əhli insanların azalacağı, insanların özlərinə əmanət kimi verilənlərə əl qoyub xərcləyəcəkləri də hədislərlə xəbər verilmişdir:
Qənimət müəyyən insanların idarəsində olduğu, əmanətin qənimət sayıldığı, zəkat ağır yük kimi qəbul edildiyi zaman… (Kıyamet Alametleri, səh. 114)
Əmanətin qənimət, zəkatın da (içindən çətinliklə çıxılacaq) bir borc kimi qəbul edilməsi… (Kıyamet Alametleri, səh. 139)
İnsanları, sözlərindən və vədlərindən dönmüş, əmanətləri ciddi qəbul etməyən vəziyyətdə gördüyün zaman… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 378, no. 690)
91) Zəkatın tərk edilməsi
Zəkat (ödəməyi ibadət hesab etməyib biyar və) cəza hesab etdikləri zaman. (Tirmizi, Fiten: 39, 2211)
O zaman, zəkat, cəza olaraq və xərac da, qənimət olaraq zorla alınacaq. (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
Kasıbların və ehtiyac içində olanların qorunub himayə edilməsi din əxlaqının tələblərindən biridir. Allah iman gətirənlərə, ehtiyac içində olanlara sədəqə verməyi, onların ehtiyaclarını ödəyib aradan qaldırmağı və onları qoruyub himayə etməyi əmr etmişdir. Din əxlaqının yaşandığı cəmiyyətlərdə, bu əxlaqın tələbi olan ictimai yardımlaşma yaşandığı üçün, kasıblıq problemi normal olaraq ortadan qalxar. Axırzamanda isə, insanların din əxlaqından uzaqlaşmalarının nəticələrindən biri olaraq, zəkat və sədəqə vermək demək olar ki, tamamilə ortadan qalxacaq.
92) Namaz ibadətinin tərk edilməsi
Hz. Hüzeyfənin dediyinə görə, Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur: “Ey Hüzeyfə! O gündə onlar riddə (dindən çıxmaq) üzrə olacaqlar… namaz da qılmayacaqlar”. (Ukayli, En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal)
Hz. Peyğəmbər (s.ə.v) buyurdu ki; “Qiyamət əlamətlərindən biri, namazın tərk edilməsidir… Məhz o zaman ey Səlman! Dinsizliyin ən pisi və günahların ən pisi meydana gələcək. İnsanlar namazı tərk edəcəklər və şəhvətlərinə uyacaqlar. Əgər siz onlara çatsanız, namazlarınızı vaxtında qılın”. (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
İnsanlar elə bir zamanla üz-üzə qalacaqlar ki, namaz tərk ediləcək, strukturlar uzanacaq, andiçmə və lənətləşmələr çox olacaq, rüşvət və zina mümkün qədər yayılacaq, axirətə qarşılıq dünya alınacaq… (Kıyamet Alametleri, səh. 157)
93) Yalançı şahidlik və iftiranın yayılması
Əsil şahidliyin gizlənməsi, yalançı şahidliyin və iftiranın isə yayılması mühüm qiyamət əlamətlərindən biridir. Əslində bu vəziyyət, insanların din əxlaqından uzaqlaşmalarının nəticəsidir. Din əxlaqı insanların şərtlər nə olursa olsun, dürüst olmalarını, öz əleyhlərinə belə olsa ədalətli davranmalarını tələb edir. Din əxlaqından uzaq, axirətdə sorğu-sual ediləcəyini dərk etməyən insanlar isə, mənfəətləri tələb etdiyi zaman, asanlıqla yalan söyləyə bilər, başqası barəsində yalançı şahidlik edə bilərlər. Belə insanların sayının çoxalması isə, hz. İsa (ə.s)-ın gəlməsindən əvvəlki dövrün xüsusiyyətlərindəndir:
Qiyamətdən dərhal əvvəl… yalançı şahidlik geniş yayılar, haqqa şahidlik isə gizlədilər. (Ramuz-El Ehadis, 1/121)
İftiranın geniş yayılması qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450)
94) Bələd olmayan insanlara məsuliyyət verilməsi
Məsuliyyətin bələd olmayan insanlara verilməsinin nəticələri də aşağıdakı hədisdə belə vurğulanır:
İş bələd olmayana verildikdə, artıq qiyaməti gözlə! (Zebidi, Tecridi Sarih, 12/201)
95) Üstünlüyün təqvada deyil, zənginlikdə axtarılması
Cəmiyyətdəki tək üstünlük meyarının zənginlik olması və insanlara zənginliklərinə görə hörmət göstərilməsi də qiyamət əlaməti kimi bildirilmişdir:
Zənginə etibar edilib özündən daha üstün insanlar onun üçün ayağa qalxdıqları və ona salam verdikləri zaman… qiyamət yaxınlaşmış deməkdir. (Ölüm Kıyamet ve Diriliş, səh. 480-481)
Qiyamət əlamətlərindən biri, … mal sahibinə (malından ötrü) təzim etməkdir (hörmət göstərməkdir). (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
96) İnsani münasibətlərin pozulması
İnsanlar arasındakı ictimai əlaqələrin pozulmasının da bir əlamət olduğu hədislərdəki təsvirlərdən aydın olur:
İnsanın yalnız tanışlarına salam verməsi… qiyamət əlamətlərindəndir. (Ramuz-El Ehadis, 121/4)
Qəlblər bir-birinə yadlaşmadan, sözlər bir-birindən ayrılmadan, ana-ata bir, bacı-qardaşlar fərqli dinlərdən olmadan qiyamət qopmaz. (Deylemi; Geleceğin Tarihi 1, səh. 32)
Salam xalqa deyil, xüsusi insanlara verilənə… qədər qiyamət qopmaz. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 470)
Qohumlarla əlaqələri kəsmək və pis qonşuluq qiyamət əlamətlərindəndir. (Ahmed b. Hanbel, Müsned, 11/90, Hadis no: 6872)
97) Heyvanlara insanlardan çox dəyər verən insanlar
Qiyamət yaxınlaşdıqda insan it balası bəsləyəcək. Bu işi ona, öz övladını böyütməkdən daha yaxşı gələcək. (Taberani, Hakim)
Heyvanları sevmək, Allahın onlarda yaratdığı gözəlliklərə qarşı heyranlıq və şəfqət duymaq, əlbəttə, gözəl xüsusiyyətdir. Lakin Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı hədisdə xəbər verdiyi hadisə, Axırzamanda insan sevgisinin unudulub yerini heyvan sevgisinin tutmasıdır. Əlbəttə, bu olduqca yanlış dünyagörüşüdür.
98) Ailəvi münasibətlərin pozulması
Ailə, qohum və qonşuluq münasibətlərinin pozulması, fərdlər arasındakı sosial və mənəvi dəyərlərin yox olması, bu dövrün başqa bir xüsusiyyətidir:
İnsanın anasına asi olması, atasına çətinlik törətməsi… (Tirmizi, Fiten: 38)
Qiyamətdən dərhal əvvəl… qohumlarla əlaqələr kəsilər. (Ramuz-El Ehadis, 448/7)
Qiyamət əlamətləri, bir-birlərinə çirkin sözlər söyləmək, qohumla əlaqəni kəsmək, etibarlı insanı xain saymaq, xainə güvənmək (dən ibarətdir)”. (Kıyamet Alametleri, səh. 136-137)
99) İnsanlar arasında sevgi və hörmətin azalması
Gənclərin əsəbi olmaları, uşaqlar ilə yetkinlər arasındakı sevgi və hörmət əlaqələrinin pozulması hədislərdə belə bildirilmişdir:
Böyüklər kiçiklərə mərhəmət etmədikləri, kiçiklər də böyüklərinə hörmət göstərmədikləri… uşaqlar hirsli olduqları zaman… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Böyüyə hörmət, kiçiyə mərhəmət yox olacaq. (Kıyamet Alametleri, səh. 140)
100) Ailə qurumunun zəifləməsi
Hədislər göstərir ki, ailə qurumundakı pozulma ilə əlaqədar boşanmaların və evlilikdən kənar uşaqların çoxalması Axırzaman cəmiyyətlərinin bir xüsusiyyətidir.
Boşanmaların çoxalması… qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 455)
Qiyamət yaxınlaşdıqda… qeyri-qanuni cinsi əlaqədən dünyaya gələn uşaqlar çoxalar. (Ramuz-El Ehadis, 33/7)
101) Dünya ehtirasının çoxalması
Materialist fəlsəfə və dünyagörüşlərinin təsiri ilə insanların axirəti unutmaları, dünyaya böyük ehtirasla bağlanmaları qiyamətdən əvvəlki dövrün bir xüsusiyyətidir:
İnsanlarda xəsislik və ehtiras çoxalacaq. (Müslim, İmare: 176)
Qiyamət yaxınlaşdı. Halbuki insanlar dünyaya qarşı təkcə ehtiraslarını artırırlar, Allahdan da uzaqlaşırlar. (Suyuti, Camiü’s-Sagir, 2/57)
102) Riyakarlıq və göstərişin hakim olması
…O gündə riyakarlıqdan utanılmayacaq və çəkinilməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 458, no. 835)
Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və göstərişdən utanılmayacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
103) Kobud söz və söyüşlərin yayılması
Axırzaman, bir-birlərinə kobud söz və söyüşlərlə xitab edən insanların sayca artacağı dövrdür. Bu vəziyyət hədislərdə belə bildirilmişdir:
Son zamanlarda törəyən, bir-birləriylə qarşılaşdıqları zaman salamları lənətləşmədən ibarət olan sərxoş və asi bir nəsil… (Ahmed bin Hanbel, Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 54)
Bu üç şeylə qarşılaşmayanadək ümmət gözəl bir yol üzərində olacaq: Xeyirxahlıq yox olmadıqca, əxlaqsız uşaqlar çoxalmadıqca, aralarında Əssəkkarun zahir olmadıqca… Dedilər: “Əssəkkarun nədir?” Cavab verdilər: “Axırzamanda gələcək bir nəsildir ki, aralarındakı salamları bir-birini söymək olacaq”. (Kıyamet Alametleri, səh. 141-142)
104) Saxtakarlıq və rüşvətin çoxalması
Axırzamanda tez-tez qarşılaşılan bir vəziyyət də ticarət həyatında saxtakarlıq və rüşvətin adi hal almasıdır:
Məndən sonra ümmətimdə fitrət dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz tutulacaq. (Deylemi; Geleceğin Tarihi 1, səh. 50)
Qiyamət yaxınlaşdıqda… ölçü və çəkilərdə hiyləyə əl atılacaq. (Ramuz-El Ehadis, 33/7)
Çəki və ölçülərdə hiyləyə əl atıldığı zaman. (Kıyamet Alametleri, səh. 139)
Rüşvət alınması… qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454)
105) Dedi-qodu və lağlağanın çoxalması
Bu dövrün başqa bir xüsusiyyəti də dedi-qodu və lağlağanın böyük rəğbətlə qarşılanmasıdır:
Qiyamət yaxınlaşdıqda… o dövrün ən etibarlı insanları yaltaqlıq edənlər olacaq. (Taberani, Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 111)
…Dedi-qodu, qeybət və lağ edənlərin çoxalması qiyamət əlamətlərindəndir. (Beyhaki, İbn-i Neccar; Son Zamanlarla İlgili Hadisler, səh. 107)
İnsanlar üzərinə elə bir zaman gələcək, insan bir qövmün içində oturacaq ki, özünü dilə tutacaqlar qorxusuyla qalxa bilməyəcək. (Deylemi; Geleceğin Tarihi 1, səh. 30)
Halbuki Allah, dedi-qodu və lağlağanın pis əxlaq xüsusiyyətləri olduğunu bildirmiş və iman gətirənlərə bunlardan çəkinmələrini əmr etmişdir. Ayələrdə belə buyurulur:
Ey iman gətirənlər, bir qövm (digər bir) qövmü lağa qoymasın, bəlkə özlərindən daha yaxşıdırlar; qadınlar da qadınları (lağa qoymasınlar), bəlkə özlərindən daha yaxşıdırlar. …bir-birinizin qeybətini etməyin! (dalınca danışmayaın). Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Məhz bundan iyrəndiniz. Allahdan qorxun çəkinin!… (Hucurat surəsi, 11-12)
106) Bəzi gənclərin din əxlaqından uzaqlaşması
Hz. Əli (r.ə) deyir: “Rəsulullah əleyhissalatu vəssalam (bir gün):” Gənclərinizin günaha düşdüyü, qadınlarınızın azdığı zaman halınız necə olar?” deyə soruşmuşdu. (Kütüb-ü Sitte, hadis no: 4752; Heysemi, Mecma’u’z-Zevaid’de qeyd etmişdir (7, 281))
Gənclərin din əxlaqından uzaqlaşmaları Axırzaman xüsusiyyətlərindəndir. Təlqinə və istiqamətləndirilməyə daha əlverişli olan gənclər, asanlıqla din əxlaqına uyğun olmayan cərəyanların təsiri altına girə bilir və ya olduqca degenerasiya olunmuş bir həyata yönələ bilirlər. Bunun təməlində həqiqi din əxlaqının insanlara lazımınca öyrədilməməsi yatır. Bəzi Qərb ölkələrində və ya uzun illər kommunist rejimlə idarə edilmiş ölkələrdə bu vəziyyət daha aydın görünür.
107) Əxlaqi tənəzzül
Yaşadığımız dövrdə cəmiyyətlərin ictimai strukturlarını təhdid edən çox böyük bir təhlükə var. Bu təhlükə insan bədənini ölümə aparan viruslara bənzər şəkildə hiyləgər bir fəaliyyət göstərərək cəmiyyətləri məhvə sürükləyir. Bu, bir insan cəmiyyətini ayaqda tutan əxlaqi dəyərlərin pozulmasıdır.
Axırzamanda əxlaqi tənəzzülün genişlənəcəyi Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən aydın olur. Fahişəliyin açıqca edilməsinin bir qiyamət əlaməti olduğunu Peyğəmbərimiz (s.ə.v) bir hədisdə belə ifadə etmişdir:
Fahişəlik açıqca edilmədən… qiyamət qopmaz. (Ramuz-El Ehadis, 91/7)
Dövrümüzdə də homoseksuallığın, fahişəlik ticarətinin, qeyri-qanuni cinsi əlaqənin, cinsi cinayətlərin, təcavüz hadisələrinin və cinsi xəstəliklərin çoxalması əxlaqi tənəzzüllün bəzi mühüm göstəriciləridir.
Bəhs olunan mövzular davamlı dünya ictimaiyyətinin gündəmindədir. Bəzi insanlar ətraflarında baş verənlərin, təhlükənin ölçülərindən xəbərsizdirlər və ya bu hadisələri ictimai həyatın bir parçası kimi qiymətləndirmə qəflətinə düşürlər. Lakin statistik göstəricilər təhlükənin ölçülərinin görünməmiş dərəcədə hər keçən gün böyüdüyünü göstərir.
Cinsi xəstəliyin yayılma dərəcəsi insanların önündəki problemlərin böyüklüyünü göz qabağına gətirən mühüm meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydlərinə görə, cinsi yolla yayılan xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini meydana gətirir; 1997-ci ilin hesabatları hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərirdi.(51) Bunlarla yanaşı, QİÇS böyük problem olma mövqeyini qoruyur. ÜST-nin 2000-ci il statistikası o dövrə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi həqiqətini göstərir.(52) Ümumdünya Səhiyyə Təşkilatının QİÇS ilə əlaqədar 2000-ci il hesabatındakı bu ifadələr mövzunu belə yekunlaşdırdı: “QİÇS sosial, iqtisadi və demoqrafik strukturlar üzərindəki dağıdıcı təsiriylə bənzərsizdir”.(53)
Düşündürücü hadisələr arasında homoseksuallığın yayılması da olduqca diqqətçəkəndir. Homoseksualların bəzi ölkələrdə rəsmi şəkildə evlənə bilməsi, evliliyin gətirmiş olduğu ictimai hüquqlardan istifadə edə bilmələri, dərnək və partiyalar qurmaları, dünya səviyyəsində təşkilatlanmaları, müqəddəs inanclara qarşı çıxmaları, dini dəyərlərə müharibə başlatmaları, Peyğəmbərimiz (s.ə.v)-in dövründən indiyədək keçən on dörd əsrlik müddət ərzində təkcə dövrümüzə məxsus hadisələrdir.
Axırzaman cəmiyyətlərindəki əxlaqi degenerasiyanı təsvir edən hədislərin yaşadığımız dövrdə tam mənasıyla ortaya çıxdığı aydın həqiqətdir. Bu da bizə bir daha, Allahın icazəsi ilə, hz. İsa (ə.s)-ın yenidən dünyaya gəlişinin olduqca yaxın olduğunu xatırladır.

