63) Qazancın azalması
Hər kəsin az qazancdan gileylənməsi… Zənginlərə pullarına görə hörmət göstərilməsi… (Kıyamet Alametleri, səh. 146)
Bazarın durğun olması, qazancların azalması… (Kıyamet Alametleri, səh. 148)
İşlərin kasad getməsi. Hər kəs; “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə gileylənəcək. (Kıyamet Alametleri, səh. 152)
İqtisadi çətinliklər bu gün bir çox ölkənin ən mühüm problemlərindən biridir. İnsanlar dolanışıqlarını təmin edəcək gəliri qazana bilmir, bəzən isə məhsullarını satacaq alıcı belə tapa bilmirlər. Yoxsulluq və gəlir bölgüsündəki bərabərsizliklə mübarizə aparmaq məcburiyyətində qalan bəzi ölkələrdə də bu vəziyyət, ictimai nizamı sarsıdır, qarğaşalığa səbəb olur. Argentinada iqtisadi tənəzzüldən ötrü yaşanan qarşıdurmalar bu vəziyyətin nümunələrindən biridir.
64) Milli sərvətin zənginlər arasında bölüşdürülməsi
“…On beş şeyi etməyə başladıqda ona böyük bəlanın gəlməsi vacib olar!” deyə buyurmuşdu. (Yanındakılar:) “Ey Allahın Rəsulu! Bunlar nələrdir?” deyə soruşdular. Əleyhissalatu vəssalam saydı: “Qənimət (yəni milli sərvət, fəqir-füqəraya çatmadan yalnız zəngin və mövqe sahibi insanlar arasında) dövr edən bir əmtəə halına gəlsə”. (Tirmizi, Fiten: 39, (2211))
Peyğəmbərimiz (s.ə.v)-in qiyamət əlaməti kimi xəbər verdiyi bu vəziyyət hazırda bütün dünya intensiv şəkildə yaşanır. Bu gün dünyanın ən zəngin insanları dünyadakı sərvətlərin böyük hissəsini nəzarətləri altında saxladıqları bir vaxtda, milyardlarla insan kasıblıq və aclıq içində yaşayır. Təkcə Afrika qitəsindəki milyonlarla insanın yaşadığı aclıq və səfalət bütün dünyanın gözləri qarşısında davam edir.
Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildə verdiyi açıqlamada, 2 milyard insanın gündə 2 dollar, 1 milyard insanın isə təxminən 1 dollarla dolanmaq məcburiyyətində qaldığını ifadə etdi. Təşkilatın mətbuat açıqlamasında, dünyanın ən yoxsul 20%-i ilə ən zəngin 20%-i arasındakı uçurumun, son 40 ildə iki qat dərinləşdiyi də vurğulandı.(38)
“Radikal” qəzetinin 23 sentyabr 2000-ci il tarixli sayında isə “Forbes” jurnalının ən zəngin 400 ABŞ-lı siyahısındakı insanların 1,2 trilyon dollara çatan sərvətlərinin, Türkiyənin milli gəlirinin altı mislinə bərabər olduğu açıqlandı. “ABŞ-ın ən zəngin insanı “ünvanını uzun müddət əlində saxlayan Microsoft şirkətinin başçısı Bill Qeytsin (Bill Gates) 63 milyard dollar olaraq təxmin edilən sərvətinin, 25 milyon əhalisi olan Perunun milli gəlirindən daha çox olduğu halda, Türkiyənin 200 milyard dollarlıq milli gəlirinin üçdə bir hissəsinə bərabər olduğu bildirildi. Xəbərdə ABŞ-ın ən zəngin dördüncü insanı Uorren Baffettin (Warren Buffet) 28 milyard dolları keçən fərdi sərvətinin, əhalisi 2 milyondan çox olan neft zəngini Küveytin milli gəlirini geridə qoyduğu halda, siyahıda 21-ci yerdə gələn Ted Törnerin (Ted Turner) 9,1 milyard dollarlıq sərvətinin 2,7 milyon əhalisi olan Panamanın milli gəlirinə bərabər böyüklükdə olduğu açıqlandı. Ortaya çıxan mənzərə, milli və beynəlxalq miqyasda yoxsulların nisbəti artdığı halda, zənginlərin getdikcə daha da zənginləşdiyini, ən zənginlər siyahısını təşkil edən 400 insanın ümumi sərvətinin bir ildə 20% artdığını göstərir.(39)
“Akşam” qəzetinin 2 fevral 2003-cü il tarixli sayında isə dünyadakı gəlir bölgüsündəki bərabərsizlik belə ifadə edilirdi:
Bəşəriyyətin ən əhəmiyyətli problemi: 2003-cü il Dünya İnkişaf Hesabatına görə, ölkələrarası gəlir bərabərsizliyi getdikcə daha da dərinləşir. Hesabat, dünya gündəmindəki ən mühüm inkişaf probleminin, gəliri gündə 2 dollardan aşağı olan üç milyard insana istehsala töhfə verə biləcəyi bir iş imkanı və olduqca yaxşı bir həyat keyfiyyəti təmin etmək olduğuna işarə edir. Bu gün dünya sülhünü təhdid edən faktorların başında qlobal yoxsulluq ilk cərgələrdə gəlir.
Dünyanın vəziyyəti: Bu gün ən zəngin 20 ölkədəki orta gəlir, dünyanın ən yoxsul 20 ölkəsindəki orta gəlirin 37 mislidir. Ən zənginlərin 20%-nin yaşadığı inkişaf etmiş ölkələr Dünya Ümumi Milli Məhsulunun 86%-ni, ixracat bazarlarının 82%-ni, bütün xarici investisiyaların 68%-ni, bütün telefon xətlərinin 74%-ni əllərində saxladıqları halda, bütün bu sahələrdə ən yoxsul 20%-in payı isə heç vaxt 1,5%-i keçmir.
Digər tərəfdən ən zəngin 20% ilə, ən yoxsul 10% arasında fərq 1960-cı ildə 30-a 1 olduğu halda, 1990-cı ildə 60-a 1, 1997-ci ildə 74-ə 1, 2000-ci ildə isə 79-a 1 olmuşdur. İfrat yoxsulluq içində yaşayanların, yəni gündəlik gəliri bir dollardan aşağı olanların sayı 1 milyard 200 milyonu keçmişdir.
Bu gün dünyadakı ən zəngin 3 insanın sərvətləri 600 milyon insanın yaşadığı ən yoxsul ölkələrin Ümumi Milli Məhsulundan artıqdır…
Dünyadakı təbii ehtiyatların 80%-i dünya əhalisinin 16%-i tərəfindən istehlak edildiyi halda, dünya əhalisinin beşdə bir hissəsi də təmiz su mənbələrindən belə məhrumdur. Təkcə ishaldan ölənlərin sayı ildə 50 milyonu ötür. İnkişafda olan ölkələrdə əhalinin böyük hissəsi çöllərdə yaşadığı halda, bu torpaqlardakı təbii ehtiyatların azalması nəticəsində bu ölkələr daha da yoxsulluğa gedir. O qədər ki, yoxsulluq həddindən aşağı yaşayan ölkələrdəki qadın və uşaqlar vaxtlarının 4-5 saatını yandırılası odun axtarmağa, 4-6 saatını isə su tapmaq və hərəkət üçün sərf edirlər”.(40)
Bu vəziyyət Peyğəmbərimiz (s.ə.v)-in hədislərində açıqca bildirdiyi kimi, bir Axırzaman əlamətidir. Rəbbimizin icazəsi ilə bu, hz. İsa (ə.s)-ın gəlişinin və hz. Mehdi (ə.s)-ın açıqca zühur etməsinin çox yaxın olduğunun və insanların bu yoxsulluq və çətinliklərdən xilas olacağı Qızıl əsrin bir müjdəçisidir. Qızıl əsrdə dünyanın içində olduğu bu vəziyyət tamamilə dəyişəcək. Çünki bu dövrdə Quran əxlaqı tam yaşanacaq. Həmçinin Allah Quranda insanlara belə əmr etmişdir:
…Belə ki, (bu mallar və sərvət) aranızdakı zənginlər arasında dövr edən var-dövlət olmasın. Rəsul sizə nə versə, artıq onu götürün, sizə nəyi qadağan etsə, artıq ondan çəkinin və Allahdan qorxun. Şübhəsiz ki, Allah, cəzası şiddətli olandır. (Həşr surəsi, 7)
65) Zəlzələlərin çoxalması
Şübhəsiz ki, tarix boyunca çox az təbiət hadisəsi zəlzələlər qədər insanlara təsir etmişdir. Hər an, hər yerdə baş verə bilən zəlzələlər əsrlər boyu çox sayda insanın ölümünə və astronomik ölçülərdə maddi zərərə səbəb olmuş, bu xüsusiyyətlərindən ötrü insanlar üçün qorxu mənbəyi olmuşdur. 20-ci və 21-ci əsrin texnologiya şəraiti belə zəlzələlərin vurduğu ziyanın təkcə müəyyən ölçülərdə qarşısını ala bilmişdir.
Texnologiyanın, özlərinə təbiətə hökm edə biləcəyi yanılmasına qapılan bəzi insanlara isə daha əvvəl ifadə etdiyimiz kimi, 1995-ci ilədki Kobe zəlzələsi mənalı dərs vermişdir. Xatırlandığı kimi, Yaponiyanın böyük sənaye və nəqliyyat mərkəzində yaşanan zəlzələ heç gözlənilməz bir zərərə gətirib çıxartmışdır. Bu zəlzələ yalnız 20 saniyə davam etməsinə baxmayaraq, “Time” jurnalında ifadə edildiyinə görə, 100 milyard dollar yaxın zərərə səbəb olmuşdur.(41)
Bütün bu hadisələr Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl söylədiyi bu sözləri ağla gətirir:
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq… (Ramuz-El Ehadis, 476/11)
Qiyamətdən əvvəl iki böyük hadisə var… və sonra da zəlzələli illər. (Ramuz-El Ehadis, 187/2)
Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz günlər yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər dağıdacaq… (Kıyamet Alametleri, səh. 146)
Anlaşmazlıqlar və tez-tez zəlzələlər baş verəcək… (Kıyamet Alametleri, səh. 166)
Son bir neçə il ərzində baş verən böyük və davamlı zəlzələlər, dünya ictimaiyyətinin gündəmində davamlı ilk cərgələrdə gəlir. ABŞ Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatlarına görə 1999-cu ildə, yer üzündə kiçik və ya böyük gücdə 20 832 zəlzələ baş vermişdir. Bu zəlzələlər nəticəsində rəsmi açıqlamalara görə təxminən 22 711 insan həyatını itirmişdir.(42)
Keçmişə baxdığımız zaman zəlzələ sayının çox az olduğunu görərik. ABŞ Geoloji Araşdırma Təşkilatının (USGS) hesabatlarına görə 1556-1975-ci illər arasındakı təxminən 400 ildə baş verən 5 bal və daha böyük gücdəki zəlzələlərin sayı cəmi 110-dur. Eyni təşkilatın açıqlmasına görə, 1980-2003-ci illər arasında təkcə 23 il müddətində baş verən 6,5 bal və daha böyük gücdəki zəlzələlərin sayı isə 1685-dir.(43) Şübhəsiz ki, bu göstəricilər hicri 1400-cü ilin əvvəlindən etibarən zəlzələlərin sayındakı artımı çox açıq şəkildə göstərir.
Quranda da zəlzələ ilə qiyamət arasındakı əlaqəyə işarə edən ayələr var. Quranın 99-cu surəsinin adı Zəlzələ (böyük sarsıntı, zəlzələ) surəsidir. Səkkiz ayədən ibarət olan bu surədə yerin şiddətli sarsıntısı təsvir edilir, bunun ardınca da qiyamət günü insanların dirildiləcəkləri və Allahın hüzurunda hesab verəcəkləri, etdikləri əməllər zərrə ölçüsündə belə olsa onların qarşılığını alacaqları bildirilir:
Yer, o şiddətli sarsıntı ilə sarsıldığı, Yer, ağırlıqlarını çölə atıb çıxartdığı, Və insan: “Buna nə olur?” dediyi zaman, O gün (yer) xəbərlərindən danışacaq.
Çünki sənin Rəbbin ona vəhy etmişdir.
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə atılıb çıxarlar.
Artıq kim zərrə qədər yaxşı iş görsə, onu görər. Artıq kim zərrə qədər şər (pislik) işləsə, onu görər. (Zəlzələ surəsi, 1-8)
66) Torpaq çökmələri (Qiyamət) əlamətlərinin ilki torpaq çökmələridir… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 518)
Bu ümmətin sonradan gələn nəsilləri öncədən gəlib keçənləri (müxtəlif ittihamlar və bəhanələrlə) təhqir etdiyi zaman artıq qırmızı küləkləri, yerə batmağı (həsfi) və ya surət dəyişdirməyi (məshi) və ya göydən daş yağmasını (kəzfi) gözləyin. (Tirmizi, Fiten: 39, səh. 2211; Kütüb-i Sitte, 14-cü cild, səh. 341)
Axırzamanda əyləncələrin və çəngilərin meydan aldığı və içkinin də mübah sayıldığı zaman yerə batma, daş yağma zühur edəcək və insan qılığından çıxma olacaq. (Ramuz El Ehadis, 2-ci cild, səh. 302/8)
67) Evlərin məzar olması
“İnsanlara ölüm gəlib evlər məzar olduğu zaman halın necə olar?” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 392, no. 726)
68) Külək və qasırğalar
Qiyamətdən əvvəl on əlamət görmədən O, qopmayacaq. Onuncusu, insanları dənizə atacaq qasırğadır…
Onuncusu insanları dənizə atacaq küləkdir… (Kıyamet Alametleri, səh. 288)
“Şəhərlərin yox olmasına” səbəb olan digər bir faktor da təbii fəlakətlərdir. Təbii fəlakətlərin yaşadığımız dövrdə həm say, həm də böyüklük etibarilə artdığı statistik həqiqətdir. Son on ildə baş verən iqlim dəyişikliklərinin səbəb olduğu fəlakətlər dönüş nöqtəsi kimi qəbul edilir. Amerika Milli İqlim Məlumat Mərkəzinin qeydlərinə görə 1998-ci ildə çox sayda iqlimlə əlaqədar fəlakət baş vermişdir.(44) Məsələn, müşahidəçilər, 1998 Mitch qasırğasının Mərkəzi Amerikanın tarixində baş verən ən pis fəlakətlərdən biri olduğunu müəyyənləşdiriblər.(45) 26 oktyabr 1998-ci il tarixində meydana gələn Mitç qasırğası Honduras və Nikaraquada 10 000-dən artıq insanın ölümünə səbəb olmuşdur.(46)
Ötən əsrin son illərində baş verən ən mühüm atmosfer hadisələrindən bir neçəsi belədir:
1987-ci ilin oktyabr ayında Cənub-Şərqi İngiltərə 1703-cü ildən bəri baş verən ən böyük fırtına ilə üzləşdi. Fırtınadan ötrü təxminən 15 milyon ağac devrildi və meşələrin böyük hissəsi yox oldu. Təkcə 16 insanın öldüyü fırtınada binalar böyük ziyan gördü, gəmilər sahilə sürükləndi.(47)
20 mart 1998-ci ildə Corciya ştatında baş verən tornadodan ötrü 12 insan ölmüşdür.
27 may 1997-ci ildə Texasda baş verən tornadodan ötrü ölən insan sayı 27-dir.
13 may 1996-cı ildə Banqladeşin qərbində baş verən fırtınalar nəticəsində təxminən 500-1000 ölüm halı yaşanmışdır. Eyni fırtınalar 30 000 insanın yaralanmasına və 100 000 insanın evsiz qalmasına səbəb olmuşdur.
1992-ci ildə Endryu qasırğasının vurduğu ziyan təkcə Meksika körfəzində təxminən yarım trilyon dollardır. Endryu qasırğası, Baham adalarında isə təxminən 250 milyon dollar ziyana səbəb olmuşdur. ABŞ-nın şərqində 2 milyona yaxın insan qasırğadan ötrü evlərindən evakuasiya olunmuşdur.(48)
2002-ci ilin avqust ayında Avropanın orta və şərq bölgələrində təsirli olan sellərdə ölənlərin sayı 114-ə çatmışdır. 21 sentyabr 2003-cü ildə Cənubi Koreyada, son 40 ildə baş verən ən şiddətli qasırğa nəticəsində isə 2 gündə təxminən 200 insan ölmüşdür.(49)
Son illərdəki qasırğa, fırtına, tufan və tornado kimi fəlakətlər də başda Amerika qitəsi olmaqla, dünyanın bir çox yerində dağıdıcı ziyana səbəb olmuşdur. Bunlarla yanaşı, sellər də bəzi yaşayış mərkəzlərinin su və palçıq altında qalmasına gətirib çıxartmışdır. Həmçinin zəlzələlər, vulkanlar və sunami dalğalarının törətdiyi böyük təxribatlar da unudulmamışdır. Nəticə etibarilə, bütün bu fəlakətlərin “böyük şəhərlərdə” səbəb olduğu dağıntılar mühüm işarə olmuşlar.
69) Şiddətli yağışın yağması
Ev və daxma qoymayan şiddətli yağış yağana qədər qiyamət qopmaz. (Kıyamet Almetleri, səh. 253)
Göydən şiddətli yağış yağıb daş binalar istisna olmaqla, bütün kərpic evlər dağılmadıqca qiyamət qopmaz. (Ahmed b. Hanbel, Müsned 13/291, Hadis no. 7554)
İnsanlara YAĞIŞIN BOLLUĞU, lakin məhsuldarlığın azlığıyla səciyyələnən aldadıcı illər gələcək. O dövrdə yalançı insan təsdiqlənəcək, DOĞRU İNSAN YALAN SAYILACAQ; XAİN İNSANA ETİBAR EDİLƏCƏK, ETİBARLI İNSAN XAİNLİKLƏ İTTİHAM EDİLƏCƏK… (İbn-i Mace: 4036)
İntensiv yağışlardan ötrü sel fəlakətlərinin çoxalması qiyamətdən əvvəl yaşanacaq Axırzamanın işarələrindən biridir. Ötən günlərdə dünyanın müxtəlif bölgələrindən gələn sel fəlakəti xəbərləri də yaşadığımız dövrün Axırzaman olduğunu təsdiqləyən xüsusiyyətdədir.
Peyğəmbərimiz (s.ə.v), bundan 1400 il əvvəl yaşadığımız Axırzamanda çoxalan yağışların ciddi fəlakətlərə səbəb olacağını hədislərində bildirmişdir:
Tarixin heç bir dövründə olmadığı qədər çox sayda fəlakət xəbərini hər gün televiziyalarda izləyir, qəzetlərdə oxuyuruq. Təbii fəlakətlərin son illərdə həm say, həm də böyüklük etibarilə artdığı statistik həqiqətdir. Yaşadığımız dövrdə yaşanan təbii fəlakətlər dünyanın bir çox ölkəsində milyonlarla insana təsir etmiş və hesablana bilməyəcək böyüklükdə maddi ziyana gətirib çıxartmışdır. Son illərdə sellərdən ötrü yaşanan itkiləri araşdırmalı olsaq, Axırzamanın mühüm əlamətlərindən birinin baş verməkdə olduğunu çox açıq şəkildə görə bilərik.
2008-ci ildə Hindistanda iyun-sentyabr ayları arasındakı yağışlardan ötrü yaranan sel fəlakətində mindən artıq insan öldü. Pakistanda son dövrlərdə şiddətli yağışların səbəb olduğu sellər nəticəsində 32 insan həyatını itirdi. Çində ötən ilin may ayında baş verən şiddətli zəlzələnin mərkəzi olan Vınçüen şəhəri, intensiv yağışların təsiri altında qaldı. Bəzi bölgələrdə ciddi sel fəlakəti və torpaq çökməsi baş verdi. Təxminən 1 milyon 880 min insanın həyatına təsir edən bu fəlakətlər nəticəsində 8 insan həyatını itirdi.
Çində ötən ay şiddətli yağışlardan ötrü baş verən sel fəlakəti nəticəsində 7 nəfər öldü, 22 nəfər isə yoxa çıxdı. Vyetnamın şimalındakı bölgələrdə bu ayın əvvəlində şiddətli yağışların səbəb olduğu sel və torpaq çökmələri nəticəsində 22 insan həyatını itirdi, 14 insan itkin düşdüyü bildirildi. Sel fəlakətləri bəzi Avropa ölkələrinə də təsir göstərdi. İngiltərənin şimal bölgəsində ötən ay və bu ay öz təsirini göstərən leysan yağış və su basqınları həyata mənfi təsir göstərdi. Çexiya Respublikasında da ötən ayın son həftəsində öz təsirini göstərən yağışların səbəb olduğu sellər nəticəsində 13 insan öldü. Şiddətli yağış, xüsusilə ölkənin cənub hissəsini öz təsiri altına aldı.
2000-ci ildə Mozambikdə 1 milyon insan sel ucbatından evsiz qaldı.
2002-ci ildə Hindistan, Nepal və Banqladeşdə mövsümi musson yağışlarının törətdiyi fəlakətlər nəticəsində təxminən 1000 insan öldü. Çində 2003-cü ildə baş verən şiddətli yay yağışları nəticəsində 2000 insan öldü, 300 min insan evsiz qaldı. 1991-ci ildə Banqladeşdə baş verən sel hadisələrindən sonra 120 000-dən artıq insan öldü, milyonlarla insan evsiz qaldı.
2007-ci ildə Asiyada sellərdən ötrü 216 insan öldü, 20 milyon insan evsiz qaldı. 2007-ci ildə Şimali Koreyada ifrat yağışların səbəb olduğu sel fəlakəti nəticəsində 214 insan öldü, 80 insan itkin düşdü.
2007-ci ildə Meksikada sel fəlakətindən ötrü evləri uçan 500 min insan evsiz qaldı.
Hz. Mehdi (ə.s)-ın zuhuru vaxtı cüt quyruqlu bir ulduz çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış olacaq. (12. İmam, Murtaza Lakha, R &K Tyrell mətbəəsi, Londra, 1993) CÜT QUYRUQLU ULDUZUN GÖRÜNMƏSİNDƏN 3 İL ƏVVƏL YAŞANACAQ QURAQLIQ VƏ BUNDAN SONRA YAŞANACAQ SEL HADİSƏLƏRİ:
“Lulin” quyruqlu ulduzu, 24 fevral 2009-cu ildə dünyaya ən yaxın məsafədən keçmişdir.
Eyni hədisdə bildirildiyi kimi, digər ulduzlardan fərqli olaraq iki quyruğa malikdir və parlaqlığı digər ulduzlardan 6 qat daha çoxdur.
Hədisdə deyildiyi kimi, ulduzun görünməsindən əvvəlki 3 il ərzində yağışlar dünyada olduqca azalmış və bir çox bölgədə quraqlıq yaşanmışdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneldə, “İqlim Dəyişikliyi 2007” hesabatına görə 2007-ci il və sonrasındakı bir neçə ildə, yağış yağmayan bölgələrin daha da quraqlaşacağı və buralarda aclıq və xəstəliklərin artacağı bildirilmişdir.
Eyni hədisdə bildirildiyi kimi, 2009-cu ilin mart ayında Dim su anbarının qapaqları ifrat dolma nəticəsində qırılmış və minlərlə insan evlərindən evakuasiya edilmək məcburiyyətində qalmışdır. Hazırda yaşanan sel fəlakətləri də bu yağış artımının nəticəsidir.
9 SENTYABR 1979-CU İLDƏ İSTANBULDA BÖYÜK SEL FƏLAKƏTİ YAŞANMIŞDIR.
Hz. Mehdi (ə.s)-ın hədislərdə bildirildiyinə görə, hicri 1400-cü il, yəni miladi 1979-cu ildəki zühuruna təsadüf edir.
“İnsanlar 1400-cü ildə hz. Mehdi ətrafında toplanacaqlar”. (Risaletül Huruc-ül Mehdi, səh. 108) 9 SENTYBAR 2009-CU İL – HAL-HAZIRDA YAŞANAN SEL FƏLAKƏTİ.
70) İldırımların çoxalması
Qiyamətin yaxınlaşdığı vaxtda, ildırımlar o qədər çoxalacaq ki, insanlar (bir-birlərinə belə) deyəcəklər: “Dünən kimi ildırım vurdu?” Onlar da (belə) cavab verəcəklər: “Dünən filankəsi və filan (kimsələri) ildırım vurdu”. (El-Hakim, Müstedrek, 4/444)
Evlərinizi zəlzələlər dağıdacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə döndərəcək. (Naim bin Hammad; Geleceğin Tarihi 4, səh. 69)
Hədislərdə ildırımların çoxalmasının da qiyamət əlamətlərindən biri olduğu xəbər verilmişdir. Tam da hədisdə ifadə edildiyi kimi, ildırım düşməsindən ötrü can və mal itkisinin çoxalması son illərdə tez-tez rast gəlinən vəziyyət olmuşdur. Bu itkilərdən çox vaxt xəbərlərdə bəhs edilir. 1998-ci ildə Konqoda futbol meydançasına düşən ildırım nəticəsində, meydançada futbol oynayan 11 futbolçunun ölümü bu nümunələrdən biridir. Bənzər şəkildə 2001-ci ildə Meksikada futbol meydançasına düşən ildırımdan ötrü də 6 insan həyatını itirmişdir. Bunlardan başqa ildırımların düşməsi bir çox insanın həyatını itirməsinə və heyvanların tələf olmasına səbəb olur.
71) Haqq dinin və Quran əxlaqının tərk edilməsi
İnsanlara bir zaman gələcək ki, Qurani Kərimin yalnız şəkli, İslamın yalnız adı qalacaq. Onlar İslamdan ən uzaq insanlar olduqları halda İslami adlarla adlanacaqlar, məscidləri görünüş cəhətdən abdalaşdırılmış olduğu halda, hidayət cəhətdən xarab olacaq. (Hakim, Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 27)
İnsanlara bir zaman gələcək ki, Qurani Kərim bir vadidə, insanlar başqa vadidə olacaqlar. (Hakim, Tirmizi; Son Zamanlarla İlgili Hadisler, səh. 25)
İnsanlar üzərinə elə bir zaman gələr ki, onların üzləri insan üzü, qəlbləri şeytan qəlbi olar. Qan tökərlər, çirkin hərəkətlərdən qaçmazlar. Əgər sən onlara tabe olsan, səni güdərlər. Əgər onlara güvənsən, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri arsız olar. Yaşlıları isə yaxşı əməllər işləməyi əmr etməz, pis əməllər işləməkdən çəkindirməz. (Hatib; Geleceğin Tarihi 1, səh. 23)
İnsanların… bidətçilərin (dindən olmayan şeyləri dindənmiş kimi göstərib qəbul etdirməyə çalışanlar) fikirlərini mənimsəyib bilmədən şirk qoşduqları, elmi dolanmaq üçün öyrəndikləri, dinlərini dünya nemətlərinə alət etdikləri bir dövr gələcək. (Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 68)
Qiyamət əlamətləri ilə əlaqədar hədislər bizə, bəhs edilən əlamətlərin baş verəcəyi dövrün təfsilatlı təsvirini təqdim edir. Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı sözlərindən aydın olur ki, Axırzamanın birinci mərhələsi din əxlaqının görünüşdə tətbiq edildiyi, lakin əslində Allahın əmr etdiyi Quran əxlaqının demək olar ki, tamamilə tərk edildiyi bir dövrdür. Bəzi insanlar tərəfindən açıq-aydın olan Quran ayələrinin görməzlikdən gəlindiyi, Allah adından hökmlər irəli sürüldüyü, dində ixtilafa düşüldüyü, ibadətlərin göstəriş məqsədiylə yerinə yetirildiyi, dinin mənfəət təmin etmək üçün, vasitə kimi işlədildiyi bir zamandır. İmanın təqlidə əsaslanması da bu dövrün xüsusiyyətidir. Bu dövrdə yalançı müsəlmanlar çoxluq təşkil edir, həqiqi alimlər və səmimi müsəlmanlar isə az olur. Allah Quranda, Peyğəmbərimiz (s.ə.v)-in axirət günü öz qövmünün; “Quranı tərk edilmiş (bir kitab) kimi qoyduğunu” (Furqan surəsi, 30) söyləyəcəyini bildirir. Hz. Məhəmməd (s.ə.v), yuxarıdakı hədislərində də Axırzamanda insanların, Quran əxlaqından uzaqlaşacaqlarını, özlərinə Qurandan başqa rəhbərlər tutacaqlarını bildirmişdir.
72) Quranın lazımınca düşünülməməsi
Peyğəmbərimiz (s.ə.v) Quranın oxunmasına baxmayaraq, malik olduğu məlumat və hikmət barəsində düşünülməməsinin, Axırzamanın bir xüsusiyyəti olduğunu belə bildirmişdir:
Peyğəmbər (s.ə.v) belə dedi: “Elm insanlardan alınacaq”. Ziyad belə dedi: “Ey Allahın Elçisi, biz Quranı oxuduq və oxuyuruq, qadınlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?” Peyğəmbər belə buyurdu: “Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdurmu? Onlar o qədər Tövrat və İncil oxudular, bəs onlarda bundan bir şey qaldı mı?” (Ölüm Kıyamet ve Diriliş, səh. 483)
Bundan sonra, bir hissəsi Quran oxuyan, lakin oxuduqları dillərində qalan qəlblərində inanmayan insanların törəyəcəyi bir zaman gələcək. (Taberani; Son Zamanlarla İlgili Hadisler, səh. 64)
73) Müsəlmanların qeyri-müsəlmanlara qibtə etməsi (Axırzamanda) Sizdən əvvəlki millətləri qarış-qarış, arşın-arşın izləyəcəksiniz, hətta onlar (yəhudi və xristianlar) kərtənkələ dəliyinə girsələr, siz də arxalarından girəcəksiniz. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
“Ümmətim, özündən əsrlər əvvəlki (adətləri) qarış-qarış və tək-tək qəbul etmədikcə qiyamət qopmaz”. Deyildi: “Ey Rəsulullah! Farslar və rumlar kimi?” Buyurdu: “İnsanlar arasında onlar kimi olanlar da”. (Muhtasar-ı Buhari, səh. 509, hadis no. 2216)
“Nəfsim qüdrət əlində olan zata and içirəm ki, siz də özünüzdən əvvəlki (yəhudi-xristian) millətlərin yoluna mütləq düşəcəksiniz”. (Tirmizi)
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, Axırzamanda müsəlman cəmiyyətlərin qeyri-müsəlman cəmiyyətlərə qibtə edəcəkləri, onlara bənzəməyə çalışacaqları bildirilmişdir. Bu hədisin, bəzi müsəlman cəmiyyətlər arasında din əxlaqına uyğun olmayan ideologiya və cərəyanların yayılmasına işarə etməsi mümkündür. Osmanlı imperiyasının süqutundan sonra, başda bəzi ərəb ölkələri olmaqla, İslam aləmində radikal millətçilik cərəyanlarının yayılması bu vəziyyətin nümunələrindən biridir. Radikal millətçilik, digər millətləri sanki düşmən kimi görən, öz millətinə olan sevgisini və bağlılığını (belə ki, əslində bu olduqca qanuni duyğudur) digər millətlərə zərər vermə həddinə gətirən və din əxlaqına uyğun olmayan bir cərəyandır. Təcavüzkar ideologiyadır. Halbuki Quran əxlaqı insanların bir-birlərinə, irqlərinə, soylarına və ya bəzi maddi imkanlarına görə deyil, imanına və Allah qorxusuna görə dəyər verməyi, sevgi bəsləməyi və hörmət göstərməyi tələb edir. İman gətirənlər, hansı irq və ya millətdən olmasından asılı olmayaraq, bir-birlərinin qardaşıdır və bu şüurla həmrəylik içində olmalıdırlar.
İslam aləminə daxil olan qərb qaynaqlı ideologiyalar radikal millətçiliklə məhdudlaşmır. 20-ci əsrin əvvəlində Qərbdə yaranan din əxlaqına uyğun olmayan başqa cərəyanlar da, İslam ölkələrindəki bəzi insanlar tərəfindən İslam aləminə daxil edilmiş, kifayət qədər savadlı olmayan bəzi müsəlmanlar kor-koranə bu cərəyanların yanlış fikirlərinə qapılmışlar. Bu vəziyyət İslam aləminin böyük hissəsində yarım əsrdən uzun müddətdir davam edən qeyri-sabitlik və qarğaşalığın da əsas səbəblərindən biridir. Allahın icazəsi ilə, hz. İsa (ə.s) ikinci dəfə dünyaya gəldiyi zaman bu mühit tamamilə dəyişəcək, bütün müsəlmanlar təkcə Quranı və sünnəni rəhbər tutacaq, həqiqi din əxlaqının tələbi olan dinclik, sabitlik və etibarı yaşayacaqlar.
74) Qurandan uzaqlaşdıran fitnələr
Ənam surəsinin 26-cı ayəsində insanları “Qurandan uzaqlaşdıranlara” diqqət çəkilir. Hədislərdən də azğın fikri cərəyanların, haqq və həqiqətdən uzaq sistemlərin qiyamətdən əvvəl, insanları Allahın yolundan azdıracaq böyük fitnələr törədəcəyi aydın olur.
Qiyamətdən dərhal əvvəl qaranlıq gecələr kimi fitnələr var. (Ramuz-El Ehadis, 121/5)
Qiyamətə yaxın qaranlıq gecələrin parçaları kimi qarışıqlıqlar olacaq. İnsan bu qarışıqlıqlar arasında səhər mömin, axşam kafir olacaq, axşam mömin, səhər kafir olacaq. (Kur’an ve Sünnette Kıyamet ve Ahiret, səh. 155)
75) İslam əxlaqından uzaqlaşdıran təbliğatlar
…”O dövrdə xalqı cəhənnəm qapılarına çağıracaq bəzi dəvətçilər (təbliğatçı təşviqatçılar) olacaq. Hər kim bu dəvətçilərin dəvətini qəbul etsə onu cəhənnəmə atacaqlar”. “Ey Rəsulullah, bu dəvətçilər zümrəsinin xüsusiyyətlərini bizə bəyan etsəniz”, “yaxşı edim, onlar bizim millətimizdən olub bizim dilimizlə danışan bir zümrədir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 382, no. 698)
Kor və kar (yəni insanları, doğrunu görməsində kor, haqqı eşitməsində kar edən) olan böyük bir fitnə, ulu bir bəla var. Fitnənin içində də xalqı cəhənnəm qapılarına doğru dəvət edən bəzi dəvətçilər (təbliğatçılar və təşviqatçılar) da var. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 380, no. 696)
Yaxın gələcəkdə kor, kar və dilsiz (yəni insanları kor) edib doğrunu göstərməyən, kar edib haqqı eşitdirməyən və dilsiz (edib) haqqı danışdırmayan bəzi qorxunc fitnələr olacaq… Fitnə həngaməsində dilin fitnəyə qarışması və təbliğat aparması qılınc zərbəsi kimi onun yayılmasını təmin edər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 390, no. 720)
Hədislərdə göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v) Axırzamanda dinsizlik və əxlaqsızlıq təbliğatını aparan insanlar olacağını xəbər vermişdir. Dövrümüzdə ölkələrin bir hissəsinin əxlaqi və ictimai vəziyyətində baxdığımız zaman, bu xəbərin gerçəkləşdiyini açıqca görərik. Xüsusilə təkmilləşən informasiya vasitələri ilə hazırkı dövrdə intensiv şəkildə həyata keçirilən bu təbliğat bir çox insanı din əxlaqından uzaqlaşdırmağı bacarır.
Həmçinin bəhs edilən fitnənin kar edib eşitməyə və görməyə mane olması bir çox ölkədə hakimiyyətdə olan təzyiqçi rejimləri də ağla gətirir. Bu rejimlər fikir və düşüncə azadlığını təzyiq altına alır, insanların düşüncələrini, inanclarını istədikləri kimi ifadə etmələrinə maneə törədir. Xüsusilə bəzi ərəb və Afrika ölkələrində, müsəlmanların düşüncələrini sərbəst şəkildə ifadə edə bilməmələri, inanclı olduqları üçün təzyiq altında saxlanılmaları bu vəziyyətin nümunələridir.
76) İkiüzlü və saxtakar din xadimləri
Axırzamanda alim kimi qəbul edilən bəzi insanların əslində ikiüzlü və saxtakar olduqlarını, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) belə xəbər vermişdir:
Axırzamanda canavar oxucular olacaq. Kim o zamana yetişsə, şərlərindən Allaha sığınsın. Onlar çox çirkli insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və göstərişdən utanılmayacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndiyi zaman… dini dünya nemətləri üçün satdıqları zaman… hökmü satdıqları zaman… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Axırzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. Bunlar yumşaq görünmək üçün, qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin qəlbləri canavar qəlbi kimi qatı olacaq. (Tirmizi, Zühd: 60)
“Məscidlərin içində fisqu-fücur əhlinin (Allaha üsyan edənlər, günah işləyənlər) səslərinin yüksəlməsi, dini yöndən qadağan olan şeyləri işləyənlərin, dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlər üzərində qələbə çalıb, onlara hökm etmələridir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450, no. 828)
Nəhayət bəzi cahil insanlar qalar ki, özlərinə (dini məsələlər) barədə sual verildikdə, onlar elmləri olmadığı halda, öz fikirləri ilə fətva verərlər ki, həm özləri azar, həm də xalqı azdırarlar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 463, no. 850)
Yazıq ümmətimə, pis üləmaya görə! Bunlar elmi ticarət vasitəsi edərlər. Zəmanələrinin əmirlərinə yaxınlaşmaq surətiylə özlərinə qazanc təmin edərlər. (Hatim; Geleceğin Tarihi 1, səh. 27)
İnsanlar üzərinə elə bir zaman gələr ki, onların hamısı Quran oxuyar, ibadətə edərlər və əhli-bidətlə də məşğul olarlar. Lakin bilmədikləri cəhətdən müşrik olarlar və oxumaları və elmləri əvəzində ruzi alarlar və dünyanı din qarşılığında yeyərlər. Məhz bunlar, kor dəccalın köməkçisi olacaqlar. (Deylemi; Geleceğin Tarihi 1, səh. 27)
İslam dininə lazımi hörmət və diqqəti göstərməyən, dini, öz mənfəətləri əsasında vasitə kimi işlətməkdən çəkinməyən bəzi insanların vəziyyəti də belə bildirilmişdir:
Ümmətimin son zamanlarında məscidlərini bəzəyib qəlblərini xarab buraxan, paltarını qoruduğu qədər dinini qorumayan, dünya işlərinin qaydasında getməsi naminə dinini vasitə etməkdən çəkinməyən bəzi insanlar törəyəcək. (Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 27)
77) Siyasət adamlarındakı degenerasiya
Axırzamanda, zalım əmirlər, fasiq nazirlər, xain qazılar, yalançı hocalar olacaq. Bunlara hər hansı biri yetişsə onların yanında müttəfiq olmasın, köməkçi olmasın, istiqamət verən olmasın… (Risalet-ül huruc-ül Mehdi, səh. 182)
Xəbəriniz olsun, bu mütləqdir ki, başlarınıza bəzi amirlər və dövlət başçıları gələcək ki, onlar, (dövlət xəzinəsindən yardıma ehtiyacı olan) sizə vermədiklərinin (haqları olmadığı halda) özlərinə verilməsini qanuniləşdirəcəklər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 380, no. 697)
Yaxında başınıza bəzi əmirlər gələcək. Ruzinizə əl qoyacaq, başınızı yalanlarla qatacaqlar. İş görəcəklər. Lakin gördükləri pis olacaq. Ən pis tərəfləri də budur ki, pis əməllərini gözəl görmədikcə və yalanlarını təsdiqləmədikcə sizdən razı olmayacaqlar… (Bagavi, Tabarani; Geleceğin Tarihi 1, səh. 43)
İslamın üsulları tək-tək pozulacaq və xalqı dəlalətə salan hökumət adamları çıxacaq… (Hakim; Geleceğin Tarihi 1, səh. 57)
Axırzamanın mühüm xüsusiyyətlərindən biri də qəddar, zalım və xalqını fəlakətlərə sürükləyən liderlərin rəhbərliyə gəlməsidir. 20-ci əsr bu cür lider və rəhbərlərin nümunələri ilə doludur. Din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyən bu insanlar, həm öz xalqlarına etdikləri zülm, həm də səbəb olduqları müharibə və qarşıdurmalardan ötrü digər cəmiyyətlərə gətirdikləri bəlalar ilə məşhurlaşıblar. Hədisdə də bu vəziyyətə diqqət çəkilir.
Çinin kommunist diktatoru Mao, təkcə özünə müxalif olduqları üçün minlərlə vətəndaşını qətlə yetirmiş, rəhbərliyi müddətində milyonlarla insanın ölümünə səbəb olmuşdur.
Mussolini, faşist ideologiyasının təsiriylə ölkəsini II Dünya müharibəsinə sürükləyərək xalqına böyük fəlakət gətirmişdir.
Mobutu, tarixə Afrika qitəsinin ən qəddat diktatorlarından biri kimi keçmişdir.
78) “Yaxşı əməlləri əmr etmək, pis əməlləri qadağan etmək” ibadətinin tərk edilməsi
Yaxşı əməllər tərk edilib əmr edilmədiyi, pis əməllər işlənib qadağan edilmədiyi zaman… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Qiyamət yaxınlaşar, xeyirxah əməllər azalar. (Kıyamet Alametleri, səh. 264)
Allah: “Aranızdan xeyrə çağıran, yaxşı əməllər işləməyi əmr edib pis əməllər işləməyi qadağan edən bir camaat çıxsın. Məhz bunlar nicata qovuşanlardır” (Ali İmran surəsi, 104), ayəsiylə insanlara yaxş əməllər işləməyi əmr edib, pis əməllər işləməyi qadağan etmə ibadətini fərz buyurmuşdur. Yaxşı əməllərin tövsiyə edilməsi və pis əməllərin qarşısının alınmasının Allahın mühüm bir əmri olduğu bilindiyi halda, edilməməsi də qiyamətin bir əlamətidir. Eyni zamanda qiyamətdən əvvəl baş verəcək böyük hadisələrin xəbərçisi olaraq, hz. İsa (ə.s)-ın gəlişinin yaxınlaşdığının da bir göstəricisidir.

