34) Böyük iqtisadi böhran yaşanması
Bazarların təkarübü qiyamət əlamətlərindəndir. Dedim: “bazarların təkarübü nə deməkdir?” Bunlardır: “Hər kəsin az qazancdan gileylənməsi…” (İbn Mərduveyh Əbu Hüreyrə (r.ə)-dən…) (Kıyamet Alametleri, Pamuk nəşriyyatı, səh. 146)
Nuaym ibn Hammad, İbni Məsuddan rəvayət edilən bir hədisdə, Hz. Mehdi (ə.s)-ın ortaya çıxmasının lap əvvəlini izah edildiyi dövr, “TİCARƏT və yolların KƏSİLDİYİ və fitnələrin çoxaldığı zaman” şəklində təsvir edilir. Hədisin davamında isə hz. Mehdi (ə.s) dövründə bu fitnələrin bitəcəyi xəbər verilir: “…Biz O (hz. Mehdi (ə.s.)) şəxsi axtarmaq üçün gəldik ki, FİTNƏLƏR ONUN ƏLİYLƏ BİTƏ BİLƏR. KONSTANTİNOPOL (İSTANBUL) ONUNLA FƏTH EDİLƏ BİLƏR (yəni hz. Mehdi (ə.s) mənəvi cəhətdən könülləri fəth edəcək, böyük mədəni elmi təsir yaradacaq). Biz onu adı ilə və anasının, atasının adıyla və ordusu ilə tanıyarıq… ” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 52) (Hz. Mehdi (ə.s)-ın zühurundan (ortaya çıxmasından) əvvəl) BAZAR DURĞUN OLACAQ, QAZANCLAR AZALACAQ. (Kıyamet Alametleri, səh. 148)
Hər kəs AZ QAZANCDAN GİLEYLƏNƏCƏK, zənginlər pullarına görə hörmət görəcək. (Kıyamet Alametleri, səh. 146)
Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman… (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 39-40)
2007-ci ildə başlayan və 2008-ci ildə bütün dünyanı təsiri altına alan böyük iqtisadi böhran, hədislərdə xəbər verildiyi kimi, hz. Mehdi (ə.s)-ın çıxış, dolayısilə hz. İsa (ə.s)-ın gəliş əlamətlərindəndir. 2014-cü ilə qədər davam etməsi gözlənilən bu böhran, təkcə ABŞ-ı deyil, bütün dünyaya dərindən təsir etmiş, hətta bəzi Avropa ölkələrinin belə iflas etməsinə səbəb olmuşdur.
35) Məhəlləarası döyüşlərin baş verməsi
Fərat və Dəclə çayı arasında bir şəhər salınacaq ki, orada Abbasilərin səltənətləri qurulacaq. Ora Zəvra (yəni Bağdad şəhəri) adlandırılıb… Ey möminlərin əmiri, Rəsuli-Əkrəm oranı nə üçün Zəvra adlandırmışdır? Çünki müharibə hər tərəfini əhatə etdiyi və ən kənar bölgələrə qədər yayıldığı üçün Zəvra adlandırılar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 426, no. 776)
“Mənim görməkdə olduğum həlak yerlərini siz də görə bilirsinizmi? Mən evlərinizin aralarında fitnə və fəlakət məhəllələrini, şiddətli yağış sellərinin açdığı yarğanlar kimi görürəm” deyə buyurdu. (Sahih-i Müslim, 4/2221; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 368, no. 671)
Partizan müharibəsi üsulu 20-ci əsrdə yayılmış bir müharibə üsuludur. Bu üsulun işlədildiyi qarşıdurmalar, həmişə məhəllə aralarında davam edər. Ötən əsr bu müharibə üsulunun nümunələriylə doludur. Lakin bu üsulun yaşandığı ən yaxın nümunələrdən biri 2003-cü ildəki İraq-ABŞ müharibəsidir. Necə ki, yuxarıdakı ilk hədisdə də Bağdad şəhərinin ən kənar bölgələrinə qədər çatan bir müharibədən bəhs edilmişdir. Müharibə vaxtı baş verən hadisələr və qəzetlərdə qeyd olunan xəbərlər hədislərdə verilən xəbərin gerçəkləşdiyini göstərir (doğrusunu Allah bilər).
36) 20-ci əsrin əvvəlində baş verən Ərəb-İsrail müharibələri
Müsəlmanlarla yəhudilər müharibə etmədikcə qiyamət qopmaz… (Müslim, Tirmizi)
Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı hədisində xəbər verdiyi kimi, 20-ci əsrin əvvəllərində müsəlmanlarla yəhudilər arasında bir sıra müharibələr baş vermişdir.
Birinci Dünya müharibəsi ilə birlikdə Osmanlı hakimiyyətindən çıxan Fələstin torpaqları, bu dövrdən sonra bir daha sülh və dincliyə qovuşa bilmədi. 1947-ci ildə İngiltərənin Fələstindən çəkilərək ölkənin gələcəyini Birləşmiş Millətlər Təşkilatına həvalə etməsindən sonra, ölkənin ərəblərlə-yəhudilər arasında yarıbayarı bölüşdürülməsini nəzərdə tutan BMT planı həyata keçirildi. 19 əsr aradan sonra dünyada ilk dəfə bir “yəhudi dövləti” yaradılmışdı.
1948-ci ildə iki tərəf arasında qanlı müharibə baş verdi. İsraillilər, “müstəqillik müharibəsi” adlandırdıqları mübarizədə qalib gəldilər və ərəblərə verilən torpaqların da bir hissəsini ələ keçirərək BMT-nin özlərinə verdiyindən daha da böyük ərazini ələ keçirdilər. Fələstin; İordan çayının qərb hissəsi (sonradan “İordan çayının qərb sahili” kimi adlanmağa başlandı) və Aralıq dənizi sahilindəki Qəzza şəhərinin ətrafındakı balaca sahə (sonradan “Qəzza zolağı” kimi adlanmağa başlandı) istisna olmaqla, tamamilə İsrailin hakimiyyəti altına daxil oldu.
Bundan təxminən 20 il sonra 1967-ci ilin iyununda İsrail böyük bir işğal həyata keçirdi. Misir, Suriya və İordaniya, aylardır İsrailə qarşı böyük hücum başlatmağa hazırlaşırdılar ki, İsrail ani bir əks-hücum ilə 5 iyunun səhəri müharibəni başlatdı. Bazalarından havalanıb əvvəlcə uzun müddət Aralıq dənizi üzərində Qərbə doğru uçan İsrailin reaktiv təyyarələri, daha sonra ani dönüşlə Misirə yönəldilər. İsraildən gələcək bir hava hücumunu şimaldan deyil, şərqdən gözləyən Misir “qəflətən” yaxalandı və Nasirin bütün hava qüvvələri hələ havalanmadan yerdə yox edildi. İsrail ordusu, sonrakı 5 gün ərzində də özünə hücum etmək üçün hazır vəziyyətdə gözləyən ərəb ordularını bir-birinin ardınca məğlubiyyətə uğratdı. Yəhudi dövləti, 6 gün ərzində torpaqlarını təxminən üç mislinə çıxartmışdı. İşğal etdiyi torpaqlara; İordan çayının qərb sahili və Qəzza, yəni Fələstinin 1948-ci ildəki işğalı vaxtı “əskik qalan” son iki hissəsi, Suriyaya məxsus Qolan təpələri və Misirə məxsus nəhəng Sina yarımadası daxil idi.
Həmçinin, İordan çayının qərb sahili ilə birlikdə Şərqi Qüds də yəhudi dövləti tərəfindən ələ keçirildi. Müqəddəs şəhər, 1948-ci il müharibəsindən sonra Şərq və Qərb olmaqla iki hissəyə bölünmüş vəziyyətdə idi. Qərbi Qüds, şəhərin müasir hissəsi olub İsrailin əlində idi. Antik dini məbədlərə sahib Şərqi Qüds, yəni müəyyən mənada “əsil Qüds” isə, ərəblərin tərəfində qalmışdı. İsrail, 1967-ci il müharibəsi ilə şəhərin bu şərq hissəsini də ələ keçirmiş, yəhudi xalqının simvoluna çevrilmiş “ağlama divarı”, 19 əsrdən sonra yenidən yəhudilərin hakimiyyəti altına keçmişdi.
Sovet silahları ilə ordusunu təhkim edən Nasir, 1968-ci ilin aprel ayında itirdiyi torpaqları Misirə qaytarmaq üçün, 1969-cu ilin martında altıgünlük müharibəyə son qoyan atəşkəsi qəbul etmədiyini açıqladı və aylarla davam edəcək aşağı səviyyəli “əldən salma müharibəsi”nə başladı. İsrailin hədəflərinə aylarla təşkil edilən kiçik miqyaslı hücumlar, təkcə Misirin kanal sahilindəki şəhərlərinin İsrail təyyarələri və ağır artilleriyaları tərəfindən bombalanması ilə sona çatdı. Misir, İsraillə yenidən atəşkəs imzalamaq məcburiyyətində qaldı.
1973-cü ilə qədər bu atəşkəs davam etdi. Yəhudilərin Yom-Küpür bayramı əsnasında, 1973-cü il 6 oktyabr günü, Misir və Suriya orduları ani hücum etdilər. Misir ordusu, kanalı keçib İsrailin rəhbərliyi altındakı Sina yarımadasına daxil olaraq, altıgünlük müharibədən sonra yaradılmış və “keçilməz” sayılan Bar-Lev xəttini keçməyə başladı. Suriya isə müvəffəqiyyətli bir əməliyyatla Qolan təpələrində ciddi irəliləyiş əldə etdi. İsraillilər, bir anda böyük şok yaşadılar. Əsgərlər, müqəddəs Yom-Küpürü qeyd etmək üçün toplandıqları sinaqoqlardan tələm-tələsik cəbhəyə yollandılar, İsrail radiosu isə Yom-Küpürdə ənənəvi olaraq qoruduğu səssizliyini pozaraq həyəcan siqnalı verdi.
Lakin Zahal (İsrail ordusu), böyük itkilər verərək də olsa, 9 oktyabr günü ərəblərin hərəkətini adi silahlarla dayandırdı. Bir müddət sonra isə, Suriya ordusu Qolanda dayandırıldı. Buna baxmayaraq, olduqca güclü və strateji mövqeyi daha üstün olan Misir ordusu ilə aparılan müharibə uzun müddət davam etdi. İki tərəf arasında Sina yarımadasında aparılan və çox qanlı keçən tank döyüşünü İsrailin lehinə döndərən ən böyük faktor isə, ümumi qəbula görə, müharibənin ikinci günündən etibarən Vaşinqtonun İsrailə külli miqdarda silah göndərməsiydi.
İsrail, 26 oktyabr günü faktiki cəhətdən bitən müharibə ilə birlikdə dərin nəfəs aldı. Ərəblər, geri aldıqları torpaqlardan yenidən çıxardılmış və “dənizə tökülmə” təhlükəsi sovuşdurulmuşdu. Lakin bu belə israillilər üçün kafi ola bilmədi. Ərəb ordularının bir neçə gün davam edən irəliləyişi belə böyük psixoloji şok yaratmışdı. Bununla yanaşı, 2 700 İsrail hərbçisi həyatını itirmişdi, 3 milyondan bir qədər artıq əhaliyə sahib bir ölkə üçün bu, çox böyük rəqəmdi.
Bu psixoloji şokdan sonra İsrail Sina yarımadasını geri qaytarmağı qəbul etdi və 1979-cu ildə Kemp Devid sülhü imzalandı.
37) Günahsız uşaqların öldürülməsi
…Məhəmməd ümmətindən günahsız bir uşaq öldürüldüyü zaman, göydən bir mələk; “haqq onda (hz. Mehdi (ə.s)-da) və onun yanında olandadır” deyə hayqırar. (Sabban İsafur Ragibin, səh. 154)
Axırzamanın mühüm əlamətlərindən biri də günahsız uşaqların öldürülməsidir. Bu vəziyyətin nümunələri xüsusilə son illərdə yaşanan müharibə və qarşıdurmalarda tez-tez görülür. Afrika ölkələrində yaşanan bəzi vətəndaş müharibələrində vuruşmalarda kiçik uşaqların döyüşməyə məcbur edilmələri və qəddarcasına qətlə yetirilmələri bu nümunələrdən biridir. Uşaqların sıx hədəf alındığı yerlərdən biri də Fələstin torpaqlarıdır. 2002-2003-cü illərdə Fələstində 500-dən artıq uşaq həyatını itirmişdir. İraq müharibəsi zamanı da doğum evləri vurulmuş, bir çox uşaq ölmüşdür.
38) Fitnələrin çoxalması
İnsanların həyat şərtlərinin çətinləşdiyi, Allahın və dinin müxtəlif şəkillərdə inkar edilərək insanların imanlarının zəiflədilməyə, yox edilməyə çalışıldığı şiddətli imtahan şəraitləri İslami mənbələrdə “fitnə” mühiti kimi xarakterizə olunar.
Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində Axırzamanda bəzi möminlərin imanlarının zəifləyəcəyi və buna səbəb olacaq hadisələr xəbər verilir:
Qiyamət yaxınlaşdığı zaman və möminlərin qəlbi; ölüm, aclıq, fitnələr, sünnələrin yox olması, bidətlərin ortaya çıxması, yaxşı əməlləri əmr edib pis əməlləri qadağan etmə imkanlarının itməsi kimi, səbəblərlə zəiflədiyi zaman, Allah mənim övladlarımdan hz. Mehdi (ə.s) ilə sünnəni canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin qəlbi fərəhlənər, əcəmlər (qeyri-ərəblər) və ərəb millətləri arasında ülfət və məhəbbət yerləşər. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 66)
Hədisdə bəhs edilən məlumatlara görə, əgər qısa şəkildə yekunlaşdırmalı olsaq, Axırzamanda, hz. Mehdi (ə.s) və dərhal sonra da hz. İsa (ə.s) gəlmədən əvvəl bu hadisələr baş verəcək:
1- Ölüm: Anarxiya və yayılmış qətliamlar nəticəsində xalqın can təhlükəsizliyinin qalmaması və bunun yaratdığı narahatlıq mühiti.
2- Aclıq: Həyat bahalılığından ötrü yaranan dolanışıq çətinliyi. Fəlakətlər və təbii fəlakətlər nəticəsində qıtlıqların, aclığın artması.
3- Fitnələr: Haramların kiçik-böyük hər kəsin arasında, mümkün qədər yayılması və təşviq görməsi. Hər cür əxlaqsızlığın insanların gözləri qarşısında edilməsi.
4- Bidətlərin ortaya çıxması: İslam dinində olmadığı halda sonradan ortaya çıxarılan adətlərin dinin əsaslarıymış kimi qəbul edilməsi.
5- Din əxlaqından bəhs etmə imkanlarının yox olması: Yaxşı əməllərin əmr edilməsi və pis əməllərə maneə törədilməsi, bir sözlə, təbliğ imkanının yox olması ilə yaranan mənəvi boşluq.
Fitnə mühitləri güclü imana sahib möminlər üçün imanlarının güclənməsinə, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olduğu halda, zəif və səthi imana sahib insanların imanlarını itirmələrinə və ya imanlarının daha da zəifləməsinə gətirib çıxardar. Hz. Mehdi (ə.s) belə bir fitnə mühitinin ən sıx və şiddətli şəkildə yaşandığı bir dövrdə ortaya çıxacaq.
Başqa hədislərdə və İslam alimlərinin açıqlamalarında da Axırzamanda hz. Mehdi (ə.s)-ın, hər yerə çatmış çox yayılmış bir fitnə olarkən ortaya çıxacağı bildirilir:
Hz. Mehdi (ə.s), fitnələrin zühur etdiyi bir zaman intervalında gələcək. (Mektubat-ı Rabbani, 2-258)
Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı mümkün olduğu qədər yayılacaq. Fitnələr çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 440)
39) Hər yerə çatan bir fitnə
Heç bir tərəfin ondan qoruna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir carçının səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq hz. Mehdi (ə.s)-dır” deməsinə qədər davam edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
Hədislərdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı ortaya atılan bir fitnə insanların imanlarını hədəf alacaq. Dövrümüzdə, Allahın varlığına və dinin yaşanmasına qarşı irəli sürülən ən irimiqyaslı fikri cərəyan materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq qəbul etdiyi guya elmi təməl isə “təkamül nəzəriyyəsi”dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmadığı, tamamilə ağıl və elmdən kənar olduğu halda, güclü təbliğat, aldatma və göz boyama üsullarıyla bu cəfəngiyat dünya səviyyəsində müəyyən materialist mərkəzlər tərəfindən kütlələrə təlqin edilməyə çalışılır.
Diqqətçəkən bir nöqtə daha var: Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirdiyi kimi, bir fitnənin dünyanın hər yerinə nüfuz etməsi və sürətlə yayılması, təkcə dövrümüzdəki texnologiya imkanlarıyla (mətbuat, nəşriyyat, internet, peyk rabitəsi…) reallaşa bilər. Keçmiş şərtlərdə, bir fitnənin dünya səviyyəsində qısa müddətdə bu qədər geniş sahəyə yayılması qeyri-mümkündür. Necə ki, bu günə qədər Allahın varlığına, yaradılışa və din əxlaqına qarşı mübarizə aparan dünya səviyyəsində geniş yayılmış başqa fitnə, hələ görünməmişdir. Bütün bunlar hz. Mehdi (ə.s)-ın çıxış zamanının və dolayısilə hz. İsa (ə.s)-ın təkrar yer üzünə qayıtmasının içində yaşadığımız dövrdə olacağına dair əhəmiyyətli işarələrdir (doğrusunu Allah bilər). Lakin bunu da xatırlatmalıyıq ki, hədislərdə hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-ın çıxışıyla bu fitnənin bitəcəyi də müjdələnilir.
40) Haramların halal sayılması
Bir fitnə görülər, bunu digər fitnələr izləyər… bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Hz. Hüzeyfənin dediyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Ey Hüzeyfə! O gündə onlar riddə (dindən çıxmaq) üzrə olacaqlar. Şərabın halal olduğunu zənn edəcək və namaz da qılmayacaqlar”. (Ukayli, En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal)
Dövrümüzdə fahişəlik, qumar, içki, rüşvət kimi bir çox hərəkət, haram olmalarına baxmayaraq, dünyanın bir çox ölkəsində getdikcə artan ölçüdə işlənir. Bəzi Qərbli qəzet və televiziyalarda bu haramları işləyənlər tez-tez təriflənir və təşviq edilir, hətta işləməyənlər tənqid edilir. Aparılan statistic hesablamalar isə bu mövzudakı sayın getdikcə artdığını göstərir. Getdikcə daha yayılan bu sərhəd tanımaz, halal-haramı görməzlikdən gələn, hər cür azğınlığı normal sayan həyat tərzi hədislərdə təsvir edilən mühiti çox açıq şəkildə əks etdirir. Mehdinin çıxış xəbərçisi olan bu qaranlıq mühit, eyni zamanda hz. İsa (ə.s)-ın gəlişinin də yaxınlaşdığına işarə edir. Bu mövzuyla əlaqədar digər bəzi hədislər və İslam alimlərinin açıqlamaları belədir:
Küfür hər yanı zəbt edib hökmünə cəmiyyət içində açıq şəkildə əməl olunmadıqca Mehdi zühur etməz. Bu vaxtda baş verən isə… küfrün zəbtidir. Onun gücüdür. (Mektubat-ı Rabbani, 2-259)
Hz. Mehdi (ə.s), bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
41) Allahın açıqca inkar edilməsi
Allah açıq-aydın inkar edilmədikcə qiyamət qopmaz. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 27)
42) Allahdan başqa ilahlar qəbul edilməsi
Lat-Uzzaya yenidən Allahdan başqa ilah qəbul edilərək sitayiş edilmədikcə qiyamət qopmaz… (Kıyamet Alametleri, səh. 281)
Ümmətimdən bir çox qəbilələr müşriklərə qoşulacaqlar, qiyamətdən əvvəl hamısı küfrə girəcəklər… (Kıyamet Alametleri, səh. 287)
Ümmətimdən bəzi insanlar bütlərə qayıdıb sitayiş edənə qədər qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 241)
Allahdan başqasını ilah qəbul etmək, şübhəsiz ki, çox böyük azğınlıq və günahdır. Bəzi insanlar, bütlərə tapınmaqdan bəhs edildiyi zaman, təkcə keçmiş cəmiyyətlərin etdiyi kimi taxtadan və ya daşdan yonulmuş heykəllərə sitayiş etməkdən bəhs edildiyini zənn edərlər. Halbuki bu yanılmadır. Şirk qoşan bir insan, yalnız insanların düzəltdiyi bütlərə sitayiş edən insan demək deyil. Allahın Quranda bildirdiyi kimi, şirk qoşmadan iman gətirmək; “dini yalnız Allaha məxsus edərək (yəni yalnız Allahın rizasını və rəhmətini umaraq) iman gətirmək” deməkdir. Axırzamanda isə, şirk qoşmadan, səmimi iman gətirən insanların sayı azalacaq, göstəriş üçün ibadət edən, Allahın haqq dinindən uzaqlaşaraq bəzi batil inanclar qəbul edən insanların sayı artacaq.
43) Materialist fəlsəfənin yayılmasına işarə
“Bismillah hərflərinin dəyəri itirildiyi zaman, Mehdi zühur edər”. (Risalet-ül huruc-ül Mehdi, səh. 29)
Hədisdə “bəsmələ” deyilərkən, insanların din əxlaqına olan aspekti və imani vəziyyətləri nəzərdə tutula bilər. Necə ki, insanların imanlarının zəiflədiyi bir dövrdə hz. Mehdi (ə.s) zühur edəcək və bu cərəyanları fikrən ortadan qaldıracaq. Bu cəhətdən düşünüldüyü zaman, hədisdə işlənən ifadə, materialist və darvinist fəlsəfənin insanlar üzərindəki təsirinin çox olacağına işarə ola bilər. Hz. İsa (ə.s)-dan əvvəl gələcək olan hz. Mehdi (ə.s)-ın vəzifələrindən biri, (bəlkə də ən önəmlisi) bu fəlsəfə və fikir cərəyanlarını yox edərək hz. İsa (ə.s)-a zəmin hazırlamasıdır.
44) Anarxiya və qarğaşalıq günləri
Qiyamətin tam yaxınlığında anarxiya və qarğaşalıq günlər var. (Suyuti, Cami’üs Sagir, 3/211)
Anarxiya və qarşıdurma, geridə qoyduğumuz əsrin ən nəzərəçarpan xüsusiyyətlərindən biridir. Vətəndaş müharibələri və qiyamlar minlərlə insanın həyatı bahasına gəlmiş, təhlükəsizlik və dinclik insanların ən böyük həsrətlərindən birinə çevrilmişdir. Bəzi Afrika ölkələrində heç cür bitməyən vətəndaş müharibələri, başda Cənubi Amerika olmaqla, bəzi ölkələrdə baş verən qiyamlar, Cənubi Asiyada yaşanan qarşıdurma və müharibələr, Yaxın və Orta Şərqdə yaşanan gərginliklər bu qarğaşalığın təkcə bilinən müəyyən nümunələridir.
Bununla yanaşı, xüsusilə son on ildə terror yayılmış, Amerikadan Asiyaya qədər uzanan geniş bir ərazidə, bir çox ölkə terrorist hücumlardan zərər çəkmişdir. Vətəndaş və günahsız insanları hədəf alan terror, insanların qorxulu yuxusuna çevrilir, anarxiya və qarğaşalıq insanlarda narahatlığa səbəb olur.
45) Sülhün aradan qalxması
Bütün qəlblərə fəsad düşdüyü üçün xalqın bir hissəsi digər hissəsiylə danışaraq sülh və ittifaq nümayiş etdirərlər. Lakin qəlblərində sülh və ittifaqa müxalif vəziyyət olduğu bir dövr gəlmədikcə qiyamət qopmaz. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 382, no. 701)
Yuxarıdakı hədis dövrümüzdə açıqca yaşanır. Xüsusilə İsrail-Fələstin arasında istənilən təşəbbüs və səyə baxmayaraq, heç cür baş tutmayan sülh, hədisin işarə etdiyi hadisələrdən biri ola bilər (doğrusunu Allah bilər). Həmçinin dövrümüzdə yer üzündə sülhün hakim olması üçün, döyüş və müharibələrin bitməsi üçün, dünyanın hər tərəfində sülh tərəfdarları tərəfindən nümayişlər keçirilir. Lakin bütün bu nümayişlər yalnız Orta və Yaxın Şərqdə deyil, dünyanın bir çox bölgəsində davam edən qarşıdurma, müharibə və qətliamların qarşısını ala bilmir.
46) Qiyamların olması
…(O əsnada) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar insanlar bir-birlərini öldürərlər. İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 482, no. 901; Kitabü’n-Nihaye, İbn-i Kesir, 1/131)
Daxili çəkişmələr və qiyamların çoxalması, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar verdiyi mühüm məlumatlardandır. 20-ci əsrin sonlarından etibarən başda Salvador, Nikaraqua kimi Mərkəzi və Cənubi Amerika ölkələri olmaqla, dünyanın hər tərəfində qiyamlar, çevrilişlər və əks-çevrilişlər yaşanmışdır. 1980-ci illərin əvvəlində Mərkəzi Amerikada, bir qrup idarəçi heyət ilə hərbi liderlər arasında baş verən mənfəət qarşıdurmaları, çöllərdə təşkilatlanan partizan hərəkatlarının da güclənməsiylə təxminən 22 milyon insanı təsiri altına alan böyük qarşıdurma və qarğaşalıq mühitinə çevrilmişdir. Həyata keçirilən qiyamlarla Nikaraquada Somoza höküməti devrilmiş, Honduras, Saldavor və Qvatemalada böyük qiyamlar yaşanmışdır. Bütün bu hadisələr əsnasında təkcə 1982-ci ildə, həmin bu bölgədə 15 min insan həyatını itirmişdir.(27)
47) İnsanların bir-birindən qaçması
“Ey Allahın Elçisi, Ahlas fitnəsi nədir?” “Qaçmaq (yəni insanlar arasındakı həddindən artıq düşmənçilikdən ötrü bir-birlərinə etibar edə bilmədikləri üçün bir-birlərindən qaçmaları) və insanların mallarının talan edilməsidir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 386, no. 714)
Hədisdə, insanların etibarsızlıq və qorxudan ötrü bir-birlərindən qaçmalarına diqqət çəkilir. Bununla, yurdlarından köç etmək məcburiyyətində qalan insanlara işarə edilməsi mümkündür. Həqiqətən də qarşıdurmalardan ötrü evlərini tərk edən, müharibələr ucbatından torpaqlarından çıxardılan insanların sayı 20-ci əsrin əvvəllərindən etibarən böyük artım göstərmişdir.
Xüsusilə son 20-30 ildə bu artım diqqətçəkən göstəriciyə çatmışdır. 2001-ci ildən etibarən təxminən dünyadakı 23 milyon olan mühacir sayı, 2002-ci ildə demək olar ki, 30 milyona çatmışdır.(28)
48) Dünyanı qarışıqlıq və qarğaşalıqların bürüməsi
Dünya hərc-mərclik içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi və böyüyə təmkinli davranılmadığı zaman Allah, bu vaxt onlardan ədavəti (düşmənçiliyi) yox edərək dəlalət (iman və İslamiyyətdən ayrılmaq, azğınlıq) qalalarını fəth edəcək və əvvəlcə mənim ayaqda tutduğum kimi, Axırzamanda dini ayaqda tutacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (hz. Mehdi (ə.s)) göndərəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Məndən sonra fitnələr olacaq. Orada terror və müharibələr var. Sonra onlardan daha şiddətli fitnələr olacaq. Nə vaxt (fitnələrin) bitdi deyilsə, yeni bir qiyam olacaq. Ta ki, mənim nəslimdən bir şəxs (hz. Mehdi (ə.s)) çıxana qədər fitnənin daxil olmadığı bir ərəb evi və çatmadığı bir müsəlman qalmayacaq”. (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si, Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, səh. 147)
49) Böyük hadisələrin və heyrətləndirici şeylərin meydana gəlməsi
Onun dövründə neçə-neçə heyrətamiz hallar zühur edəcək (meydana gələcək). (Mektubat-ı Rabbani, 2/258)
Onun dövründə böyük hadisələr baş verəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)
“…Zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət, insanlara, bu əlimin, başına olan yaxınlığından daha yaxındır” deyə buyurdu. (Ebu Davud, Cihad: 37, (2535))
Onun zühur məbdələri (çıxışının başlanğıcı) və müqəddimələri (çıxış əlamətləri) Rəsulullah (s.ə.v)-in irhasatına bənzəyər. (Mektubat-ı Rabbani, 2/258)
Hz. Məhəmməd (s.ə.v)-in doğumundan əvvəl böyük və fövqəladə hadisələr baş vermişdi. Doğulduğu gecə yeni bir ulduz çıxmış, oda sitayiş edən İran padşahlarının sarayının 14 bürcü dağılmış, İranda 1000 ildir ki, yanmaqda olan atəşpərəst odu sönmüş, Səmavi vadisi sel suları altında qalmış, Savə gölü qurumuşdu…
Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, hz. Mehdi (ə.s)-ın ortaya çıxışı da, Peyğəmbərimiz (s.ə.v)-nin çıxışına bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq. Son 100 ildir ki, dünyada baş verən böyük hadisələrin bəziləri belədir:
– Kəbə basıldı və çox sayda müsəlmanın qanı axıdıldı.
– 2500 illik İran şahlığı süqut etdi və İran Şahı Rza Pəhləvi öldü.
– Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20 000 insanın ölümünə səbəb oldu.
– İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.
– Ruslar, Əfqanistanı işğal etdi.
– Mexiko şəhəri şiddətli zəlzələ nəticəsində yerlə-yeksan oldu.
– Şimali Kolumbiyadakı Ruis vulkanı 400 ildir ki, ilk dəfə partladı. Əriyən qar və buzun yaratdığı palçıq ucbatından Armero şəhəri xəritədən silindi. 20 000 insan öldü.
– Banqladeşdəki sel 25 000 insanın ölümünə səbəb oldu.
– Xristianlığın mərkəzi Romanı su basdı.
– 1986-cı ildə Çində tarixinin ən böyük meşə yanğını baş verdi.
– Hindistan prezidenti Qandi, Misirin dövlət başçısı Ənvər Sədat, İsveçin Baş naziri Ulof Palme (Olof Palme) öldürüldü.
– Papa II İohann Pavel vuruldu.
– 1980-ci ilin əvvəllərində ilk QİÇS faktları aşkar edildi. Bu ana qədər on minlərlə insanın ölümünə səbəb olan bu xəstəlik “Əsrin vəbası” adlandırıldı.
– 1986-cı ildə kosmik gəmi Çellencer buraxıldıqdan sonra partladı.
– 26 aprel 1986-cı ildə Ukraynadakı Çernobıl AES-ində indiyə qədər görülən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.
– Ozon təbəqəsinin dəlinməsi Dünya iqliminə çox mənfi təsir göstərdi.
– Sovet İttifaqı süqut etdi və Qorbaçovla birlikdə Müstəqil Dövlətlər Birliyi yarandı.
– İraqın Küveyti ilhaq etməsindən sonra illərlə davam edəcək fars körfəzi müharibəsi başlandı.
– Ermənistandakı zəlzələ nəticəsində şəhər xarabalığa çevrildi. 500 000 insan evini tərk etdiyi halda, ölülərin sayı 40 000-i keçdi.
– 1989-cu ildə Çində kommunist dəstələr tanklarla tələbələrin üstünə yeridi, Tyanamen (Tiananmen) meydanında 2000 tələbə öldü.
– Soyuq müharibənin simvolu olan Berlin divarı inşasından tam 28 il sonra uçdu.
– 1990-cı ildə Kəbədəki tuneldəki izdihamda 1400-dən artıq hacı həyatını itirdi.
– 1991-ci ildə Banqladeşdə baş verən sel hadisələrindən sonra təxminən 139 000 insan öldü, on milyonlarla insan evsiz qaldı.
– Son 20 ildir ki, Amerikada fırtınalar, qasırğalar, tornadolar və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və zərər hər dəfə milyard dollarlarla ölçüldü.
– Bosniya və Kosovadakı qətliamlra nəticəsində yüz minlərlə müsəlman öldürüldü və yüz minlərləsi də yurdlarından sürgün edildi.
– Ebola virusu on minlərlə insanın ölümünə səbəb oldu.
– El-Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.
– 19 oktyabr 1987-ci ildə London Birjası çökdü. Yaşanan böyük təşviş nəticəsində 50 milyard sterlinqlik dəyər itkisi yaşandı.
– 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki federal binaya edilən bombalı hücum nəticəsində 168 insan öldü.
– 22 mart 1997-ci ildə Hale-Bopp quyruqlu ulduzu, saatda 160 km. sürətlə Yerin 195 milyon km. yaxınlığından keçdi. Çılpaq gözlə seyr edilə bilən Hale-Boppun keçişi, bütün dünyada milyonlarla insan tərəfindən böyük maraqla qarşılandı.
– 10 may 1997-ci ildə İrandakı 7.1 bal şiddətindəki zəlzələ nəticəsində 1500 insan öldü.
– 4 fevral 1998-ci ildə Əfqanistandakı 6.1 bal şiddətindəki zəlzələ nəticəsində 5 min insan həyatını itirdi.
– 25 yanvar 1999-cu ildə Kolumbiyadakı 6 bal şiddətindəki zəlzələ nəticəsində 1171 insan həyatını itirdi.
– 21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 bal şiddətindəki zəlzələ nəticəsində 2100-dən artıq insan həyatını itirdi.
– 11 sentyabr 2001-ci ildə ABŞ-da, tarixin ən böyük terror hücumu təşkil edildi: İki sərnişin təyyarəsi, səhər iş rejiminin başladığı saatlarda 18 dəqiqə fasilə ilə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi iki göydələni vurdu. Ardınca digər bir təyyarə Pentaqona düşdü. Hücumda beş mindən çox insan öldü.
– Hindistanda şiddəti 7.9 bal olan bir zəlzələ baş verdi və minlərlə insan həyatını itirdi.
– Avropada yaşanan həddindən artıq istilər 10 minlərlə insanın ölümünə səbəb oldu.
– 60 000 ildən bir baş verən bir hadisə meydana gəldi və Mars planeti Yerə ən yaxın mövqeyi aldı.
– 2003-cü il noyabr ayında dünyanın ən quraq bölgələrindən olan Məkkədə baş verən sel fəlakəti nəticəsində 12 insan həyatını itirdi.

