Hz. İsa (ə.s)-ın yer üzünə gəliş əlamətləri-1

Şübhəsiz ki, hz. İsa əleyhissalam, yer üzünə enəcək. Əlbəttə ki, onun zühuruna yaxın, əlamətlər və fitnələr olacaq…” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”; Beklenen Mehdi, 3-cü nəşr, səh. 151)

Yuxarıdakı hədisdə göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v) Axırzamanda hz. İsa (ə.s)-ın yer üzünə qayıtmasından əvvəl müxtəlif əlamətlərin görüləcəyini xəbər vermişdir. Bu hissədə bu xəbər əsasında, hz. İsa (ə.s)-ın yer üzünə ikinci gəlişinin yaxınlaşdığını müjdələyən əlamətlərə yer verəcəyik. Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi, Axırzaman və qiyamət əlamətləri, hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri, Dəccalın fitnəsinin yaxınlaşdığını göstərən əlamətlər, hz. İsa (ə.s)-ın gəlişinin də xəbərçisidir. Quranda, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və İslam alimlərinin kitablarında yer verilən izahlar bu mövzulardakı əsas mənbələrdir. Bunlarla yanaşı, İncil açıqlamalarından Axırzaman və hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi mövzusunda Quran və Peyğəmbərimiz (s.ə.v)-in sözləri ilə uyğun olanları da bizə əhəmiyyətli məlumatlar verir.

Lakin bütün bunlara baxmayaraq, bəzi insanlar bu xəbərlərin dövrümüzə işarə etdiyi mövzusunda bəzi şübhələrə qapıla bilərlər. Bu xüsusda xatırlatmaq lazımdır ki, irəliləyən səhifələrdə bəhs ediləcək əlamətlər heç bir şübhəyə yer verməyəcək qədər açıq və aydındır. Lakin ən əhəmiyyətlisi bu xəbərlərin hamısının dövrümüzdə bir-birinin ardınca gerçəkləşdiyi və hələ də gerçəkləşməsidir. Əlbəttə ki, bu işarələrin bir hissəsi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində, müəyyən nisbətdə görülmüş ola bilər. Belə bir vəziyyət həmin dövrün Axırzaman olduğunu, hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın gəlişinin çox yaxın olduğunu göstərməz. Çünki bir dövrün Allahın müjdələdiyi son dövr kimi xarakterizə edilməsi üçün təfsilatlı şəkildə izah edəcəyimiz bütün əlamətlər eyni dövrdə, bir-birinin ardınca gerçəkləşməlidir. Bu vəziyyət hədislərdə belə ifadə edilib:

“Qiyamət əlamətləri bir-birinin ardınca gerçəkləşər. Bir sıradakı muncuqların bir-birinin ardınca qopması kimi”. (Ramuz-El Ehadis, 277/6; Suyuti, Camiü’s-Sagir, 3/167)

Ümmət bunları etdiyi zaman, əlamətlər bir-birini, toru qopardılıb qaçan balıqların bir-birini qovaladığı kimi qovalayar. (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 478)

Hədislər olduqca aydındır. Axırzaman əlamətləri bir-birinin ardınca eyni dövrdə gerçəkləşəcək. Burada bu xüsusa toxunmaqda fayda var: İrəliləyən səhifələrdə yer verəcəyimiz hadisələrdən bəziləri, dövrümüz üçün adi hadisələr kimi qarşılana bilər. Bəziləri burada bəhs edilən əlamətlərin, yaşadığımız dövrün şərtlərinin gərəyi olaraq, təbii olaraq meydana gəldiyini irəli sürə bilərlər. Əlbəttə ki, bu hadisələrin bir hissəsi dövrümüzdə müxtəlif təsirlərlə təbii olaraq meydana gəlir. Lakin bütün bunların 1400 il əvvəl əskiksiz şəkildə tam bu günün ictimai nizamını tərif edəcək şəkildə təsvir edilmiş olması və bir qədər əvvəl də ifadə etdiyimiz kimi eyni dövrdə, bir-birinin ardınca gerçəkləməsi olduqca mühüm məsələdir. Bu vəziyyət, 14 əsr əvvəl Axırzamanda yaranacaq mühiti təfsilatlı təsvir edərkən Peyğəmbərimiz (s.ə.v)-in bu dövrə diqqət çəkdiyini başa düşməyimiz üçün qəti dəlildir.

Yuxarıdakı məlumatlar əsasında istər İslami mənbələri, istərsə də İncilin açıqlamalarını araşdırdığımız zaman, heyrətamiz bir nəticə ilə qarşılaşırıq. Axırzamana dair işarələr yer üzünün demək olar ki, hər küncündə, bir-birinin ardınca və tam mənasıyla ifadə edildiyi şəkildə, yaşadığımız dövrdə yaşanır. Axırzamanla bağlı xəbərlər sanki zamanımızın əskiksiz bir portretini çəkir. Əlbəttə ki, bu, dərin düşünülməsi lazım olan olduqca möcüzəvi bir hadisədir.