Axırzaman, çox böyük hadisələrin və tarixi proseslərin yaşanacağı bir dövrdür. Bu dəyişmələrə vəsilə olacaq şəxslər də çox müqəddəs və mübarək insanlardır. Axırzamanın bu mübarək şəxslərindən biri olan hz. İsa, bundan təxminən 2000 il əvvəl Rəbbimizin Qatına yüksəldilmişdir və Allahın təqdir etdiyi vaxt gəldiyində də yenidən dünyaya dönəcək. Quran ayələrində və hədislərdə xəbər verilən məlumatlar, hz. İsanın yer üzünə ikinci dəfə gəlişinin Axırzamanda olacağına işarə edir.
Hz. İsa (bəzi insanların heç bir məlumat və dəlilə söykəmədən onun gəlməyəcəyini qarşıya qoyduqları bir dövrdə), Allahın icazəsiylə, ikinci dəfə yer üzünə gələcək və haqq din olan İslamı təbliğ edəcək.

