Hz. İsa (ə.s)-ı ən gözəl şəkildə qarşılamaq

Kitabın bura qədər olan hissələrində hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişini həm Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-ın hədisi şərifləri, həm də İncildən müxtəlif izahlarla təfərrüatlı olaraq açıqladıq. Quran ayələrində hz. İsa (ə.s)-ın Allah Qatına alınması xəbər verilir və yer üzünə ikinci dəfə gəlişi müxtəlif əlamətlərlə bizlərə bildirilir. Peyğəmbərimiz (s.ə.v)-in də “…Vallah şübhəsiz Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək…” (Səhihi Müslim, Bi şərhin-Nevevi, 2-ci cild, səh . 192. Kitabul-İman, Babı Nuzuli İsa İbni Məryəm, Kenzul Ummal, 14/332) kimi bir çox hədisində hz. İsa (ə.s)-ın gəldiyində edəcəkləri və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilir. Bu izahlar heç bir şübhəyə yer verməyəcək qədər açıq, təfərrüatlı və hal-hazırda yaşadığımız dövrdə yaşanan inkişaflarla uyğundur. Necə ki, əsrlər boyu İslam alimləri də əsərlərində hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi ilə əlaqədar çox əhəmiyyətli açıqlamalar etmiş, Axırzamanda necə bir mühit meydana gələcəyini insanlara bildirmişlər. İncildə də hz. İsa (ə.s)-ın yer üzünə gəlişinə dair çox açıq izahlar var. Məsələn, “… Sizdən göyə alınan bu İsa, göyə getdiyini necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir.” (Həvarilərin İşləri, 1: 11) şəklində xəbər verilir.

Allahın iman edənlərə hidayət rəhbəri olaraq göndərdiyi bu üç İlahi kitabın Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi mövzusunda bu qədər uyğun olmaları çox diqqət çəkicidir. (Tövrat və İncil vəhy edilmələrinin ardından təhrif edilmiş olmaqla birlikdə, içlərində Quran ayələri ilə uyğun bir çox izah var. Bu izahların ilk vəhy edildikləri dövrdən qalma izahlar olmaları olabiləcəkdir (doğrusunu Allah bilər). Kitab boyunca təfərrüatlı olaraq araşdırdığımız bütün bu dəlillər və dünya üzərindəki yaşanan inkişaflar diqqətlə bir yerə gətirildikdə hz. İsa (ə.s)-ın gəlişinə ən çox 15-20 il qaldığı, bəlkə də hz. İsa (ə.s)-ın gəlmiş ola biləcəyi ortaya çıxır. Bu yer üzündəki bütün insanlar üçün çox böyük müjdədir, sevinc və şövq qaynağıdır. Hz. İsa (ə.s) üçün şövqlə, həyəcanla və coşğuyla hazırlıq etmənin əhəmiyyəti Hz. İsa (ə.s), Allahın, doğumundan etibarən möcüzəvi bir həyatla nemət verildiyi və peyğəmbərlik mövqeyi ilə şərəfləndirdiyi müqəddəs elçisidir. Allah bu mübarək peyğəmbərin, “dünyada və axirətdə “seçkin, şərəfli, hörmətlidir” və (Allaha) yaxın olanlardan” (Ali İmran surəsi, 45) olduğunu bildirərək onu cənnətlə müjdələmişdir . Məhz bu səbəblə də yer üzünə ikinci dəfə gələcək olan bu mübarək peyğəmbəri, bütün insanların ən gözəl şəkildə qarşılaması lazımdır. İmkanları məhdud olan bir adam belə, evinə qonaq gələcəyi zaman, bir neçə gün əvvəldən hazırlıq edər, bu qonağı ən təmiz və ən gözəl şəkildə qarşılamağa, ikramda qüsur etməməyə diqqət göstərər. Halbuki hz. İsa (ə.s) bütün dünya insanları üçün, heç bir qonaqla müqayisə edilməyəcək qədər üstün xüsusiyyətlərə sahib, çox dəyərli qonaqdır. O səbəblə də bütün insanların yaxın zamanda yer üzünü şərəfləndirəcək olan bu Ulul Əzm peyğəmbəri ən gözəl şəkildə qarşılaması lazımdır.

Hz. İsa (ə.s)-ın gəlişi bütün insanlar üçün çox böyük bir nemət, Allahdan çox böyük bir lütfdür. Bu dəyərli peyğəmbərlə qarşılaşmaq Rəbbimizdən çox böyük nemətdir. Hz. İsa (ə.s) gəldiyində günahsız, tərtəmiz və nurlu üzü ilə, hikmətli, ağıllı və məqsədəuyğun danışıqlarıyla dərhal diqqəti çəkəcək, dünya üzərindəki bütün insanlar həyatlarında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib mübarək bir peyğəmbər görəcəklər. Onun doğumu, həyatı, Allah Qatına alınması və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın icazəsiylə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, hər hərəkət hikmətli, aldığı hər qərar məqsədəuyğun və Allahın ilhamı ilə olacaq.

Bütün insanların, xüsusilə də İncilə iman edən İsəvilərin və Quran ayələrinə iman edən müsəlmanların hz. İsa (ə.s)-ın gəlişi üçün həyəcanla, şövqlə və çox böyük bir coşğuyla hazırlıq etmələri lazımdır. Bu kəslərin içində, Allahın cənnətlə müjdələdiyi bu dəyərli peyğəmbərin gəlişi üçün hazırlıq etməyənlər isə, çox böyük yanlış içindədirlər. Çünki gəlişi İlahi kitablarla və elçilərin sözləriylə xəbər verilmiş bu cür əhəmiyyətli bir qonağı qarşılama mövzusunda ediləcək zəiflik və tənbəllik çox böyük vicdansızlıqdır. Allahın ayələrinə iman edən, dünya üzərindəki hadisələri və Axırzamanın işarələrini ağlı və vicdanıyla qiymətləndirən heç bir insan bu mübarək qonağı hazırlıq etmədən gözləyə bilməz. Ya da “Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyinə iman edirəm” dedikdən sonra, “amma indi hazırlıq etməyim, daha sonra bu zərəri aradan qaldıraram.” şəklində bir düşüncəyə də qapılmazlar. Hansı vicdan sahibi, səmimi xristian o müjdəli dövr gəldiyində “Biz hz. İsa (ə.s)-ı gözləyirdik, amma bunun üçün hazırlıq etməyi lazımlı görmədik” şəklində bir açıqlama verə biləcək? Əgər bu kəslər hələ bir hazırlıq etməmələrini, 15-20 ili uzun bir zaman kimi görmələriylə açıqlayırlarsa bu çox səhv düşüncədir. Çünki onlar da 15-20 ilin, 15-20 gün kimi sürətlə keçib gedəcəyini görəcək, hz. İsa (ə.s)-ın gəlişinə laqeyd qaldıqları üçün çox böyük peşmanlıq yaşayacaqlar. Heç kimsə unutmamalıdır ki, 1970-ci illərdə yaşayan insanlar da 1980-cı, 90-cı illəri çox uzaq görürdülər. Amma zaman sürətlə axıb keçdi və 2000-ci illər bir anda gəldi. Eyni bu şəkildə, hz. İsa (ə.s) ilə qarşılaşacağımız gün də Allahın icazəsiylə çox sürətlə gələcəkdir.

Saxta məsihlərin ortaya çıxışı hz. İsa (ə.s)-ın gəlişinin xəbərçisidir

Allahın şərəfli elçisinin gəlişi üçün hazırlıq etmək istəyən iman sahiblərini zəifliyə sürümək istəyənlər ola bilər. Bu insanlar müxtəlif bəhanələrlə hz. İsa (ə.s) üçün hazırlıq etməyi gərəksiz göstərməyə çalışa bilərlər. Bunun üçün istifadə edəcəkləri bəhanələrdən biri də, saxta məsihlərin ortaya çıxmasıdır. Arada bir ağıl sağlamlığı yerində olmayan və ya müxtəlif mənfəətlər arxasında olan bəzi insanlar hz. İsa (ə.s) olduqlarını iddia etmişlər. Bəzi cəmiyyət isə bu cəhalət içində olan insanların etdiklərini öz mənfəətləri üçün istifadə etməyə çalışmış, “Hz. İsa (ə.s) gələcək şəklindəki açıqlamalar edir, saxta məsihlərin ortaya çıxmasına səbəb olur” şəklində şərhlər etmişlər. Bu izahlarla hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişi üçün ediləcək hazırlıqları yavaşlatmaq və hətta dayandırmaq istəmişlər. Ancaq Allahın vəd etdiyi bu müqəddəs dövrün gəlişini kimsə gecikdirə bilməyəcək. Çünki onlar çox əhəmiyyətli bir həqiqəti fərq edə bilmirlər: “Saxta məsihlərin ortaya çıxışı hz. İsa (ə.s)-ın gəlişinin bir əlamətidir, müjdəsidir”. İncildə bu mövzuyla əlaqədar bir çox izah var:

İsa Zeytunluq dağında oturarkən, şagirdləri gəlib, bir kənarda ona soruşdular: “Söylə bizə, bu hadisələr nə vaxt olacaq və sənin gəlişinin və dünyanın sonunun əlaməti nə olacaq?” İsa onlara bu cavabı verdi: “Əsla, sizi kimsə yanıltmasın. Çünki bir çoxları mənim adımla gəlib: Məsih mənəm, deyəcəklər və bir çox insanları yanıldacaqlar…” (Matta, 24: 3-5)

Əgər o sırada sizə biri: “Budur Məsih burada desə, ona inanmayın. Çünki yalançı Məsihlər və yalançı peyğəmbərlər ortaya çıxacaq və mümkün olsa, seçilmiş olanları da yanıldacaq möcüzələr və fövqəladə şeylər edəcəklər. Sizə əvvəldən söyləyim. (Matta, 24: 15-23)

Hz. İsa (ə.s)-ı həqiqi iman sahibləri əlamətlərindən dərhal tanıyacaqlar. Etdiyi hər hərəkət hikmətli və bənzərsiz olacaq, bu əlamətlərlə digər insanlardan ayrılacaq və heç bir isbata ehtiyac duymadan dərhal tanınacaq. Saxta məsihlərin özlərini isbat etməyə çalışmaları isə onların saxtalıqlarının ən açıq dəlilidir.

Hz. İsa (ə.s)-ın dəlilləri etdiyi işlər olacaq. O, dinsiz axınları, inkarın və əxlaqsızlığın insanlar arasında yayılması üçün səy göstərənlərin sistemləri çox böyük məğlubiyyətə uğradacaq. Allahın vəhyi ilə hərəkət etdiyi üçün inkar edənlərin tələlərini pozması, Allahın dinini insanlar arasında yayması, küfrün səylərini təsirsiz hala gətirməsi onun üçün çox asan olacaq. Möcüzələriylə Allahın dininin haqq olduğunu və iman edənlərin mütləq üstün gələcəklərini isbat edəcək. Rəbbimiz inananları Quranda belə müjdələyir:

Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saff surəsi, 8-9)

Hz. İsa (ə.s), yer üzündə heç bir qohumu və tanıyanı olmamasıyla tanınacaq

Hz. İsa (ə.s)-ı saxta məsihlərdən ayıran ən əhəmiyyətli fərqlərdən biri isə, dünya üzərində anası, atası, hər hansı qohumu, yoldaşı, tanıyanı olmamasıdır.

Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi hz. İsa (ə.s) Allahın “Ol” əmriylə atasız olaraq dünyaya gəlmişdir. Allah, hz. İsa (ə.s)-ın bu vəziyyətini Quranda hz. Adəm (ə.s)-ın yaradılışına bənzədir və belə buyurur:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu. (Ali İmran surəsi, 59)

Ayədə də ifadə edildiyi kimi Allah hz. Adəm (ə.s)-a “Ol” demişdir və hz. Adəm (ə.s) yaradılmışdır. Məhz hz. İsa (ə.s)-ın ilk yaradılışı da Allahın “Ol” deməsiylə reallaşmışdır. Hz. Adəm (ə.s)-ın ana və atası yoxdur, hz. İsa (ə.s)-ın ilk dünyaya gəlişində isə yalnız anası hz. Məryəm vardır; lakin yer üzünə yenidən gələcəyi ikinci səfərdə onun anası da həyatda olmayacaq. Aradan əsrlər keçdikdən sonra bilinən heç bir qohumu olmadan yer üzündə olacaq. Şübhəsiz bu sayədə hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişində, onun hz. İsa (ə.s) olduğundan şübhə ediləcək bir vəziyyət meydana gəlməyəcək. Saxta məsihlik iddiasında olan kəslərin isə yalanları asanlıqla aydın olacaq. Çünki bütün uşaqlığı insanlar arasında keçmiş, çoxlu uşaqlıq şəkilinə sahib, özünü kiçikliyindən etibarən tanıyan saysız adama sahib bir insanın hz. İsa (ə.s) olduğunu iddia etməsi son dərəcə məntiqsizdir.

Bütün dünya hz. İsa (ə.s)-ın ətrafında birləşəcək

Hz. İsa (ə.s) gəlmədən əvvəl edilməsi lazım olan hazırlığın necə olması lazım olduğunu həm Quran ayələrindən, həm Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən, həm də Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin hikmətli açıqlamalarından anlayırıq. Bu hazırlığın ən əhəmiyyətli mərhələsi isə yer üzündəki din əleyhinə sistemlərlə ediləcək fikri mübarizədir. Bədiüzzamanın da diqqət çəkdiyi kimi bütün iman sahibləri darvinizm və materializm kimi insanları din əxlaqından uzaqlaşdıran ateist ideologiyalarla fikri mübarizədə ittifaq etməli; bu kimi axınların dünya üzərindən silinmələrində birlik olmalıdırlar. Bunun üçün bütün imkanlarıyla hz. İsa (ə.s)-ın dinsizliklə edəcəyi mübarizədən əvvəl dünya səviyyəsində böyük hazırlıq etməlidirlər. Necə ki, hədislərdə bildirildiyi kimi hz. İsa (ə.s) gəldiyində bəhs olunan dinsiz axınlarla mübarizə edəcək. Bədiüzzaman Səid Nursinin də bir sözündə ifadə etdiyi kimi əlində “səmavi qılınc” ilə, yəni Allahın vəhyi ilə hərəkət edəcək, bu sayədə hər qərarı məqsədəuyğun olacaq və bütün dinsiz sistemləri ortadan qaldıracaq. (Məktubat, səh. 6)

İsəvilərlə müsəlmanlar arasındakı bu birliyi indidən qurmağa başlamaq, hz. İsa (ə.s) gəlmədən əvvəl ediləcək çox gözəl hazırlıqdır. Ancaq əvvəlcə xristianların öz aralarındakı ayrılıqları ortadan qaldırmaları, hz. İsa (ə.s)-ın sözündə birləşmələri və “birləşmiş bir bina” (Saff surəsi, 4) halını almaları lazımdır. Müsəlmanlar da aralarındakı bütün ayrı-seçkilikləri aradan qaldırıb, birlik və birliyin təmin edilməsi üçün səy göstərməlidirlər. Bütün müsəlmanlar Allaha daha çox yaxınlaşmaq, Allahın dininə daha çox xidmət etmək üçün əlbirlik etməli, hz. İsa (ə.s)-ın gəlişindən əvvəl İslam birliyini qurmalıdırlar. Bu iki birliyin təmin edilməsinin ardından meydana gələcək isəvi-müsəlman ittifaqının dünya üzərində çox böyük güc meydana gətirəcəyi və Allahı inkar edən bütün şər axınlarının qarşısında keçilməz bir maneə halına gələcəyi açıqdır. Məhz bu hazırlıq hz. İsa (ə.s) gəldiyində onsuz da meydana gələcək olan ittifaqın da təməli olacaq.

Ancaq hal-hazırda istər xristian dünyasında, istərsə də müsəlman birliklərin böyük bir hissəsində hz. İsa (ə.s)-ın gəlişiylə əlaqədar ətraflı hazırlıq görülmür, insanlar bu dəyərli qonağa qarşı laqeydlik edirlər. Halbuki indi bu mübarək peyğəmbərin gəlişi üçün hazırlıq etməyənlər, laqeyd olub zəiflik göstərənlər, bu böyük müjdəyə lazım olan əhəmiyyəti göstərməyənlər hz. İsa (ə.s) gəldiyində çox utanacaq, ancaq etdiklərini düzəltmək üçün çox gec qaldıqlarını anlayacaqlar.

Xristian aləmi üçün bir başqa təhlükə isə, hz. İsa (ə.s)-ın gəlişindən narahat olan cəmiyyətin təsiri altında qalmalarıdır. Qürurlarından, imani zəifliklərindən, cahilliklərindən, lazımlı qavrayış gücünə sahib olmadıqlarından ötəri hz. İsa (ə.s)-ın gəlişi üçün hazırlıq etməyən bəzi cəmiyyətlər, vicdan sahibi xristianlar üzərində mənfi təsir yaratmaq istəyərlər. Amma bilinməlidir ki, hz. İsa (ə.s)-ı sevən və İncilə iman edən xristianların bu böyük həqiqəti görməzlikdən gəlmələri qəti olaraq açıqlana biləcək bir vəziyyət deyil. Bu utancı yaşamamaq üçün dünya üzərindəki bütün xristianların gözəl əxlaqda, hz. İsa (ə.s)-ın yolunu izləməkdə qərarlı olmalarının zamanı gəlmişdir. Bütün xristianlar, İncildə təsvir edilən Allaha könüldən bağlı, tolerant, sülhsevər, sevgi dolu, fədakar və Allahın dinini yayma mövzusunda səmimi kəslər olduqlarını ortaya qoymalıdırlar. İncildəki hz. İsa (ə.s)-ın gəlişiylə əlaqədar açıq izahların bütün xristianların vicdanlarını həmən hərəkətə keçirməlidir. Əksinə bir rəftar, yəni lazım olan hazırlıqların edilməməsi, xristian aləmi içində olan bu cəmiyyətlər baxımından son dərəcə utanc verici bir vəziyyət meydana gətirər. Hz. İsa (ə.s), bütün xristian cəmiyyətləri ikinci dəfə gəlişiylə müjdələmiş, İncildə yer alan bir çox sözündə açıq şəkildə “Mən mütləq gələcəyəm” demişdir.

Eyni vəziyyət müsəlmanlar üçün də keçərlidir. Müsəlmanlar da Allahın Quran ayələrində bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in də hədisləriylə xəbər verdiyi gözəl əxlaqa tabe olmalı və hz. İsa (ə.s)-ın gəlişi üçün şövqlə, həyəcanla və böyük sevinclə çalışmalıdırlar. Əks halda Allahın ayələri ilə bildirdiyi bu qəti gerçəyə iman etməmiş olarlar.

Unutmamaq lazımdır ki, hz. İsa (ə.s)-ın gəlişi dünyanın yalnız müəyyən bölgələrinə təsir edəcək bir hadisə deyil. Onun gəlişi bütün dünyaya təsir edəcək gücdə, möcüzəvi və metafizik bir hadisədir. Bu müqəddəs peyğəmbərin gəlişiylə dünya səviyyəsində ictimai və siyasi sahələrdə əsaslı dəyişiklər olacaq, bütün dünya hz. İsa (ə.s)-ın ətrafında toplanıb birləşəcək. Məhz bu səbəblə bütün xristianların və müsəlmanların həmən hərəkətə keçmələri və birlik içində hz. İsa (ə.s)-ı ən gözəl şəkildə qarşılamaq üçün əllərindəki bütün imkanları səfərbər etməlidirlər. Tək bir Allaha iman edən, Onun rizasını qazanmağa çalışan, Ona tam bir təslimiyyətlə təslim olmuş, Ona ürəkdən bağlı, Onu ucaldan, təməldə eyni dəyərləri müdafiə edən xristian və müsəlmanların ortaq hərəkət etmələri ən doğrusudur. Həm xristianların, həm də müsəlmanların bir-birlərinə tolerantlıqla, sevgiylə, anlayışla, barışla yaxınlaşmaları lazım olduğu açıqdır. Əsrlərdir davam edən çəkişmələrə, ön mühakimələrə, səhv mənalara artıq bir son verilməlidir. Çünki itiriləcək zaman yoxdur.

Bu kitabda Quran ayələrində yer alan çox əhəmiyyətli xəbərlərlə, Peyğəmbərimiz (s.ə.v)-ın mübarək hədisləriylə, Bədiüzzaman Səid Nursinin hikmətli açıqlamaları ilə və İncil və Tövratda yer alan açıq izahlarla hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyi müjdəsini bütün insanlarla paylaşdıq və insanlara lazım olan hazırlıqları etmələri üçün çox əhəmiyyətli çağırışlar etdik. Məqsədimiz isə, hz. İsa (ə.s) yer üzünə ikinci dəfə gəldiyində insanların “bilsəydik, hazırlıq edərdik” deyə bilməmələri və önə sürəcəkləri heç bir bəhanələrinin qalmamasıdır. Kitab boyu üzərində durduğumuz bəzi əlamətlər bütün açıq şəkildə ortaya çıxmışdır, əsrlərdir bəzi cəmiyyətin ortaya atdıqları bütün şübhə buludları ortadan qalxmışdır. Hz. İsa (ə.s)-ın gəlişi çox yaxındır. Rəbbimiz bizləri Nur surəsində bu şəkildə müjdələmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)