Kitabın buraya qədər olan hissələrində hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişinin əlamətlərini gördük. Bütün bu əlamətlərin bir-birinin ardınca gerçəkləşdiyinə, hər birinin hədislərdə və Bibliya açıqlamalarında bildirildiyi şəkildə baş verdiyinə şahid olduq. Bu əlamətlərin ardıcıl və tam gerçəkləşmiş olmasının, yaşadığımız dövrün Allahın böyük müjdəsinin gerçəkləşəcəyi dövr olduğunu göstərir. Lakin bütün bu əlamətlərdən başqa Peyğəmbərimiz (s.ə.v)-in və böyük İslam alimlərinin Axırzaman ilə əlaqədar qəti tarixlər verdikləri açıqlamalar da mövcuddur.
İrəliləyən səhifələrdə görəcəyimiz kimi, hicri 1400-cü illər, Allahın icazəsi ilə hz. İsa (ə.s)-ın təkrar yer üzünə qayıdışı, hz. Mehdi (ə.s)-ın zühuru, Dəccalın zühuru və hz. İsa (ə.s)-a məğlub olması, bütün dünyada insanların dəstə-dəstə İslama yönəlməsi kimi, böyük hadisələrin gerçəkləşəcəyi fövqəladə bir dövrdür.
Xüsusilə də hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar hədislərdə və alimlərin açıqlamalarında bildirilən müxtəlif tarix və dövrlər var.
Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) eyni dövrdə birlikdə olacaqlarına görə bu tarixlər əslində hz. İsa (ə.s)-ın da yer üzünə ikinci dəfə gəlişinin zamanını bizə bildirir. Bu mövzuyla əlaqədar məlumatları irəliləyən səhifələrdə maddələr halında açıqlayacağıq.
1) Hər əsrdə bir mücəddid göndərilər
Mücəddid sözünün lüğəvi mənası; “dini canlandıran, yeniləyən” deməkdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlamaq üçün göndərilən bir şəxsdən bəhs edilmişdir. Bu şəxs eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-in varisidir:
Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (s.ə.v) belə buyurub: Həqiqətən Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünen-i Ebu Davud, 5/100)
Böyük İslam alimi İmam Rəbbaninin bu mövzudakı açıqlaması belədir:
Hər əsrin əvvəlində bu ümmətin üləması arasından bir mücəddid gələcək və şəriəti əhya edəcək. (Mektubat-ı Rabbani, 1/520)
Bədiüzzaman Səid Nursi də bu mövzu barəsində bunları söyləyir:
Əshabi Kutubu Sittədəki İmam Hakimin “Müstədrək”-də və Əbu Davudun “Kitabi Sünən”-də, Beyhaki “Şuabı İman”-da təxric edərək buyurdular (meydana qoydular): “Hər əsrdən bir, Allah bir mücəddidi-din (dini yeniləyən) göndərir… ” (Barla Lahikası, səh. 119)
Bədiüzzaman hicri 12-ci əsrin “mücəddidi”nin həzrəti Mövlana Xalid olduğunu söyləyir. (Barla Lahikası, səh. 120) Risale-i Nurların da hicri 13-cü əsr üçün bir “mücəddid” hökmündə olduğunu belə ifadə edir:
“Madam ki, tam yüz il sonra, eynilə dörd cəhətdə təvafüq edərək (uyğun gələrək) Risale-i Nur əczaları (cüzləri) eyni vəzifəni yerinə yetirib… Qənaət verir ki, (nassı-hədis ilə – hədisin açıq ifadəsi ilə -) Risale-i Nur təcdidi-din (dini yeniləmə, canlandırma) barəsində bir mücəddid hökmündədir”. (Barla Lahikası, səh. 121)
Bədiüzzaman Səid Nursi isə hicri 13-cü əsrin mücəddidir. Bədiüzzaman hicri 14-cü əsrin “mücəddidi”nin də hz. Mehdi (ə.s) olacağını müjdələmişdir:
“İndi İslamlar arasında Nuru-Qurana müxalif halətlərin (halların) əksəriyyəti o sui-qəsdlərin və Sevr müahədəsi (müqaviləsi) kimi qəddaranə müahədələrin (müqavilələrin) dəhşətli nəticələridir. Əgər şəddəli (mim) də şəddəli “ləmlər” kimi bir sayılsa, o zaman min iki yüz səksən dörd edər. Bu tarixdə Avropa kafirləri dövləti-İslamiyənin (İslam dövlətinin) nurunu söndürməyə niyyət edərək on il sonra rusları təhrik edib rusun “doxsan üç” müharibəi-məşuməsiylə (pis müharibəsiylə) aləmi-İslamın (İslam aləminin) parlaq nuruna müvəqqət (müvəqqəti) pərdə çəkdilər. Lakin bunda Rəsailin-Nur (Risale-i Nur) şagirdləri (tələbələri) yerinə Mövlana Xalidin (r.h) şagirdləri (tələbələri) bu bulud zulümatını dağıtdıqlarından bu ayə bu cəhətdə onların başlarına rəmzən (işarə ilə) barmaq basır.
“İndi xatirə gəldi ki, əgər şəddəli “ləmlər” və (mim) iki-iki sayılsa, bundan bir əsr sonra zulümatı (zülm dövrünü, qaranlığı) aradan qaldıracaq zatlar (şəxslər) isə, həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər”. (Şualar, birinci şua, səh. 85)
Yuxarıdakı açıqlamada göründüyü kimi Bədiüzzaman, İslam aləminin üzərindəki zülm mühitinin özündən “bir əsr sonra” təkcə hz. Mehdi (ə.s) vəsiləsi ilə dağıdılacağını söyləmişdir. Özündən sonrakı əsrdə, yəni hicri 1400-cü illərdə hz. Mehdi (ə.s)-ın görəcəyi işlər sayəsində, müsəlmanların böyük çətinliklərdən xilas olub rahatlığa qovuşacaqlarını açıqlamışdır.

