Hz. İbrahimin bütlərə qurduğu tələ

Quranda hz. İbrahimin göstərdiyi bir çox ağıl nümunəsinə yer verilmişdir

Quranda hz. İbrahimin göstərdiyi bir çox ağıl nümunəsinə yer verilmişdir. Bunlardan biri, bütə tapınan qövmünü xəbərdar etmək və onlara doğru yolu göstərmək üçün etdiyi bir planla əlaqəlidir. Hz. İbrahim, ilah etdikləri bütlərin kimsəyə faydası toxunmayan sadə daşlardan ibarət olduğunu qövmünə isbat etmək məqsədi ilə, əvvəlcə onları bütlərin olduğu yerdən uzaqlaşdırmaq istəmişdir. Ağıllı cəhdi sayəsində bu istəyini asanlıqla bacarmışdır. Onlara xəstə olduğunu söylədiyində hamısı birdən xəstəlikdən qorxaraq onun olduğu yerdən uzaqlaşmışlar:

“Mən xəstəyəm!” – dedi. Onlar ondan üz çevirib çıxıb getdilər. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi. (Saffat surəsi, 89-93)

Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. (Ənbiya surəsi, 58)

Qövmünün ətrafından dağılıb getməsinin ardından hz. İbrahim, bütlərin yanına yaxınlaşmış və ən böyükləri xaricində bütlərin hamısını qırıb parçalamışdır. Şübhəsiz burada ən böyük bütü buraxmasının çox əhəmiyyətli hikməti vardır. Necə ki, bu hadisədəki hikmət, qövmün geri dönüşündə ortaya çıxacaq. Geri döndüklərində bütlərin başına gələnləri görən qövm, ilah etdikləri bu daşların yerlə bir olmuş olmasını heyrətlə qarşılamış və bunu edənin kim olduğunu sorğulamağa başlamışlar:

Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər” – dedilər. (Ənbiya surəsi, 59-61)

I Hz. İbrahim, özünə nə olduğunu soruşduqda qırmadığı ən böyük bütü işarə edərək ona soruşmalarını söyləmişdir. Daşın danışa bilməyəcəyini və olub bitən hadisələri açıqlaya bilməyəcəyini düşünüb anlayan qövmü, bu daşların heç bir gücə sahib ola bilməyəcəyini də etiraf etməli olmuşlar:

Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar” İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? (Ənbiya surəsi, 62-66)

O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat surəsi, 95-96)

Peyğəmbərin, qövmünə, ilahlaşdırdıqları bütlərin heç bir işə yaramadığını isbat etməsi nəticəsində bu insanlar bir an üçün də olsa vicdanlarına baxıb və etdikləri işin məntiqsizliyini açıq şəkildə görmüşlər. Sonradan daşları ibadət etməkdə israr etsələr də, hz. İbrahim ağlı ilə onlara həqiqətləri göstərmiş, səhv yolda olduqlarını etiraf etdirmişdir.