Quranda yer alan hz. İbrahimin ağıl nümunələrindən bir başqası da Allahın zəngin etdiyi və mülk verdiyi bir kimsə ilə arasında keçən danışıqda görülər. Hz. İbrahim, dindən uzaq və Allah haqqında onunla mübahisə edən bir kimsəyə, dinə tabe olmanın qazandırdığı aydın ağıl ilə qalib gəlmişdir. Quranda mülk sahibi bu insanla hz. İbrahim arasında keçən söhbətə belə yer verilmişdir:
Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)
Allahın öldürən və dirildən olduğunu söyləyən hz. İbrahimə “Mən də öldürər və dirildərəm” deyərək cavab verən bu adama, hz. İbrahim son dərəcə ağıllı cavab vermişdir. Bu cavabı eşidən kimsə ağlın və haqq olanın qarşısında çaşıb qalmışdır.

