Hz. İbrahim “Tək başına ümmət” idi

Hz. İbrahim inkar edənlərlə mübarizə apararkən yuxarıdakı ayələrdə də bildirildiyi kimi tək

Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn (tək başına) bir ümmət idi. O, müşriklərdən də deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir. Sonra sənə: “Doğru yola yönələrək İbrahimin dininə tabe ol! O, müşriklərdən deyildi”, – deyə vəhy etdik. (Nəhl surəsi, 120-123)

Hz. İbrahim inkar edənlərlə mübarizə apararkən yuxarıdakı ayələrdə də bildirildiyi kimi tək başınaydı. Ətrafında ona kömək edə biləcək, onu maddi və mənəvi olaraq dəstəkləyəcək heç kim yox idi. Əlbəttə ki, insanın tək başına, ətrafındakı ən azğın insanları qarşısına alaraq, ölüm təhdidlərinə belə məhəl qoymadan Allahın dinini izah etməsi, o adamın vicdanının nə qədər güclü olduğunun göstəricisidir. Belə ki, qövmü hz. İbrahimi atəşə ataraq yandırmaq istəmiş, ancaq Allah hz. İbrahimə kömək etmiş, onu qorumuşdur:

Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (Ənbiya surəsi, 68-70)

Hz. İbrahim elçilərin Allaha bağlılıqlarına, Allah yolundakı qətiyyətlərinə, vicdanlı davranışına nümunədir. Necə ki, Allah onu “…Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi.” (Tövbə surəsi, 114) deyərək təsvir edər ki, bu hz. İbrahimin son dərəcə incə düşüncəli, vicdanlı insan olduğunu ifadə edər. Həmçinin hz. İbrahimin hekayəsində Allahın yüksək vicdan sahibi qullarına qəti olaraq kömək edəcəyi də görülür.

Allahın elçilərinin hamısı eyni əxlaqı göstərmişlər. Hz. Yəhya üçün Quranda “Üstəlik Öz tərəfimizdən şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi. Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi.” (Məryəm surəsi, 13-14) deyilir. Bu sifətlər, hz. Yəhyanın Allaha qarşı heç bir günaha yanaşmayan yüksək vicdanının ifadəsidir.