Hz. Aişə (r.ə), sevimli Peyğəmbərimiz Hz. Məhəmmədin (s) qiymətli xanımı və Hz. Əbu Bəkirin qızıdır. 614-cü ildə Məkkədə doğuldu. Allahın nəsib etdiyi ağılı, qüvvətli imanı, hikmətli danışması, Quranı və Peyğəmbəri (s) ən yaxşı şəkildə anlamağa çalışması kimi xüsusiyyətləri ilə bütün möminlərə nümunə olmuş bir müsəlmandır.
Hz. Aişə (r.ə) Peyğəmbər (s) ilə evlənməsi əxlaqi və elmi tərəfdən daha da inkişafına, yetkinləşməsinə və dərinləşməsinə vəsilə olmuşdur. Çox kiçik yaşda müsəlman olan Hz. Aişə (r.ə) təvazökar, qənaətkar, qürurdan tamamilə uzaq və comərd əxlaqıyla və heç kimin əleyhində danışmayaraq bütün müsəlmanlara hikmətli nümunə təşkil etmişdir. Səmimi imanı və ixlasına görə onun üçün əsl əhəmiyyətli olan Allahın razılığına uyğun hərəkət edə bilmək olmuşdur.
Hz. Aişə (r.ə) Peyğəmbərimiz (s) vəfat etdiyində çox gənc olmasına baxmayaraq, Quranı və Peyğəmbərimizin (s) sünnəsini ən yaxşı bilən, anlayan və mühafizə edənlərin başında gəlir. Hz. Aişə (r.ə), kiçik yaşından etibarən Quran ayələrini əzbərləməyə başlamış və Peyğəmbərimizin (s) elmindən şövqlə istifadə etmişdir.
Peyğəmbərin (s) xanımı olması ilə birgə qiymətli şagirdi də olan Hz. Aişə (r.ə), elmi sahədə çox ayrı bir yeri vardır. Fiqh elmində bir çox alimin səhvini düzəltmiş, bir çox hədisin də mükəmməl bir tərzdə izahlarını etmişdir. Hz. Ömər (r.ə) qadınlarla əlaqədar fiqhi məsələlərdə həmişə Hz. Aişə (r.ə) fikrini almışdır.
Hz. Aişə (r.ə), Peyğəmbərin (s) həyatda olduğu zamandan etibarən qadınların təhsili ilə çox yaxından maraqlanmışdır. Beləcə həm şəxsən, həm də yetişdirdiyi şagirdləri ilə İslam dünyasında qadınların elmlə məşğul olmaları lazım olduğunun açıq bir nümunəsi olmuşdur.
Hz. Aişə (r.ə) 676-ci ilin ramazan ayının 17-si Mədinədə vəfat etdi.

