Hüzurlu yaşamağın sirri

Möminlər hər hadisəni ən incəliyinə qədər Allahın yaratdığını və hamısının taledə əvvəldən

Möminlər hər hadisəni ən incəliyinə qədər Allahın yaratdığını və hamısının taledə əvvəldən təqdir edildiyini bilərək ömrünü itaət edərək keçirirlər. Əlbəttə, onlar da həyatı boyu bir çox çətinlik və imtahanlarla qarşılaşırlar. Lakin “kaş belə olaydı”, “belə etsəydim, daha xeyirli olardı” kimi sözlər deməz və belə boş xəyallara düşməzlər. Baş verənlərdə bəlkə də, heç bilməyəcəkləri hikmət və xeyirlərin olduğuna tam iman edirlər. Beləliklə, çətin görünən vəziyyətdə də hüzurlu həyat yaşayarlar.

Ancaq bu sirri bilməyən inkarçılar şər kimi görünən böyük-kiçik hər hadisədə sıxıntı keçirirlər. Həyatda çox ümidsiz və bədbəxt olurlar. Halbuki insan yaradılışına uyğun olaraq hüzur və rahatlıq içində yaşamalı olan varlıqdır. Çünki sıxıntı, əsəb və kədərlənmək fiziki və mənəvi yöndən insana həddindən artıq zərər verir. Allaha güvənməyən və hər hadisəyə xeyirlə baxmayan insanı sıxıntı, kədər və əsəb bürüyür. Həmişə gələcək qorxusu, ölüm qorxusu, xəstəlik qorxusu, mal itkisi kimi qorxularla yaşayırlar.

İnsanın qurtuluşu yalnız baş verənləri Allahın xeyir və hikmətlə yaratdığını bilərək yaşamasındadır. Mömin istisnasız olaraq qarşılaşdığı hər hadisəni Allahın xeyir və hikmətlə yaratdığını bilərsə, Allaha həqiqi mənada təvəkkül edər. Dözmək deyil, gözəl şəkildə səbir edərsə, Quran əxlaqına uyğun davranmış olar. Güvən, hüzur və güc Allahın diləməsi ilədir. Dua və təvəkkül etməklə hər şeyi Allahdan gözləmək möminin xarakteridir.

Mömin bu dünyada müxtəlif hadisələrlə qarşılaşır və imtahan edilir. Mömin bu hadisələrin axışında Allahın rəhmətini, rizasını və Cənnəti qazandıran işlər görür və Allahdan qorxub Cəhənnəmə düşməkdən ehtiyat edir.

Müsəlmanlar şər kimi görünən hadisələrə xeyirlə baxıb Allahı vəkil etdiklərinin qarşılığını həmişə ən gözəl şəkildə almışlar. Ayədə belə buyurulur:

Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” – dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” – dedilər. Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir. (Ali İmran surəsi, 173-174)

Bunu da xatırlatmaq lazımdır ki, bəzən inkarçılar zahiri görünüşdə üstün gəlmiş kimi görünürlər. Halbuki bu, sadəcə Allahın inananları imtahan etməsidir. Bu minvalla, saleh möminlərlə ağır davrananlar (cihadı tərk edən və ya geri çəkilənlər) bir-birindən ayrılır. Təvəkkül edən, səbir edən və hadisələrə xeyirlə baxan müsəlmanlar, heç şübhəsiz, Allaha olan sədaqətini açıq şəkildə ortaya qoyurlar. Buna görə də dünya və axirətdə Allahın rizasını qazanıb qalib gələnlər hər zaman möminlərdir:

Kim Allahı, elçisini və iman edənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 56)