Huşu içində namaz necə qılınır?

Huşu, “hörmət dolu qorxu” deməkdir. Namazı huşu içində qılmaq isə Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, Ona hörmət dolu bir qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Namazda Aləmlərin Rəbbi olan Allahın hüzurunda dayandığının şüurunda olan bir mömin, əlbəttə ki, bu güclü heybət və qorxunu qəlbində yaşayacaq və Allaha bu qorxusu və hörməti ölçüsündə yaxınlaşacaqdır.

Namaz ibadətini layiqincə yerinə yetirmək istəyən bir mömin huşuya mane ola biləcək şeylərə qarşı tədbir almalı, namazda lazım olan diqqət və konsentrasiyanı təmin etmək üçün maksimum səy göstərməlidir.

Rəbbimiz, Öz hüzurunda dayandığımızda, yalnız Onu anmağımızı, Onu ucaltmağımızı və bütün nöqsanlardan münəzzəh tutaraq Onun birliyini təsdiqləməyi buyurur. Bunun üçün Əhli Sünnənin ittifaqla qəbul etdiyi namaz dualarının namazda oxunması lazımdır. Namaz qılmaq Rəbbimizi könüldən ucaltmaq üçün böyük bir fürsətdir. Necə ki, ayədə Allah Özünü zikr üçün namaz qılınmasını buyurur:

Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! (Taha surəsi, 14)