Humanizm adı altında batil fəlsəfə

İngilis dərin dövlətinin bir inancı, bir dini vardır

İngilis dərin dövlətinin bir inancı, bir dini vardır. Buna “humanizm” deyilir, yəni digər adı “insanlıq”. Bu bir dindir, humanizm bir dindir. İngilis dərin dövlətinin yaratdığı bir dindir. Bunları Firon da müdafiə etmişdir, Nəmrud da müdafiə etmişdir. Bütün dəccalların müdafiə etdiyi bir dindir. Yəni dəccallar bu dinin qaydalarını ortaya qoyur. İndi “insanlıq nədir?” deyə soruşsaq, Firon: “Mənə görə insanlıq, Fironun Allah olduğunu qəbul etməkdir”. Başqa? “Bütün Misirin mülkünün ona aid olduğunu bilmək, hər kəsin bütün gücü ilə çalışması, Firona xidmət etməsi və xalqı hissələrə ayırmaqdır”.

Fironun xüsusiyyəti xalqı hissələrə ayırması idi, Quranda bu ifadə edilir. “Xalqı hissələrə ayırar” deyir, qruplara ayırır, xalqı bölüb-parçalayır. Və xalqı alçaldır, hörmətdən salır, adam yerinə qoymur. “Siz cahilsiniz, mədəniyyətsizsiniz, kəndlisiniz, ağılsızsınız, mən sizdən ucayam və böyüyəm” -deyir. İngilis dərin dövlətinin etdiyi də budur. İnsanları parçalayır, bölür, yox etməyə çalışır. Firon nə edirdi? İnsanları bölüb parçalayıb, sonra yox etməyə çalışırdı. Məsələn, Böyük Orta Şərq layihəsi tam Fironun layihəsidir. Böl-parçala-yox et. Firon da eynisini edirdi, bölüb parçalayıb yox edirdi. Quranda parçalama xüsusiyyəti Fironun xüsusiyyəti olaraq ayrı bir hökm kimi ayədə keçir.

Buna görə də, “insanlıq” sözü, məsələn, müsəlman: “Mənə görə insanlıq müsəlmanlıqdır” -deyər. Amma Firona görə insanlıq Fironun qanunlarını qəbul etməkdir. Yəni “insanlıq” sözü qapalı bir ifadədir. Bunu hər inanc özünə çəkə bilər. Məsələn, insan olmaq bir kommunistə görə kommunist olmaqdır. Hətta ona adam olmaq deyər. İnsan olmaq əsl onların istifadə etdiyidir. Yəni humanizmin istifadə etdiyi silahdır. Amma İngilis dərin dövlətinin dini humanizmdir, yəni insanlıq. Orada qayda yoxdur, homoseksuallara azadlıq, Allahın varlığını inkar, eyni zamanda Rumi düşüncə. Rumilik İslamı kökündən rədd edər, “Bizim yolumuzda müsəlmanlıq yoxdur” -deyir. İnsanlıq-humanizmdə də belədir, yəni müəyyən bir din yoxdur. Rumilik də müəyyən bir din qəbul etmir. Haqq dinləri qəbul etmir. “Mən dinlərin üstündəyəm” -deyir. Humanizm də, insanlıq dini də bütün dinlərin üstündə olur, din qəbul etməz.