gəlməsi mümkündürmü?
DNT son dərəcə mürəkkəb quruluşa malik bir molekuldur. Bu molekulda insan bədəni ilə bağlı bütün məlumatlar kodlaşdırılmış vəziyyətdə mövcuddur. Boy, saç, göz və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları tək bir hüceyrənin DNT-sində yerləşdirilmişdir. DNT-dəki bu məlumatları kağıza köçürməyə çalışsaq, təxminən hər biri 500 səhifədən ibarət olan 900 cildlik nəhəng bir kitabxana yaratmalı olarıq. Lakin bütün bu məlumatlar cildlərlə ensiklopediyalarda deyil, gözlə görünməyən DNT-nin “gen” adlanan hissələrində şifrələnmişdir.
Genlər isə nukleotid adlanan dörd əsasın müəyyən ardıcıllıqla düzülməsi nəticəsində əmələ gəlir. Bu ardıcıllıqda baş verə biləcək hər hansı bir səhv həmin geni fəaliyyətsiz hala gətirər. İnsan bədənində isə ümumilikdə 200.000 gen vardır. Bu genləri təşkil edən milyonlarla nukleotidin hər birinin düzgün ardıcıllıqla yerləşməsi zəruridir. Bu ardıcıllığın təsadüfən meydana gəlmə ehtimalı ilə bağlı aparılan riyazi hesablamalar bunun qeyri-mümkün olduğunu göstərir. Məsələn, bu mövzuda təkamülçü bioloq Frank Solsberinin (Frank Salisbury) apardığı hesablamaya görə, belə bir ehtimal 10620-də birdir. Bu isə 10 rəqəminin yanına 620 sıfır əlavə edilməklə alınan, ağlın qavrama sərhədlərini aşan dərəcədə böyük bir rəqəmdir.
Nukleotidlərin təsadüfən bir araya gələrək DNT və RNT-ni əmələ gətirmələrinin qeyri-mümkünlüyünü təkamülçü alim Pol Oje (Paul Auger) belə ifadə etmişdir:
“Nukleotidlər kimi mürəkkəb molekulların təsadüfi kimyəvi hadisələr nəticəsində meydana gəlməsi məsələsində məncə iki mərhələni aydın şəkildə bir-birindən ayırmaq lazımdır: ayrı-ayrı nukleotidlərin əmələ gəlməsi — bu, bəlkə də mümkün ola bilər — və onların çox xüsusi ardıcıllıqlarla bir- birinə bağlanması. Məhz bu ikinci hal qeyri-mümkündür.” (Paul Auger, De La Physique Théorique à la Biologie, 1970, s. 336)
… “Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!” (Bəqərə surəsi, 32)
(Ey elçi!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə asanlaşdırdıq. (Məryəm surəsi, 97)
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlbdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yunis surəsi, 57)
Allah sizin üçün ayələri bəyan edir. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Nur surəsi, 18)
Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəlmişdir. Biz sizə açıq-aydın bir nur (Quran) nazil etmişik. (Nisa surəsi, 174)

