Hüceyrə yaradılışın isbatıdır

Hüceyrə yaradılışın isbatıdır.

Hüceyrə, insanın “yaradılmış” olduğunun ən göz qamaşdırıcı sübutlarından biridir. Həqiqətən də hüceyrənin, həyatına davam etməsi üçün müxtəlif funksiyalara sahib bütün əhəmiyyətli hissələrinin birlikdə olmağı zəruridir. Bu səbəblə, əgər hüceyrə təkamül nəticəsində meydana gəlibsə, milyonlarla hissəsi eyni anda və eyni yerdə müəyyən bir nizam və plana əsasən birlikdə olmalı idi. Belə bir hadisənin təsadüfən reallaşması isə ehtimal sərhədlərindən çox uzaq olduğundan, bu vəziyyətə yaradılış demək daha məqbul və yerində olacaq.

Hüceyrənin, təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gəlməsi, mətbəədəki partlayışla bir ensiklopediyanın təsadüfən öz-özünə çap edilməsindən daha az bir ehtimala malikdir. Başqa bir sözlə desək, canlıların təsadüfən meydana gəlməsi ehtimaldan uzaqdır.