İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– deyirlər. Yaxud: “Bunu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”. (Əhqaf surəsi, 6-8)
Əhqaf surəsi, 6-8-ci Ayələr
