Ha. Mim. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir. Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”. Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. (Əhqaf surəsi, 1-5)
Əhqaf Surəsi, 1-5-ci Ayələr
