Hörümçək toru Allahın varlığının aydın sübutudur

İnsan ibadət üçün yaradılıb

Quranda, insanı Allahın yaratdığı, yaranma məqsədinin Ona ibadət və qulluq etmək olduğu, ölümdən sonra özünü sonsuza qədər davam edəcək bir axirət həyatının gözlədiyi açıq şəkildə bildirilir. Həmçinin insan, bu həqiqətlərə şahidlik edən “dəlillər” üzərində də dərin düşünməyə çağrılır. Quranda Allahın varlığının, birliyinin və sifətlərinin qəti dəlilləri olan hadisələr və varlıqlar isə, “ayə” olaraq təyin edilərlər. Allahın ayələri Quranda yazılı olduğu kimi xarici dünyada və insanın öz nəfsində də vardır. Quranda bu həqiqət, “Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.” (Zəriyət surəsi, 20-21) ifadəsiylə vurğulanır. Eyni həqiqət başqa ayələrdə də belə ifadə edilir:

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

Həqiqətən, möminlər üçün göylərdə və yerdə ayələr vardır. (Casiyə surəsi, 3)

Göylərin və yerin yaradılması ilə onlarda hər canlıdan yayıb çoxaltması Onun qüdrət əlamətlərindəndir … (Şura surəsi, 29)

Göründüyü kimi, Allahın varlığını və sonsuz qüdrətini gözlər önünə sərən dəlillər yalnız Quranda deyil, yaşadığımız hər mühitdə yerləşir. İstər pəncərəyə qonan bir quş, istər bağçada gördüyümüz bir çiçək, istərsə də səmadakı bir ulduz olsun, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey Rəbbimiz tərəfindən mənən “oxumağımız” üçün bizə göndərilən bir mesaj xüsusiyyəti daşıyır. Bu yöndən baxdığımızda tək bir çiçək belə bir məktubdur. Onu oxuya bilən, Yaradıcımızın mesajını gətirmişdir.

blank