Homoseksuallıq və onun cəzası

Quranda bir mənalı olaraq homoseksuallıq pislənir

Quranda bir mənalı olaraq homoseksuallıq pislənir. Bu əməldən uzaq durulması əmr edilir. Bu əməl iyrənc bir şey kimi xarakterizə olunur. Hətta buna aid bir hadisədən də bəhs edilir. Lut qövmünün başına gələn fəlakətlər təsvir edilir. Allah etdikləri pis iş müqabilində onları cəzalandırır. “Azad” cəmiyyət qurmaq istəyən ateist yoldaşlar da özlərini “cinsi azlıqları müdafiə edən” kimi göstərərək, Qurana iftiralar atırlar. Əvvəlcə onu qeyd edək ki, Lut qissəsində keçən hadisələrdə insan əli ilə heç bir cəza tədbiri yoxdur. Ancaq Allahın cəzalandırması var. Yəni ateistlərin “Quran homoseksualları öldürün deyir” kimi yalanlarına daha kimsə inanmır. Bəs bu iyrənc əmələ qarşı necə tədbir görmək olar?

Bu məsələni açıqlamaq üçün Nisa 15 və 16-cı ayələrinə baxacağıq. Ənənəvi tərcümədə bu ayələrin bəzi yerləri təhrif edildiyinə görə, ayələrin tam mənası başa düşülməyib. Həmin tərcümələrə baxaq:

Nisa 15. Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın. Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.

Nisa 16. Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

Məsələ necədir? Nisa 15 ayəsi tamamilə qadınlara, Nisa 16 ayəsi isə tamamilə kişilərə aiddir. Ənənəvi tərcümələrdə bunu görmək mümkün deyil. Nisa 15-də kəlmələr qadın cinsindədir və ayənin əvvəlində də (Qadınlarınızdan (bir biri ilə) çirkin iş edənlərə) deyir, yəni qadınların öz aralarında çirkin iş görənlər. Və ardınca da gələn kəlmələr qadın cinsindədir. Bu ayədə “əl fəhişətə” kəlməsini “zina” olaraq tərcümə ediblər, amma 16-cı ayədə mörtərəzədə “yaramaz” yazıblar. Zina tərcüməsi yanlışdır, elə yaramaz iş kimi tərcümə olunmalıdır. Doğrudur, İsra 32-də Allah, zinaya fahiş iş deyir, amma bu, o demək deyil ki, hər fahiş iş zinadır. Hər zina fahiş işdir, amma hər fahiş iş zina deyil. Çünki fahiş iş daha geniş qavramdır, hər yaramaz əməl bu qavrama daxil olur.

Nəticə olaraq, bu ayədə qadınların öz aralarında olan fahiş işdən, yəni lezbiyanlıqdan bəhs edilir və onlara yol açılanadək evdə tutulsun deyilir.

16-cı ayənin isə, ümumiyyətlə qadınlara aidiyyatı yoxdur. Ayə kişi cinsindədir və ayənin əvvəlində də (iki kişi) deyir. Burada qadınlardan yox, artıq kişilərdən söz açılır, yəni kişilərin öz aralarında olan yaramaz əməllərindən (mavilik). Buradan da aydın olur ki, bu ayələrdə söhbət qadınların zinasından getmir, əksinə, qadınların bir-biriləri ilə və kişilərin də bir-biriləri ilə etdikləri yaramaz əməllərdən gedir. Doğru tərcümə belə olacaq:

Qadınlarınızdan çirkin iş (lezbiyanlıq) edənlərə qarşı özünüzdən dörd şahid gətirin. Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın. (Nisa surəsi, 15)

Sizdən iki kişi onu (çirkin işi) etsə, hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) düzəltsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Nisa surəsi, 16)

Bu iki dəstənin hər biri qarantində qalır (özlərini islah edirlər, müalicə alırlar) və Allah onlara yol açanadək orada qalırlar. Allahın onlara açdığı yol tövbə yoludur. Ona görə də, tövbə edib islah olsalar, onlardan əl çəkin deyir. Tövbə, yanlış işdən Allaha dönməkdir. Əgər siz görsəniz ki, bunlar artıq özlərini düzəldib və bu yanlış əməldən dönüblərsə, artıq bunlardan əl çəkirsiniz.