Homoseksuallığa qarşı olmağı homofobiya kimi dəyərləndirmək İngilis oyunudur

Cinsi azğınlığın genetik izahı yalandır

Cinsi azğınlıq içində olan insanlar cəmiyyət tərəfindən qəbul edilmək və azğın hərəkətlərini haqlı çıxarmaq üçün  “estrogen hormonlarının yüksək səviyyələrdə olduğunu” və ya “genetik olaraq bu yaradılışda anadan olduqlarını” iddia edirlər. Halbuki bu iddialar elmi cəhətdən qətiyyən doğru deyil. Əvvəla, homoseksual bir kişi ilə normal bir kişi arasındakı estrogen və testosteron hormon səviyyələrində fərq yoxdur. Həmçinin elm adamları homoseksualların genetik olaraq bu fitrətə malik olduqlarını dəstəkləyən heç bir dəlil tapa bilməyiblər. Son 20 ildir ki, Avstraliya, ABŞ və Skandinaviya ölkələrində aparılan səkkiz ayrı araşdırmaya görə homoseksualizmin qətiyyən genetik olmadığı üzə çıxıb. Digər tərəfdən bu hal genetik belə olmuş olsa, bu, əxlaqdan kənar davranışları əsla haqlı çıxarmaz. Anadangəlmə cüt cinsiyyətli olan və ya bunun kimi cinsi inkişaf anomaliyaları yaşayan insanlar ola bilər. Ancaq bu vəziyyət heç kimin azğın davranmasına bəhanə ola bilməz. Bir insan hər bir şəraitdə namusunu və əxlaqını qoruyaraq, şərəfli yaşamaqla məsuldur.

Hamımız daha əxlaqlı, daha keyfiyyətli bir mühitdə yaşamaq üçün cəmiyyət şüurunun artırılmasına çalışmalıyıq. Homoseksualizmin həm özlərinə, həm də ətraflarına mənfi istiqamətdə təsir etdiyini insanlara yaxşı çatdırmalıyıq. Bunun xoş həyat tərzi kimi göstərilməsinə heç vaxt imkan verməməliyik. Burada xüsusilə qeyd etmək istəyirəm ki, homoseksuallara qarşı zorakılığı heç vaxt müdafiə etmirəm. Mən homoseksuallar tərəfindən icra edilən anormal və azğın davranışların əleyhinəyəm. Dolayısilə sağlam düşüncəli insanlar cinsi əxlaqsızlığın cəmiyyətə verdiyi və verə biləcəyi ziyanı yaxşı görməli və bir araya gələrək hər kəsi bu barədə məlumatlandırmağın yolunu tapmalıdırlar.