Peyğəmbərlər (elçilər) dində nəyin halal və haram olduğunu deyə bilməz. Dində haram və halal olanların səlahiyyəti yalnız Allaha məxsusdur.
…O, Öz hökmünə heç kimi ortaq etməz. (Kəhf surəsi, 26)
…Hökm ancaq Allahındır… (Yusif surəsi, 40)
…Hökm ancaq Allahındır… (Ənam surəsi, 57)
…Hökm yalnız Allahındır… (Yusif surəsi, 67)
Peyğəmbərlər (elçilər) yalnız onlara gələn kitaba baxaraq hökm veriblər, öz ağıllarına görə heç vaxt hökm verməyiblər.
Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə Kitabı sənə haqq olaraq nazil etdik… (Nisa surəsi, 105)
…Allah müjdə verən və xəbərdarlıq edən elçilər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin… (Bəqərə surəsi, 213)
…Aralarında hökm verilməsi üçün Allahın kitabına dəvət olunurlar… (Ali İmran surəsi, 23)
…Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır. (Maidə surəsi, 45)
… Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır. (Maidə surəsi, 47)
… Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı (Quranı) qoyub onların arzularına uyma!.. (Maidə surəsi, 48)
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma!.. (Maidə surəsi, 49)
Yoxsa onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?! (Maidə surəsi, 50)
Mömin fitrətinə sahib (ruh sahibi) insanları dinə dəvət etdikdə, “Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik…” (Ali İmran surəsi, 193) ayəsində təsvir edilən əxlaqı göstərərək dərhal qəbul edirlər. İnkarçılar (Zombilər) isə həmişə əks reaksiya göstərir, hətta bəziləri (münafiq olanlar) düşmənçilik hissi ilə yaşayırlar.

